Главная » 2012»Август»6 » Fəth: İlham Əliyev Olimpiadanı, Səfər Əbiyev Qarabağı
20:52
Fəth: İlham Əliyev Olimpiadanı, Səfər Əbiyev Qarabağı
Müharibə vaxtı Şəkidə bir nəfər bir il sovet informburosunun məlumatlarını oxuyandan sonra dili dinc durmur hərbi komisarlığa gedib deyir ki, „yoldaş nəçənnik, saymışam, Almaniyada adam qalmadı, hamısını öldürmüşük, bəs indi biz kiminlə vuruşuruq?" „Qafqazinfo"nun Səfər Əbiyevin Murovda „müdhiş" əməliyyatı haqqında nağılı oxuyanda biz də o Şəki sakini kimi soruşmaq istəyirik: əgər Səfər Əbiyevin belə bacarığı vardısa, niyə 18 ildir gözləyirdi?
Bilmirisniz niyı gözləyirdi? Sirri açaq: Səfər Əbiyev London Olimpiadasını gözləyirdi. Gözləyirdi ki, Milli Olimpiya Komtəsinin prezidenti olan İlham Əliyevin idman siyasəti Londonda uğursuzluğa düçar olsun və bu uğursuzluqdan xalqın diqqətini yayındırmaq üçün „qafqazinfo"ya Azərbaycan hərbçilərinin hücum edərək Murovdakı yüksəkliklərdən birini ələ keçirdiyinə dair məlumat ötürsün.
Hələ bu harasıdı? „Azxeber.com" saytı „qafqazinfo"nun nağılını daha da şişirdərək „Ermənistan təşvişdə: Ordu Qarabağı tərk edir" manşeti ilə oxuculara sırıyıb. „Musavat.com" isə bunların hər ikisindən zirək çıxıb. Portal „qafqazinfo"ya ötürülən xəbəri daha da şişirdərək bu sərlövhə ilə təqdim edi: „Ermənilər bir-birini qırır, Qarabağ boşalır".
Jurnalistlərin fantaziyasına və peşəkarlığına qibtə etməmək olmaz! Belə jurnalistlər olduqca Murov boşalacaq, erməni ordusu Qarabağı tərk edəcək, ermənilər bir-birini qıracaq, amma „LAZIM" gedib boşalmış Murovu, Kəlbəcəri, Qarabağı və digər rayonları almayacaq…"LAZIM"ın başı Olimpiadaya, onun vəzirlərinin başı isə Olimpiadadakı uğursuzluqları unutdurmağa qarışıb…Murovdakı „müdhiş əməliyyat" kimi... Mirzə Xəzər 06.08.2012 http://mirzexezerinsesi.net