Ürək ağrısıyla bildiririk ki, xalqımıza ağır itki üz vermişdir: Iran Islam Respublikasın Gilan ostanının Masal şəhərində görkəmli ədib, dilçi, folklorşünas, şair, mahir kalliqraf (xəttat) Fəramərz Məsrur uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir.
Məhz 70 illik ayrılıqdan sonra, ilk dəfə olaraq 1992-ci ilin mayında, Azərbaycanda yaşayan həmvətənləri – Talışlarlarla milli-mədəni körpünü bərpa edən ilk millətsevərlərdən biri də Fəramərz Məsrur olmuşdur.
Fəramərz Məsrur Tehran Universisetinin fars-dili ədəbiyyatını və Qum Ali Din məktəbində kalliqrafiya təhsilini aldıqdan sonra, doğulduğu Masal rayonunda fars dili ədəbiyyatını tədris etməklə yanaşı, elmi-ədəbi fəaliyyətini də davam etdirmişdir. O, onlarla elmi-ədəbi əsərlərin və yüzlərlə elmi, dini, ədəbi risalələrin müəllifidir. Onun hələ 1973-cü ildə bitirdiyi, Şərqin böyük şairi Şəhriyarın "Heydərbabaya salam” şedevri stilində ana dilində - talışça yaradığı şah əsəri sayılan "Hındılə Peşt” poeması bu gün də yüzminlərlə talışın və digər xalqların dillər əzbəridir.
Böyük ustadımız Fəramərz Məsrur nəinki vətəni İranda, habelə Azərbaycanda, Rusiyada, Avropa və digər ölkələrdə də yaxşı tanınan və şəxsiyyətinə dərin hörmət bəslənilən bir ziyalı olmuşdur.
Biz qətiyyən şəkk etmirik ki, böyük ustadımız Fəramərz Məsrurun yaratdığı dəyərli əsərlər xalqımızın yeni-yeni nəsilləri tərəfindən məhəbbətlə oxunulacaq və əziz xatirəsi əbədi olaraq qəlblərdə yaşayacaqdır!
Allah Ustadımızı rəhmət, ruhunu şad esin!
Hilal Məmmədov, Adil Nəsirov, Allahverdi Bayrami, Ataxan Əbilov, Barat Qasımov, Camal Lələzoə, Elnur Ağayev, Əli Nasir, İdris Qasımov, İsmayıl Şabanov, Mirtağı Nəsirov, Rafiq Cəlilov, Sabir Şindani, Xanəli Tolış
|