Elə insanlar var ki, satqınlıq mikrobları onların damarlarında axaır. Əlbəttə, bu dəhşətli və əlacsız bir bəladır. Çünki nə illah eləsən də belələrini sağaltmaq, yaxud islah eləmək mümkün deyi. Misal üçün, Eynulla Fətullayev! Onun bu virusa yoluxması faktı təkcə bizə məlum deyil,- tanınmış Beynəlxalq təşkilatlar, samballı hüquq müdafiəçiləri, insan hüquq və azadlıqları ilə məşğul olan digər səlahiyyətli institut və birliklər, xarici QHT-lər və s.
Həbsxanadan çıxar-çıxmaz, bu adam öz adamlığını bilmərrə itirərək köləlik bataqlığına baş vurdu. Sanki kimsə, ya kimlərsə onun ləyaqət hissini, əqidəsini, səmimiyyətini, ən əsası isə vicdanını cərrah bıçağı ilə lap kökündən qaşıyaraq varlığından silib atmışdı. Bunun məhz belə olması bir faktdır və dəfələrlə özünü təzahür də etdirib. Qəribədir, mövcud siyasi rejim üçün, hipotetik olaraq, az-çox təhlükə doğura bilən, öz məsləyi, amalı ilə yasşamağa qərar vermiş, ölkəsini azad, xoşbəxt görmək istəyən və bunun üçün demokratik dəyişiklər arzusunda olan hər kəsə və kəslərə qarşı hücuma, ilk növbədə, Eynulla Fətullayevi istiqamətləndirirlər. O da, hər dəfə bu "şərəfli” vəzifənin öhdəsindən "layiqincə” gəlir!..
Son günlər E.Fətullayevin canla-başla icra etdiyi belə "delikat” sifarişlərdən biri də talışlarla bağlı idi: «Брюссель собирает талышских стрелков» . Özünün rəhbərlik etdiyi "Haqqın.az” saytında tirajladığı və sözün əsl, eləcə də məcazi mənasında danos mahiyyətli bu "yazı”, başdan-ayağa qərəzlə doludur. Məqsədi də, fədakar talışların ruhuna, talış mental şüuruna və onların Azərbaycanda artıq qarşısıalınmaz gerçəkliyə çevrilmiş demokratik mübarizə prosesinə verdiyi dəstəyə zərbə vurmaqdı. Ancaq zənnimcə, buna təəccüblənmək, yaxud əsəbiləşmək-filan bihudə işdir, – satqının işi, vəzifəsi, "missiyası” elə satqınlıq etmək, işverməkdir ki, burada da hər hansı qəribəlik və ya eksentrik bir nəsnə axtarmaq lazım deyil.
Məni, eləcə də güman ki, çoxlarını hiddətləndirib təbdən çıxaran E.Fətullayevin felinə uyan və onun iftiralarına haqq qazandıran bəzi üzdəniraq talışlardır - Şəfahət Baxşiyev, habelə özünü Vətəndaş və İnkişaf Partiyası adlı oyuncaq bir qurumun sədr müavini adlandıran Ramil Hüseynov kimi "ələkçinin qıl verənləri”. Belələri, təəssüflər ki, yox deyillər. Bax bu, başadüşülən, qəbul edilən və heç vəclə həzm olunan deyil! Talışların onurğa stünuna vurulan zərbəyə dəstək vermək, bu zərbəni endirənin haqlı olduğunu iddia etmək!.. Bu xəyanətdir. Bu, öz xalqına, torpağına, öz dilinə, dininə, millətinin ruhuna, icdiyin suya ,udduğun havaya, nəhayyətdə öz doğma ANAna qarşı sərgilənmiş XƏYANƏT!.. Diqqət yetirin.
Şəfahət Baxşiyev: "... Nə istiyirsiniz Eynulla Fətullayevdən, ey?.. Hər şeyi düz deyib, olanı yazıb də... bu yazıq Eynulla pis bir iş görüb bəyəm?”. Yaxud, :"...mənim qənaətimcə, Əliyevlər hakimiyyəti altında olan Azərbaycandan daha sərfəli, firavan və azadlıqların təminatına ümidverici bir şey yoxdur,talışlar üçün...” (?!).
Ramil Hüseynov: "... Separatizmi yox etmək üçün, separatçıları - Eldəniz Quliyevi, Mehdibəy Səfərovu, Seyran Rəfiyevi məhv (!) etmək lazımdır. Mən Eynulla müəllimin fikirləriylə tam razıyam...” və s. və i. a. (Yeri gəlmişkən qeyd edim ki, bu, təfəkkürü naxırçının şıltaq danasından fərqlənməyən həmin o Ramil Hüseynovdur ki, öz mənasız çıxış və yazılarında Siyavuş Novruzovu böyük siyasi mütəfəkkür, görkəmli elm xadimi və həmişə həqiqəti deyən əvəzsiz bir şəxsiyyət kimi təqdim edir, üstəlik, bundan fəxr duyduğunu da deyir. Dəlilərinə şükür, İlahi!).
Və bu sayaq sərsəm mövqe sərgiləyən talış adını daşıyanlardır! Daha doğrusu,talışların tör-töküntüləriidilər! Oxuculardan ayıb olmasaydı,adam deyərdi ki, tüpürüm sizin ikiüzlü, sırtıq sifətinizə!!! Satqının buyruq qulu olmaq , satqın olmaqdan qat-qat pisdir!.
O ki, qaldı bizlərə... Biz düz dayanmışıq və kölgəmizin əyri düşməyindən qətiyyən qorxub-çəkinmirik!