Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2011 » Ноябрь » 14 » Eynəklə və eynəksiz…
17:48
Eynəklə və eynəksiz…
Özü zibil, günah, qəbahət içində boğulan insan xalqa nə verə bilər? Xalqımızın səadət yolu bu həqiqətin dərkindən keçir. Xalq yalnız təmiz, saf, vicdanlı, imanlı insanları hakimiyyət kürsüsündə oturtmalıdır.

"Azərbaycanda 1969-cu ildən hakimiyyətdə Əliyevlər sülaləsidir - yəni, Qəzzafi kimi, düz 42 il! Burada Əliyevin 1970-1987-ci illərdə apardığı siyasət nəticəsində (1982-ci ildən 1988-ci ilə qədər MK-nın birinci katibi zəif xarakterli Kamran Bağırov olsa da) ölkə daxilində respublikanı idarə etməyə bir nəfər də potensialı olan kadrın tapılmaması səbəbindən Pakistanda səfir işləyən və xalq arasında "bambılı”, "qozəkən”, "hamamtikən” adlandırılan Əbdürrəhman Vəzirovun 1988-90, öz "yaraşığı”nın vurğunu olduğundan, hətta keçirdiyi iclasın ortasında da gedib güzgüyə baxıb, daranıb qayıdan Ayaz Mütəllibovun 1990-91-ci illərdəki hakimiyyətlərini bir kənara qoyaq. Çünki Əliyevin əvvəllər apardığı siyasətin labüd nəticəsi elə məhz belə hakimiyyətlərin törəməsi ilə yekunlaşmalıydı. 1992-ci il iyunundan 1993-cü ilin iyununadək olan təcrübəsiz Xalq Cəbhəsi hakimiyyətini də bir qırağa qoymaq lazımdır. Xalq Cəbhəsi, hətta bütövlüklə "düşmənlərdən” ibarət olsaydı belə, onların bir ildə buraxdığı səhvləri 18 il ərzində çeynəmək, bu səhvlərin Azərbaycanın tarixində həlledici rol oynadığını, demokratikləşmənin qarşısını kəsdiyini iddia etmək, yumşaq desək, əbləhlikdir. Faktiki olaraq, 1993-dən bu yana olan son 18 ildəsə nəinki Xalq Cəbhəsinin yol verdiyi yanlışlıqları, hətta Azərbaycanın 1969-cu ildən 1993-cü ilədək olan dövrdə yol verilən bütün səhvləri, yanlışlıqları da aradan qaldırmaq və ölkəni demokratik bir dövlətə çevirmək mümkün idi.

Beləliklə, ötəri bir analiz təsdiqləyir ki, Azərbaycanın son 42 illik tarixinin neqativləri, ən qaranlıq və faciəli anları, həmçinin ölkənin demokratikləşməməsi və bu yolda yaradılan əngəllər birbaşa və dolayısıyla daha çox Əliyevlərin adıyla bağlıdır. Bu gün ölkədə mövcud olan ab-hava da inqilabların baş verdiyi ərəb ölkələrindən qətiyyən fərqli deyil. Əksinə, bir çox parametrlərə görə, Azərbaycan daha bərbad vəziyyətdədir. Indi "ərəb ölkələrində inqilablara səbəb olan şəraitdən hansı Azərbaycanda yoxdur?” sualına, qoy, tək sadə azərbaycanlılar yox, daha çox hakimiyyətin yuxarı eşalonunda əyləşənlər, hökumətə rəhbərlik edənlər cavab axtarsınlar! Məsələn, elə birinci korrupsiya və rüşvətə qarşı kompromissiz mübarizə apardıqlarından ağzı köpüklənə-köpüklənə danışan, reallıqda isə şər-böhtanla saysız-hesabsız günahsız insanları tutdurmaqla minlərlə düşmən qazanan Baş prokuror və ya Daxili Işlər naziri çıxıb desin görək, özlərinə, yaxınlarına yaratdıqları bu cah-cəlalı neçə illik maaşlarıyla əldə ediblər? Deyə bilərlərmi?! Yox! Çünki bu cah-cəlalı yaratmaq üçün bugünkü maaşları ilə azı 10 min il işləməlidirlər! Baş prokuror 1000 ilə 20 milyon manata yaxın maaş almalıdır. Bu, heç onun bir evinin qiyməti deyildir, ay əziz azərbaycanlılar! Belələri hələlik xalqın öz taleyinə sahib çıxa bilməməsinin yaratdığı arxayınlıq hissinin təsiri altındadılar. Ancaq tarix sübut edib ki, öz xalqına yuxarıdan aşağı baxanların bu arxayınçılıq hissi qəfildən və bir günün içərisində darmadağın edilir!”

Təəssüf! Təəssüf ki, bu sözləri Rəsul Quliyev yazır. Hamının, hamının… partokrat, mafioz, karrupsioner, fırıldaqçı kimi tanıdığı Rəsul Quliyev! Övliyaların tövsiyəsi budur ki, şəxsə yox, onun dediyi sözə baxın. Amma burada " onlar getsin, mən gəlim” iddiası var. "Sözlərə söz yox!” Rəsul Quliyev mövcud rejimi gözəl tanıyır. Çünki onun pərdəarxası oyunlarında əsas rollardan birini oynayıb. Həqiqəti isə o zaman deyir ki, quyruğu tapdanıb. Azərbaycan xalqının, xüsusilə müxalifətçilərin Quliyevdən öyrənəcəyi bir şey var, cəmi bir şey: aradan çıxmaq bacarığı! O bunu bacarır və kimsə onun sürüşmək istedadına şübhə etmir. Amma hədəfimiz Quliyev deyil. Bizim üçün bütün bu mövzular Azərbaycan xalqının səadəti yolunda hərəkət baxımından maraqlıdır.

Özü zibil, günah, qəbahət içində boğulan insan xalqa nə verə bilər? Xalqımızın səadət yolu bu həqiqətin dərkindən keçir. Xalq yalnız təmiz, saf, vicdanlı, imanlı insanları hakimiyyət kürsüsündə oturtmalıdır.

Xalqın seçmədiyi, xalqın səsini zorla alan biri hakimiyyətə layiqdirmi?

Varlıq aləminin Yaradanı və Rəbbinin qanunlarını pozan biri xalqı xoşbəxt edə bilərmi?

Milli sərvəti ata malı kimi ailəsinə xərcləyən, quldur ətrafı arasında bölüşdürən insan başçı olmaq ləyaqətinə malikdirmi?

Torpaqları işğal olmuş xalq Eurovision kimi bayağı, əxlaqsız tədbirlərə qatıla bilərmi?

Yeganə məqsədi eyş-işrət, rahat yaşayış, var-dövlət olan insan qaçqın, yoxsul ağrılarını dərk edərmi?

Nəhayət, bircə gün hakimiyyətdə olub xalqa yanmamış, yalnız özünü düşünmüş insanlar haqq-ədalətdən yox, cinayətlərindən danışmalı, məhkəmə qarşısında dayanmalıdır, necə ki, Hüsni Mübarək dayanıb – zorla! Onlar niyyətlərindən danışan gözlərini eynək altında gizlədirlər. Amma bir gün öz cinayətlərinə eynəksiz baxmalı olacaqlar, hökmən!

Babək Təbrizli
,
Aran agentliyi

 

Категория: Azərbaycan | Просмотров: 1965 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus