Azərbaycan hüquq-mühafizə orqanları Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində Federal Ləzgi Milli-Mədəni Muxtariyyətinin (FLMMM) rəhbərliyinin qohumlarını həbs edib. Bu barədə ləzgi təşkiatından "Regnum” informasiya agentliyinə daxil olan muraciətdə qeyd olunur.
"Bizim yol" xəbər verir ki, həbs edilənlər FLMMM-nın rəhbəri Arif Kərimovun və təşkilattın icraiyyə komitəsinin sədri Amil Sərkarrovun qohumlarıdır. Məlumatda deyilir ki, saxlanılanlardan biri Azərbaycan vətəndaşı olan, 1956-cı il təvəllüdlü Eldar Məmmədovdur. O, iş adamıdır və Arif Kərimovun qaynıdır. Həmçinin iki Rusiya vətəndaşı da həbs olunub. Bunlar - 1977-ci il təvəllüdlü, neft-qaz mədən avadanlıqlar istehsal edən müəssisənin rəhbəri Cavid Babayev və Moskva regional ləzi milli-mədəni muxtariyyətinin təsisçilərindən biri, 1979-cu il təvəllüdlü Tariel Sərkarovdur. C.Babayevin A.Kərimovla qohumluq əlaqələrinin olduğu bildirilir, T.Sərkarov isə Amil Sərkarovun qardaşıdır.
"FLMMM-nın rəhbərliyinin qohumlarıənın həbsi bütün beynəlxalq normalar və Azərbaycan qanunlarının belə pozulması ilə həyata keçib. İlk həbs edilən Eldar Məmmədov günün gunorta vaxtı faktiki olaraq Oğuz rayonundan oğurlanılıb və Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə Baş İdarəsinə aparılıb. Bakıda isə onun cibinə narkotik maddə ataraq onu "narkotik maddələrin qanunsuz dövriyyəsi” illə ittiham ediblər. Eldar Məmmədov biznlə məşğuldur, sahibkardır və vicdanlı bir müsəlmandır”, - deyə məlumatda qeyd olunur.
Məlumata görə, saxlanılanlar barədə qohumlarına, habelə həbs edilmiş Rusiya tərəfinə heç bir məlumat verilməyib.
FLMMM qeyd edir ki, Rusiya vətəndaşı C.Babayev avqustun 6-da Bakıda həbs olunub. Onun qohumlarını ziyarət etmək üçün gəldiyi deyilir: "Dörd naməlum şəxs mülki geyimdə özlərini təqdim etmədən ondan polisə getməyi tələb ediblər. Cavid Babayev gələnlərdən sənədlərini təqdim etməyi tələb edəndə onlar köməyə əlavə adamlar çağırıblar və zor tətbiq edərək Babayevi Azərbaycanın Daxili İşlər Nazirliyinə aparıblar. Taryel Sərkarov isə avqustun 9-da Qəbələ rayonunun Kəmərvan kəndində həbs olunub, o anası ilə birlikdə atasının məzarını ziyarət etməyə gəlibmiş”.
FLMMM hesab edir ki, bu həbslər aktiv, müstəqil ləzgi fəallara qarşı repressiyadır və bu Putinin Bakıya səfəri ərəfəsində həm də Bakının Moskvaya əzələ nümayişidir.
Rəsmi Bakı həbslrlə bağlı hələki heç bir məlumat yaymasa da, sözügedən təşkilatla bağlı bəzi məqamlar məlumdur. Adı çəkilən təşkilat uzun müddətdir ki, Azərbaycana qarşı separatçı fəaliyyətlə məşğuldur. Son vaxtlar bu təşkialt "Sadval” ləzgi hərəkatı ilə birgə Dağıstanda və Rusiyanın dugər şəhərlərində Azərbaycan əlehinə bir neçə aksiya da təşkil edib. Aksiyalara səbəb isə mayın 8-də Dərbənddə mərkəzi küçələrdən birinə Azərbaycanın sabiq prezidenti, məhrum Heydər Əliyevin adının verilməsi kimi göstərilir.
Bu barədə hüquq müdafiəçisi Elnur Məlikov və ləzgi xalqının nümayəndəsi Amil Sarkarov Azadlıq Radiosuna danışırlar.
TALİSH.ORG
|