Fransanın milli məclisi 1915-ci ildə Osmanlı türkləri tərəfindən ermənilərin qırğın edilməsini inkar edənlərin cəzalandırılması haqda qətnamənin ilkin mətnini təsdiq edib.
Bugün - çərşənbə günü (21 dekabr) keçirilən iclasında Fransa parlamentenin aşağı palatası ermənilərin qırğın edilməsini inkar edənlərin cəzalandırılması qətnaməsinin ilkin mətnini 106 lehinə və 19 əleyhinə səslə təsdiq edib.
Bu qətnamənin sabah Fransa senatında araşdırılması qərara alınıb.
Sözügedən sənədə əsasən, bu haqda qanun layihəsinin Fransa senatında təsdiq edilməsi və prezident tərəfindən imzalanmasından sonra Fransada ermənilərin genosidini şübhə altına alan bütün şəxslər bir il həbs cəzasına və 45 min Avroluq nağd pul cəriməsinə məhkum ediləcəklər.
Türkiyə dövləti belə bir qanun layihəsinin Fransada qəbul edilməsinə qarşı kəskin menasibət bildirmiş, bu haqda Fransa rəsmilərinə xəbərdarlıq etmişdir. Türkiyə dövləti beynəlxalq təzyiqlərə rəğmən ermənilərin genosidini qəbul etmir.