Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Сентябрь » 19 » Elşad Abdullayevdən Gülər Əhmədovaya iri rüşvət ittihamı
21:49
Elşad Abdullayevdən Gülər Əhmədovaya iri rüşvət ittihamı
"Gülər Əhmədova Ramiz Mehdiyevə verəcəyi adı ilə məndən 2 milyon dollar aldı”

Lisenziyası ləğv edilən Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransanın Strasburq şəhərində yaşayan Elşad Abdullayev Azərbaycan KİV-lərinə müraciət edib. O, müraciətində qardaşı Mahir Abdullayevin itkin düşməsində şübhələndiyi şəxslərdən birinin Milli Məclisin üzvü Gülər Əhmədova olduğunu və bu barədə ölkənin hüquq mühafizə orqanlarına müraciət etdiyini bildirib. Keçmiş rektor Gülər Əhmədovaya 2 milyon dollar rüşvət verdiyini də iddia edib. Müraciətdəki həmin hissəni təqdim edirik:
"Qardaşım Mahir Abdullayevin oğurlanması ilə əlaqədar istintaqın qeyri obyektiv aparılması barədə Avropa insan haqları məhkəməsinə müraciət etmişəm və ərizəm həmin məhkəmədə qeydiyyata alınmışdır. Bu işdə şübhələndiyim bəzi şəxslər barəsində mən dəfələrlə Azərbaycanda müxtəlif instansiyalara müraciət etmişəm, lakin heç bir nəticəsi olmayıb. Hazırda xaricdə yaşadığımı və şəxsi toxunulmazlığım üçün təminatın olmasını nəzərə alaraq bu işdə şübhələndiyim daha bir şəxs haqqında hüquq mühafizə orqanlarına məlumat verdim. Söhbət Azərbaycan Respublikası Mili Məclisinin üzvü deputat Əhmədova Gülər Mikayıl qızından gedir. Bu şəxs 2005-ci ilin noyabr ayında Azərbaycan Respublikası Milli Məclisinə seçkilər ərəfəsində rəfiqəsi Babayeva Sevinc Telman qızının vasitəsi ilə Azərbaycan Respublikası Prezident administrasiyasının rəhbəri Mehdiyev Ramiz Ənvər oğluna verəcəyi adı ilə məndən 2.000.000 ABŞ dolları almışdır. Əvəzində məni Milli Məclisə deputat seçdirəcəyinə və bundan sonra qardaşımın sağ salamat geri qaytarılacağına söz vermişdir. Lakin o, vədinə əməl etməmiş, pulumu geri istədikdə isə məni həbs etdirəcəyi və fiziki cəhətdən məhv etdirəcəyi ilə hədələmişdir. Mən həm Gülər Əhmədova, həm də Sevinc Babayeva ilə söhbətlərimin video çəkilişini və telefon danışıqlarımızın audio yazısını aparmışam. Həmin çəkiliş və yazıların surətlərinin olduğu kompakt diskləri Gülər Əhmədova barəsində cinayət işi başlanılması barədə ərizəmlə birlikdə Baş prokuror Zakir Qaralova göndərdim və göstərilən şəxslər barəsində Azərbaycan Respublikası CM-nin 311-ci maddəsi ilə cinayət işi başlanılmasını xahiş etdim. Lakin Baş prokuror qanunauyğun tədbir görmək, yəni cinayət işi başlamaq və istintaq aparmaq əvəzinə mənim ərizəmi Eldar Əhmədova göndərdi. O da qanunsuz olaraq mənim vəkilimə yenə həmişəki məzmunda ərizənin cinayət işinə əlavə edilməsi barədə cavab verdi. Mən bundan sonra Azərbaycan Respublikası Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələskərova müraciət etdim ki, prokuorluq orqanları birbaşa respublika Prezidenti qarşısında hesabat verdikləri üçün onlara ərizəmin qanuna müvafiq qaydada həll olunması barədə göstəriş versin. Lakin bu ərizəmə də cavab almadım. Mən hüquq-mühafizə orqanlarına və prezident administrasiyasına şikayət edərkən bildirmişdim ki, bu məsələnin yəni deputat Gülər Əhmədovanın məndən rüşvət almasının ictimailəşdirilməsini istəmirəm, istintaq aparılmasını mənim doğru və ya yalan danışmamın müəyyən olunmasını istəyirəm. Lakin təəssüf ki, onlar qanunla üzərlərinə düşən vəzifəni yerinə yetirmədilər. Ona görə də özümün və ailə üzvlərimin təhlükəsizliyini təmin etmək üçün bu məsələni ictimailəşdirmək qərarına gəldim.
Diqqətinizə çatdırıram ki, Azərbaycan Respublikası CPM-nin 122.5-ci maddəsinə əsasən «Cinayət prosesi iştirakçısının şikayətinə təxirə salınmadan və hər bir halda cinayət prosesini həyata keçirən orqanın onu aldığı gündən 3 (üç) gündən gec olmayaraq baxılmalıdır». 122.10-cu maddədə isə göstərilir ki, «Cinayət prosesini həyata keçirən orqan şikayətin dəlilləri üzrə əsaslandırılmış qərar qəbul edir və bu barədə şikayətçiyə yazılı məlumat verir». CPM-nin 207.5-ci maddəsinə əsasən « Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatların alındığı hər bir halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı qərarlarda birini qəbul etməlidir:

207.5.1. cinayət işi başlamaq;
207.5.2. cinayət işinin başlanmasını rədd etmək;
207.5.3. məlumatı istintaq aidiyyatı üzrə göndərmək;
207.5.4. xüsusi ittiham qaydasında təqib olunan cinayətə dair məlumatı məhkəmə aidiyyatı üzrə göndərmək.

Gördüyünüz kimi, prokurorluq orqanı qanunun onun üzərinə qoyduğu vəzifəyə əməl etməmişdir. Diqqətinizə çatdırmaq istəyirəm ki, mən cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etməyə görə Azərbaycan Respublikasının CM-nn 296-cı maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmasından xəbərdaram və yalan danışdığım təqdirdə məsuliyyət daşımağa hazıram.

Yeri gəlmişkən, mənə qarşı prokurorluğun qərəzli mövqeyini sübut etmək üçün iki paralel aparmaq istərdim. Birincisi, KİV-dən məlumdur ki, prokurorluq orqanı faktiki olaraq bir nəfərin kiməsə istinadən dediklərinə «inanaraq» bunu əsaslandıracaq heç bir dəlil və sübut olmadığı halda, mərhum prezident Əbülfəz Elçibəyin zəhərlənməsi faktına görə cinayət işi başlamışdır. Mən isə Milli Məclisin deputatı Gülər Əhmədovanın məndən rüşvət almasını təsdiq edən video və audio yazıları istintaqa təqdim etdiyim halda cinayət işi başlanılmır. İkincisi, yenə KİV-dən məlumdur ki, həmin Gülər Əhmədovanın ərizəsi ilə «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının ondan rüşvət tələb etməsi barədə ərizəsi ilə sonunçunun barəsində nəinki cinayət işi başlanıb, hətta bu iş Zeynallının həbsi və məhkum olunması ilə nəticələnmişdir. Belə olan halda istintaq orqanının guya mənim Gülər Əhmədovanın videoçəkilişini onun razılığı olmadan aparmağım barədə irəli sürəcəyi arqumentinə cavab olaraq deyə bilərəm ki, onda Gülər Əhmədova Əvəz Zeynallının səsini onun razılığı olmadan yazdığı audiokasset nə üçün sübut kimi istifadə olunur”.

E.Abdullayevin ittihamları ilə bağlı G.Əhmədovanın da mövqeyini öyrənməyə çalışacağıq.


Категория: Azərbaycan | Просмотров: 1701 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus