İlahiyyatçı Elşən Mustafaoğlu artıq bir neçə gündür ki, Milli Təhlükəsizlik Nazirliyində saxlanılır. Məlumat Elşən Mustafaoğlunun yaxınları vasitəsilə dəqiqləşdirilib.
Daxil olan məlumata görə, Hacı Elşən Mustafaoğlu barədə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. İlahiyyatçı artıq 3 gündür MTN-in təcridxanasında saxlanılır.
Elşən Mustafaoğlunun dövlətə xəyanət maddəsi ilə ittiham edildiyi barədə məlumat yayılıb. Lakin məlumat rəsmi olaraq təsdiqlənməyib.