Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2011 » Июль » 10 » Eldar Zeynalov: Siyasi məhbuslar üzrə məruzəçi mütləq lazımdır
13:14
Eldar Zeynalov: Siyasi məhbuslar üzrə məruzəçi mütləq lazımdır
Ştrasserin fəaliyyəti utandırıcı, təslimçi və Avropa dəyərlərinə ziddir

Hüquq müdafiəçisi Eldar Zeynalov ömürlük məhbsuların keçirdikləri etiraz aksiyaları, tələbləri barədə «Bizim Yol»un suallırın cavablandırıb. O, siyasi məhbus problemini, Avropa Şurasının bu məsələ ilə bağlı mövqeyini, məruzəçi Ştarsserin fəaliyyətini də təhlil edib. Eldar Zeynalovla müsahibəni təqdim edirik.

- Eldar müəllim, bir müddət əvvəl Qobustanda saxlanılan ömürlük məhbuslar aclıq aksiyası keçirirdilər. Onların tələbləri ilə maraqlanmısınızmı?

- Mən yaxın günlərdə onlarla görüşməyi planlaşdırıram və yəqin ki, yerindəcə vəziyyəti aydınlaşdıracağıq. Amma ümumi şəkildə bilirəm ki, məhbuslar AŞ PA-nın 1545 saylı qətnaməsindəki ömürlük məhbuslarla bağlı hissəsinin yerinə yetirilməsini istəyirlər. Söhbət ondan gedir ki, AŞ PA 4 il əvvəl ömürlük məhbuslarla bağlı məhkəmə hökmlərinə yenidən baxmağı tövsiyə etmişdi. Düzdür, bu istiqamətdə müəyyən addımlar atılsa da, məhkəmələr hökmlərə baxmaqdan imtina etdilər.

- Həmin hökmlərdən bir neçəsini xatırlaya bilərsinizmi?


- Məsələn, Qubadlı rayonunda "Qaranquş” hərbi birləşməsi var idi, onlar AXC-nin fəal üzvləri olmuşdular. Müharibənin gərgin vaxtlarında sərhədi keçib Ermənistan ordusunun generalını əsir götürmüşdülər. 1993-cü ildə bir gün ərzində rayon ermənilər tərəfindən işğal olunanda "Qaranquş”un bir neçə üzvü müdafiə ştabının zabitlərini, rayon prokurorunu və başqa güc strukturlarının məmurları güllələdilər. Çünki onlar hesab edirdilər ki, müdafiəyə cavabdeh olan bu adamlar fərarilik edib rayonu mülki vətəndaşlardan tez tərk ediblər, bunun da nəticəsində ermənilər bölgəni işğal edib. Beləliklə, bu hadisəni törədənlərə ölüm hökmü verdilər. Halbuki hazırda həmin ittihamla həbs olunanlardan yalnız biri məlum olayda iştirak edib, qalanları kənarda olub. Ancaq problem ondadır ki, bu adamlara güllələnmə törətdikləri üçün 15 il azadlıqdan məhrumetmə, banditlik etdiklərinə görə ölüm hökmü çıxarılmışdı. 2000-ci ildə müvafiq qanunvericilik dəyişildiyindən banditizmə görə heç 15 il də cəza verilmir. Bununla onlar artıq ömürlük dustaq sayılır və yeni cinayət məcəlləsi ilə yanaşdıqda bu adamlara münasibət yumşaldılmalıdır.

- Hansı mənada?

- Məsələn, dünən mənzilin pəncərəsini sındırana 5 il verirdilərsə, yeni qanunvericiliklə bu cəza cərimə ilə ödənilir. Əgər 10 il əvvəl qanunvericilikdə cəza yumşalıbsa, niyə bu adamlara şamil olunmasın? Məsələ ondadır ki, "Qaranquş”çulara ölüm hökmü məmurları güllələdiklərinə görə yox, banditlik etdikləri üçün çıxarılıb. Ona görə həbsdə olanlar barələrindəki ittihamlara yeni qanunvericilik əsasında baxılmalarını istəyirlər. Bu, mümkün olsaydı onlar 2008-ci ildə azadlıqda olmalıydılar.

- Bütün hallarda ömürlük azadlıqdan məhrum edilmə cəzası qalmırmı?

- Elə problem də ondadır ki, onlar məhkəməyə müraciət edəndə, "sizə güllələnmə hökmü var idi, bu cəza növü ləğv olunandan sonra ömürlüklə əvəz edildi” cavabını eşitdilər. Halbuki, güllələnmə hökmü verilən ittihama yeni qanunvericiliklə heç 15 il azadlıqdan da məhrumetmə cəzası verilmir. İkinci problem odur ki, həbs olunanda onlar 5 nəfər idi, bu gün isə üçü qalıb, bunlardan isə 2-i dolayısı ilə məlum güllələnmə prosesində iştirak edib. Yəni onlardan biri hadisədən sonra Moskvaya gedib, vətəndaşlıq alıb, orada 9 il yaşayıb, biznes və ailə həyatı qurub. Məsələ ondadır ki, onun qardaşı qətldə birbaşa iştirak edib, sonradan özünü öldürüb. Hakimiyyəti bu qane etməyib, qardaşını həbs etmək üçün çalışıblar və 9 il sonra bütün vasitələrdən istifadə edib qardaşının Rusiya vətəndaşlığını ləğv edib Bakıya məhbus kimi gətirib ömürlük azadlıqdan məhrum edirlər. Ancaq cinayət işində göstərilib ki, o, qətldə iştirak etməyib, sadəcə, keşikdə dayanıb. Bax, bu cür hadisələr var ki, insanlar ömürlük azadlıqdan məhrum ediliblər. Yaxud 4-5 nəfər var ki, 1989-cu ildən həbsdədir, ömürlük azadlıqdan məhrum ediliblər, onların içində 10 ildən də az ömrü qalanlar var. Çünki 70 yaşı ötüblər, halbuki azadlıqda 70-i haqlayanlar azdır belə. Mənim atam Rusiyada müalicə olundu, yaşayışı da yaxşı olmuşdu, 79 il yaşadı. Amma bu adamlar həbsxanada ağır şərtlər daxilindədir.

- Bu adamlar nəyə görə ömürlük cəza alıblar?


- Deməli, "Qurdbaşı” adlanan bu banda səhv etmirəmsə, 1989-cu ildə Kondinsioner Zavodunun direktorunu öldürmüşdülər. Həbs olunanda 5 nəfər idilər, bu gün 2-i qalıb, o biriləri ölüb. Məsələ ondadır ki, onlara güllələnmə hökmü 1991-ci ilin noyabrında çıxarılıb, o zaman Müstəqillik Aktı qəbul edilmişdi. Aktın bəndlərindən biri Azərbaycanda xarici ölkələrin qanunları işləməməsi barədə idi. Bu adamlara isə güllələnmə hökmü Rusiya və Gürcüstan qanunvericiliyi əsasında çıxarılmışdı. Bir maddə banditizm, digəri isə qətl idi, "Qaranquş”da olduğu kimi. Artıq adlarını çəkdiyim ölkələrdə həmin maddələrlə ömürlük azadlıqdan məhrumetmə hökmü verilmir, Azərbaycanda isə əksinə. Məhbuslardan Əli Quliyev şikayət etsə də, ona hökmün dəyişilməzliyi cavabı verildi. Təsəvvür edirsinizmi, 2005-ci ildə ölüm hökmündən şikayət verilir, amma dəyişdirilmir. Bu, onu göstərir ki, göstəriş Ali Məhkəmədən olub. Bütün bunların nəticəsi olaraq 2007-ci ildə AŞ PA-nın qətnaməsi çıxarılır.

- Bu günlərdə həbsxanalarda monitorinq aparmısınız, məhbusların durumunu necə qiymətləndirirsiniz?


- Normal. Sadəcə, məhkəmələrin ömürlük məhbuslara olan münasibəti azadlıqdan məhrum edilənlərə də sərgilənir. Məsələn, əgər həkim məhbusun narkoman olduğunu təsdiqləyirsə, məhkəmə beləsinin müalicə olunması haqqında qərar verməlidir. Onlar xəstəxanada 6 ay müalicə alırlar, tam sağalmaları təsdiqlənirsə, iş məhkəməyə gedir və məhkəmə prokurorluğun rəyini istəyir ki, bu, ümumiyyətlə, qanunsuzdur. Və bu qanunsuzluğun nəticəsində prokurorluq neqativ rəy yazır ki, sağlam məhbus azadlığa çıxa bilmir.

- Bu prosesdə korrupsiya əlaməti varmı?


- Mən elə ona gəlmək istəyirəm. Çünki absurd situasiya yaranır, həkimlər adamın sağlam olmasını təsdiqləyir, prokurorluq isə xəstə hesab edir. Axı prokuror heç bir tibbi ekspertiza aparmadan necə bilir ki, məhbus xəstədir? Belə çıxır ki, həkimin rəyi saxtadır? Yaxud əgər həkim pul alıb sağlamlıq rəyi veribsə, niyə həkimi həbs etmirlər? Bu, bir-iki hal deyil, müraciət edənlərin əksəriyyəti rədd cavabı alırlar ki, korrupsiyadan şübhələnməyə əsas yaranır.

- Bu günlərdə hüquq müdafiəçisi Səidə Qocamanlı bildirmişdi ki, siyasi məhbuslar üzrə məruzəçiyə ehtiyac yoxdur. Bu fikirləri bölüşürsünüzmü?


- Bu məsələyə iki aspektdən yanaşmalıyıq: birinci, məruzəçi lazımdırmı, ikinci, məruzəçi Kristofer Ştrasserin fəaliyyətinə qiymət verilməsi suallarına cavab verilməlidir. Mən hesab edirəm ki, Azərbaycana siyasi məhbuslar üzrə məruzəçi lazımdır. Çünki siyasi məhbus problem qalır. Son əfvlərdə problem nəinki həllini tapmadı, əksinə yeni siyasi məhbuslar yarandı. Bunları biz yox, "Beynəlxalq Amnistiya” təşkilatı siyasi məhbus hesab edir. Artıq 7 nəfəri vicdan məhbusu elan ediblər ki, bu, artıq onların azad olunmasının vacibliyini xatırlatmaqdır. Bir sözlə, siyasi məhbus varsa, məruzəçi mütləq olmalıdır. O başqa söhbətdir ki, hakimiyyət bu tələbi qalxanla qarşılayır və bu münasibət 2008-ci ildən yarandı. Bununla da AŞ PA ilə konfrantasiyaya gedərək problemin həllinə etinasız yanaşdı. Hesab edirəm ki, bu münasibət neft gəlirlərinin çoxluğundan və Avropanın qaz marağından doğur. Ştrasserin təyinatında isə onun yalnız Azərbaycan yox, Cənubi Qafqaz üzrə təyin olunması müzakirə olunmuşdu. O zaman Ermənistanda 100-dən çox siyasi məhbus var idi və Cənubi Qafqazda lider idi. O cümlədən 2007-ci il hadisələrinə görə Gürcüstanda da siyasi məhbusların sayı az deyildi. Nədənsə Ermənistan hüquq müdafiəçiləri siyasi məhbus üzrə məruzəçi məsələsini qaldıranda AŞ PA bunu istəmədi. Belə çıxır ki, Azərbaycan "ağ qağayıdır”, anlamaq olmur. Ştrasserin fəaliyyətinə gəlincə, o, heç bir iş görmədi və belə təəssürat yaranır ki, onu bu cür durum qane edir. Yəni hakimiyyətin onu ölkəyə buraxmamasından razıdır. Mən onun fəaliyyətini utandırıcı, təslimçi və Avropa dəyərlərinə zidd hesab edirəm. Bəli, o, deyir ki, ölkəyə buraxmırlar, yaxşı, mən dəvət etmişəm, niyə gəlməyib? Dəfələrlə məktub yazıb vəziyyəti izah etmişik, amma cavab vermir.

Natiq CAVADLI,
bizimyol.az
 


Категория: İnsan hüquqları | Просмотров: 1997 | Добавил: admin | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus