Talısh.Org Azadlıq Qəzetinə istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsi tanınmış ziyalı, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev barəsində başqa yerə getməmək haqqında qətimkan tədbirinin seçilməsinə qərar verib. Qərar Eldəniz Quliyevi məhkəməyə verən daxili işlər naziri Ramil Usubovun vəsatəti əsasında qəbul olunub.
Məhkəmədə çıxış edən Eldəniz Quliyev vəsatətin rədd edilməsini istəyib. Bildirib ki, onun ölkədən çıxmaq niyyəti yoxdur. Sadəcə bir neçə günlüyə İrana müalicəyə getmək istəyir. Əgər ölkəni tərk etmək niyyəti olsa, Avropa dövlətlərindən birinə gedər və oralarda asanlıqla sığınacaq ala bilər. Lakin belə bir fikri yoxdur və İranda müalicə aldıqdan sonar Azərbaycana qayıdacaq.
Məhkəmə heyəti qərar vermək üçün müşavirəyə gedib. Qayıdandan sonar isə nazirin vəsatətinin təmin olunduğunu élan edib.
Beləliklə, Eldəniz Quliyevin ölkədən çıxması yasaqlanıb.