Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Декабрь » 2 » Еldəniz Quliyev yoxsa Hacıbaba Əzimov çox böyük səhv edir?
14:55
Еldəniz Quliyev yoxsa Hacıbaba Əzimov çox böyük səhv edir?
"Dəvə dəlləklik edər,
Köhnə hamam içində!"


"İt oynadan" teleqrafçılar

Bir neçə gündür ki, nə müxalifət, nə iqtidar, elə-belə cəmi ikinəfərlik cib "partiya" olan Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri,  professor-şaumyanşünas Hacıbaba Əzimov rejimyönlü  "Gündəlik Teleqraf” qəzetinə müsahibələr verir. Heç xəbərim də yoxumuş, amma qarlı-çovğunlu havaya görə evdən çıxmadığıma görə ev telefonuma xeyli zənglər gəldi və artıq dərəcədə qeyzli-söyüşlü lənkəranlı dostlarımın səslərindən anladım ki, professor yerlimiz yenə də nə isə qaynadıb, yenə provokatorluğa əl atıb.

Nə qədər dedimsə, əşi, boş buraxın, fikir verməyin, qoca kişidi də ağlı çaşıb, əlbət bu "teleqrafçılar" onu şar kimi üfürdüb-köpürdüblər, o da onlara inanıb siyasi səhnədə bir də görsənmək arzusu ilə yenə cəfənglərini danışıb. Bu minvalla xeyli adamı "yola saldım", amma artıq 11-cisi zəng vurub yenə də onun adının yanına əcaib "titullar" düzməyə başlayanda dözmədim və söz verdim ki, müsahibəsini oxuyacam.

Oxudum. Nə görsəm yaxşıdı? Gördüm ki bu fırıldaq "teleqrafçılar" kişini həqiqətən ələ salırmışlar! Ondan soruşublar ki, bəs nə əcəb, ay professor, sizin xəbəriniz yoxdur ki, Mehdibəy Səfərov sizi deputat kimi yalan vədlər verməkdə suçladı, zonada olan problemləri çatdırmamağınızdan  deyib, ittiham edib.  Deputatxananın keçmiş üzvünə bunu demək olar? Axı o, özünü hər zaman  "analoqu olmayan və olmayacaq" deputat sayır. Hacıbaba müəllimi elə bil əfi ilan çaldı, açdı sandığı, tökdü bütün pambıqları, dedi: "Mən bunu eşitməmişəm, oxumamışam, xəbərim yoxdur, belə sözə rast gəlməmişəm". Əlbəttə ki, yalandı, çünki hamı bilir ki, H.Əzimov öz problemlərindən savayı, heç kimin probleminə fikir verən deyil, zonun problemi nədir ki, universitet əldən getdi, deputatlıq əldən getdi, rektorluq da gedəndən sonra güc-bəla ilə partiyaya yığdıqları adamlar da birdəfəlik sürüşüb getdilər, qaldı bir cüt-iki tək, özü sədr, bir də müavin. O da ancaq bir yerdə çay icməyə yarıyır. "Teleqrafşılar" da ki, "it oynadan"dılar, bunu bilə-bilə partiyasının adını uzun-uzadı yazdılar, hələ də neçə dəfə təkrarlatdılar. Əslində qınamalı da deyillər, axı necə olur ki, partiyanın adı beş sözdən, amma özü iki üzvdən ibarət olur?

Ksenofobiya xəstəsi, yoxsa manqurt?


Hacıbaba müəllimin talışlardan heç vaxt xoşu gəlmədiyindən, bir-iki qara da atdı Talışın tarixinə, talışların özünə, təşkilatlarına, millətlərinə. Desə ki, yalandır, özü yalançıların böyüyü çıxar. Görək niyə çıxır? Ən öncədən deyək ki, Hacıbaba Əzimov o qədər Talış diyarına nifrəti var ki, ona öz adını belə qıymır, "cənub bölgəsi" deyir, elə bil Talış desə nə isə utanc və ədəbsiz bir söz deyəcək. Nə olsun ki, anası talış, atası talış olub? Bunun ksenofobiyaya dəxli yoxdur, əgər insan manqurtdursa, o nə olursa olsun, milləti bəlli olandan zəhləsi gedər, hər zaman onun barəsində yaman sözlər işlədəcək. Özü deyir ki, "cənub bölgəsindənəm, Lənkəran şəhərində anadan olmuşam". Fikir verdinizmi necə deyib? Amma onun uşaqlıq vaxtında Talış mahalında heç bir Allah bəndəsi belə danışmayıb! Hətta lənkəranlıların zərbül-məsəli var "Talış olmayan lənkəranlı olmaz". Yəni Hacıbaba bəy yoldaş Əzimov bunu bilmir? Desə ki, bilmirəm yenə yalançı çıxacaq, çınki bunu bilməyən lənkəranlı yoxdur, hər uşaq da bunu bilir, hətta əsli lənkəranlı olmayanlar, məsələn, qarabağlılar, şamaxılılar, salyanlılar. Onları da öz tarixi yerlərinə görə tanıyırlar, baxmayaraq ki, dədə-babadan Lənkərana köçüblər və keşmiş vətənlərini də çox vaxt heç  yaxşı tanımırlar.

H.Əzimov deyir ki, onun haqqında cızma-qaralar yazacaqlar. Nədən belə bədbin fikrə düşüb, görəsən, məgər yalan deyir? Yəqin ki belədir. Məsələn, bu yalan: "Ümumiyyətlə, Lənkəran şəhəri tarixən türk qalası olub və türk əsilli azərbaycanlı şəhəri olaraq qalır."  Bu o qədər ağ yalandır ki, ona cavab vermək belə bilən adam üçün özünə hörmətsizlik olur. Ama o, vicdansızcasına məcbur edir. Hacıbaba bilməlidir, hətta boynuna almasa belə ki, türklər hətta tarixi vətənlərində və sonradan gəldikləri ölkələrdə piyada ləşkərlərdə vuruşmayıblar. Əgər özünü tarixçi sayan bilmirsə ki, Osmanlıda və İranda türklərin yalnız süvari orduları olub və buna görə şahlar və sultanlar qeyri-türklərdən ibarət piyada korpuslar yaradırdı, onda onun tarixçi olmağı çox böyük sual altına düşür!  Süvari orduya qala tikmək nəyə gərəkdir, ay tarıxçi-professor, heç diplom-titullarından utanmırsan? Səni "teleqrafçı" jurnalistlər kukla kimi oynadır, bunu da anlamırsan? Bax, gör nə günlərə qalmısan, ay yazıq. Türklər Lənkəran qalasını tikiblərsə, niyə adını talışca, heç farsca da qoymadılar? Fars dilində "kəran" kəlməsi heç vaxt olmadığı kimi, türklər onu indiyə qədər də mənimsəməyiblər. Nə tarixdən, nə də dilçilikdən bu adamın xəbəri yoxdur, danışdıqları kənd çayxanasının söhbətləri səviyyəsindədi...

Onun yerinə bütün Lənkəran utanır, axı Lənkəran və ümumiyyətlə Talış alimlərlə zəngin olan torpaqdır, İranın tarixində Lənkərani ləqəbilə tanınan alimlər bütün alimlərin az qala yarısını təşkil edir, ay tarixçi-professor-deputat-partiyaçı və daha nə bilim kim Haçıbaba! Sən onları da biabır edirsən, axı sən kimsən belə göbələk kimi pırtlayıb düşmüsən ortalığa? Utanmaz-qızarmaz vicdansızların dövrü gəlib deyəsən. Bu Hacıbaba müəllimin babası əslən cənubi Talışdan, Nəmin tərəfdəndir, biz bunu onun özündən də gözəl öyrənmişik, hətta onun ordakı qohumlarını da tapmışıq. Qoy özü üşün nağıl danışsın necə danışır. O sadəcə talış manqurtudur, başqa bir şey deyil.   Nəmin şəhristanında (rayonunda) indiyə kimi əhalinin hamısı talışlardır və onlar bunu fəxrlə bildirirlər. Odur ki, hədər yerə zatı-qəlizlik eləmək lazım deyil, adam zatından imtina etməz, çünki zatıqırıqlıq hələ heç kimə şərəf gətirməyib. 

Əqidəsini dəyişən Şaumyanşünas kommunist


Ola bilər ki, Hacıbaba müəllim hansısa siyasi mənfəətlərə görə özünü türk adlandıra, bunu anlamaq çətin deyil, çünki Azərbaycanda XX əsrin əvvələrindən pantürkçü agentlər təbliğat ilə məşğul idilər və Cənubi Qafqazda yəhudi dövlətinin qurulmasını planlaşdırırdılar, lakin bu plan ("Yeni Xəzəriyyə") baş tutmadı. Yəhudilərin planları dəyişdi və yəhudi dövləti keçmiş Britaniya protektoratı olan Fələstində quruldu. Sonra bolşeviklərin dünya proletar ingilabı ideyası üzrə İranda türkcə danışan əyalətdə inqilab edib, oranı Sovet Azərbaycanına qatmaq planı mövcud idi. O vaxt bu planı yerinə yetirmək üçün Stalin Mircəfər Bağırova tapşırdı və bu tat bolşevik olduğundan var gücü ilə bütün əhalinin türkləşməsi ilə məşğul oldu, lakin bu plan da boşa çıxdı. Siyasi karyeranı inkişaf etdirmək üçün çoxlu adamlar əvvəl türk kimi, sonra azərbaycanlı kimi özlərini qələmə verdilər və doğrudan da karyeralarını qurdular.

İndi də belə karyerist insanlar var, elə Hacıbaba müəllim özü bunun bariz nümunəsidi. Məgər "alovlu inqilabşı-bolşevik Stepan Şaumyan" barəsində iki dissertasiya yazmayıb? Onun dissertasiyaları mədhiyyə janrında həqiqətən şedevrlər sırasına düşməlidi. Çox gözəl, böyük məhəbbət və zövqlə yazıb. Heç də inandırıcı deyil ki, H.Əzimov kommunist partiyasına xilaf çıxacaqdı və əcaib bir başqa partiya yaradacaqdı. Bu adi məntiqə sığmır, amma siyasi karyeraya görə nəinki millətini, hətta əqidəni də qurban verənlər var, düzdü, bu ayrı bir məntiqdir, amma başa düşüləndir.

Öz partiyası haqqında ağzıdolu danışan H.Əzimov nədənsə fikirləşmədi ki, rektor olduğu zaman tələbələri onun partiyasına nəyə görə daxil oldular. O period partiyasının "qızıl əsri" sayıla bilər, 300 üzvü var idi! Amma Azərbaycan Xalqlar Bərəbərlik Partiyasının üzvlərinin  sayı həmən ərəfədə 15 mini artıq  keçmişdi və VAMBP onun qarşısında hətta LDU-da belə rəqabət apara bilmirdi. Nahaq yerə H.Əzimov  oxuculara  yalan satır. Yadına salsaydı ki, onun partiyasından AXBP-yə (H.Əzimov onu müsahibəsində Talış Xalq Partiyası adlandırır)  çoxlu üzvlərin keçməsini  də deməliydi, amma nədənsə demədi və bu məlumatı bizim üşün saxladı. Deyir ki, partiyasına ləzgiləri də dəvət edib, Kürd mədəniyyət mərkəzinin sədrni də, amma demədi ki, AXBP-nin Türk, Ləzgi, Tat, Rus, Avar, Udi fraksiyaları mövcud idilər və bu partiya heç də etnik zəminində yaranmış qurum deyildi.  Biz bunu da öyrənə bildik, Azərbaycanda qatı türk millətçi partiyaların mövcudluğunu da. Sadəcə sabiq Deputatxana üzvü həqiqəti demək istəmir. O,  türk millətçi partiyalarının yaranmasının fonunda onlarla rəqabət apara biləcək çox güclü elektoratlı güvvədən istifadə etmək barədə düşünürdü, amma bacarmadı, çünki etnoslar ideoloji cəhətdən hazırlıqlı olanda onlardan əl çubuğu kimi istifadə etmək olmur.

Bircə Kürd Bərabərlik Partiyası (KBP) YAP yaranan kimi dərhal demək olar bütöblüklə ona transfer olundu və bu partiyanın kimlər tərəfindən yaratdığını üzə çıxartdı. Azlıqda qalmış KBP-çilərsə biçarə qalıb ölkəni tərk etdilər və Parti Kargərane Kurdan sıralarında Türkiyədə öz fəaliyyətlərini davam etdilər.

Savadsız siyasətbaz


Yazıqlar olsun ki, Hacıbaba Əzimov hələ də başa düşmür ki, siyasət onun düşündüyü deyil, başqa bir anlamdır. Əyani görmək olur ki, Deputatxananın keçmiş üzvü oyun oynamaq istəyir, amma bacarmır, siyasi savadı çox zəifdir və bilmir ki, milli mənsubiyyətini hamı gözəl bilir və ona heç cürə imkan verməyəcəklər. Onun üçün bir çıxış saxlanılıb, o da satılmaq. O satılır və talış xalqını o ümudlə satır ki, ona bir pay düşsün, amma aldığı pay artığlıq edir, pay verənlər başa düşdülər ki, onun  talışların içində daha heç bir nüfuzu yoxdur və daha pay verməyəcəklər.

Əslinə qalanda o, bədbəxt insandı, özünü reallaşdıra bilməyən, yaşı keçmiş və böyük siyasətin təpikləri altında qalan xırda bir siyasətbazdır. Yazımın əvvəlində qeyd etmişdim ki, onun şəxsiyyətilə maraqlanmaq istəmirdim, zəng vuranlara da bunu demişdim. Yəqin onlar Hacıbaba müəllimə rast gələndə, ona bu haqda özləri deyəcəklər. Yalnız onun sərsəm müsahibəsini oxuyandan sonra, heç özünə görə də deyil, onun kimi bədbəxt yolu seçən bəzi "itkin gəlin" rolunda olan talış ziyalılara və oxuculara xatir fikirlərimlə bölüşməyə qərara gəldim. O ki, onun Azərbaycanın çox hörmətli və əsil ziyalı şəxsiyyətlərindən olan Eldəniz Quliyev barəsində ağılsızcasına dediyi  sözlər  vicdanlı insanın ləyaqətinə sığmır və buna görə H.Əzimovun əvəzində və mənə müraciət edən talışların adından bu naxələf yerlimizə görə  dönə-dönə üzr istəyirəm, çünki Eldəniz müəllimə bu cürə qiymət qoymaq bütün Azərbaycan xalqını təhqir etməyə bərabərdi və biz, Azərbaycan vətəndaşları olan talışlar bunu özümüzə heç vaxt rəva bilmərik.

Ümidvaram ki, H.Əzimov da özü bunu başa düşəcək və bizim üzrxahlığımıza həmrəy olacaq.

Eldar Şərifzadə,
TALISH.ORG

Категория: Azərbaycan | Просмотров: 4873 | Добавил: admin | Теги: azərbaycan, Hacıbaba Əzimov, talış | Рейтинг: 4.7/3
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus