"Mən Talış olduğum qədər də azərbaycanlıyam!" deyən, "Haqq yolunda durmuşuq, bu baş, bu bədən- Ey Ana vətən!" hayqıraraq milyonları riqqətə gətirib mübarizəyə səsləyən, yazdığı hər misrada ulu Talışın ruhunu və Azərbaycan sevgisi yaşadan dostum Əli Nasiri 60 yaşı münasibəti ilə sidq-ürəklə təbrik edirəm!
Sən bütün varlığınla ölkəmizi azad, demokratik və xoşbəxt görmək istəyən istiqlal şairimiz-, səmimi,yeganə və bənzərsiz Əli Nasirimizsən! Yeni-yeni yaradıcılıq uğurları, xoşbəxtlik və möhkəm can sağlığı arzusuyla! Hər zaman Allah-Təalanın amanında olasn, gözəl şair!