Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2013 » Февраль » 20 » Eldəniz Quliyev: Düz dayanan insan kölgəsinin əyri düşməyindən qorxmamalıdır
19:27
Eldəniz Quliyev: Düz dayanan insan kölgəsinin əyri düşməyindən qorxmamalıdır
Müsahibimiz  Azərbaycan Ziyalılar Birliyinin sədri, kinodramaturq Eldəniz Quliyevdir

- Salam, Eldəniz bəy. Talış.org üçün müsahibə verməyə razılıq verdiyinizə görə Sizə təşəkkür edirik. İlk əvvəl Azərbaycanın ictimai-siyasi həyatında bu gün baş verənlərə münasibətinizi bilmək istərdik. Məlumdur ki, son həftələr siyasi gündəm çox sürətlə dəyişir. Qaradağda tacir üsyanı, İsmayıllıda xalq etirazı, bir sıra siyasi fiqurların həbsi və s. Sizcə ölkədə nə baş verir?

- Fəaliyyətimizlə bağlı məsələlərə göstərdiyiniz diqqətə görə mən də öz növbəmdə Sizə təşəkkür edirəm. Verdiyiniz ilk sualın cavabına gəlincə, bunu bircə kəlməylə səciyyələndirmək olar – Xaos. Ölkədə xaos hökm sürür. Burada vacib bir məqamı vurğulamaq istəyirəm: Azərbaycanda son on-on beş illər ərzində insanların xaos içərisində yaşaması, daha doğrusu mövcud olması, heç kəsə sirr deyildi. Ancaq bu xaos idarə olunan idi. Son vaxtlar isə bu hərc-mərclik artıq idarə olunmayan vəziyyət alıb. Baş verən məlum hadisələr – istər Quba, İsmayıllı, istərsə də Binə Ticarət Mərkəzindəki olaylar, yaxud gənclərin etiraz aksiyaları - mitinqlər, nümayiş və piketlər məhz bunun təzahürüdür.
İdarəçilik və ideoloji sisteminin eroziyaya uğraması, dövlətçilik ideallarının merkantil maraqlara qurban verilməsi cəmiyyəti faciəyə sürükləyən korrupsiya adlı bəla, eləcə də əsil qanadlı dəvələrə dönmüş məmurların qudurğanlığı; üstəlik, məhkəmələrin ancaq və ancaq rüşvət və sifarişlə işləməsi, qanunverici orqanın bazar alış-verişiylə formalaşması, yalanın ayaq tutub yeriməsi və sair bu sayaq milli xəstəlikləri də dediklərimizə əlavə etsək, yəqin ki, Azərbaycn adlı məmləkətdə nələrin baş verdiyini təsəvvür etmək olar.

- Yeri gəlmişkən, son dövr gündəmi zəpt edən məsələlərdən biri Əkrəm Əylisli ilə bağlıdir. Məlumdur ki, o, Sizin də təmsil olduğunuz və Azərbaycanda böyük nüfuza malik olan Ziyalılar Forumun üzvüdür. Hökümət mənsubların hədəfində olan Foruma qarşı baş verənlər sanki onlar üçün göydəndüşmə fakt təsiri bağışlayır. Forumun bununla bağlı münasibəti necədir?

- Bəli, Əkrəm Əylislinin "Daş yuxular” romanı bunlar üçün həqiqətən də Şaxta baba hədiyyəsi oldu. Və bu məsələdə hakimiyyətin bolşevik mahiyyətilə yanaşı, hər hansı cüzi fürsətdən yararlanmaq xisləti ölkənin mənzrəsini lakmus kağızı kimi aşkarladı. Aşkarlandı ki, hakimiyyət mənsublarının söz azadlığı, humanizm və tolerantlıq haqda dedikləri cəfəngiyyatdan başqa bir şey deyilmiş. Aydın oldu ki, Azərbaycanın qoşulduğu İnsan Hüquqları haqqında Avropa Konvensiyasının qərarlarını bunlar göyə uçurulan adicə kağız quşu hesab edirlər. O da bəlli oldu ki, bunlar artıq " parçala, hökm sür” uslubundan "parçala, tapdala, əz, tut, öldür – kef elə” fazasına keçiblər. Ziyalılar Forumu bu və digər formada adı çəkilən romana münasibət bildirib və hesab edir ki, yazıçının qələmə aldığı əsərə görə onun təqib, təhqir olunması, hədələnməsi, yaradıcılığı və istedadı müqabilində qazandığı (məhz qazandığı!) fəxri adlardan, təltiflərdən məhrum edilməsi, ona qarşı təşkil olunmuş (məhz təşkil olunmuş!) ictimai nifrət dalğası yaradılması, "düşmən”, "satqın”, "vətən xaini” və s.damğalar vurulması qətiyyən yolverilməzdir - hətta roman hansı mənadasa bunlara layiq olsa belə. Ziyalılar Forumu, o cümlədən Forumun ətrafında birləşən insanlar bu sayaq zərbələrə öyrəşib və bütün bunlar onu tutduğu yolundan sapdıra bilməz. Çünki, bu YOL, heç şübhəsiz ki, MƏBƏDƏ aparan YOLDUR.

- Siz üzun müddərdir ki, Azərbaycan Ziyalılar İttifaqının rəhbərisiniz. Ziyalılar Forumunda təmsil olunursunuz. KİV-də gedən məlumatlara görə əsas hədəf kimi qarşıdan gələn prezident seçkilərində xalqın azad iradə ifadəsinə nail olmaq və onu növbəti dəfə saxtalaşdırmanın qarşısını almağı qarşısına məqsəd qoyan, simvolik olaraq "El” adlandırılan hərəkatın təşəbbüs Qrupunda da varsınız. Bu hərəkatın indiki şəraitdə öz hədəflərinə çatmasını nə qədər real hesab edirsiniz?

- Sizi əmin edirəm: EL Hərəkatı öz məqsədinə çatacaq. Mütləq çatacaq. Çünki bu Hərəkatın yaranması ictimai sifarişdir. Azad, ədalətli, ləyaqətli seçki keçirmək, xalqın birliyinə çalışmaq, demokratik dəyərlərə və öz xalqına xor baxan ədalətsiz rejimdən xilas olmaq – bunlar xalqımızın həm Konstitusiyada təsbit olunmuş, həm də Allah-təala tərəfindən ona bəxş edilmiş halalca haqqı, hüququdur. El Hərəkatı bunu istəyir. Xalq öz taleyinin tamaşaçısından onun iştirakçısına çevrilmək arzusundadır və El Hərəkatı da bu missiyanın reallaşdırmaq, maddiəşdirmək üçün yaranır.

- Keçən əsrin 80-cı illərin axırı, 90-cı illərin əvvəlində Azərbaycanda böyük bir xalq hərəkatı başladı və ilkin hədəflərinə tez bir zamanda çatdı. Sonralar aparılan siyasət və buraxılan səhflər nəticəsində Azərbaycan xalqı çoxlu hissələrə parçalandı. 20 ildir ki, ölkəmizdə avtoritarizm hökm sürür və mütləq əksəriyyəti narazı olan xalq birləşə bilmir. Yeni yaradılacaq hərəkatda xalqın inamını qaytarmaqdan ötrü bu məsələlərin analizi aparılıbmı, və yaxud bu istiqamətdə buraxılan səhflər təftiş edilib bir nəticə çıxarılacaqmı?

- Qeyd etdiyiniz avtoritar idarəetmə məfkurəsindən qurtulmaq və buna görə dərin, əhatəli araşdırmalar aparıb nəticə çıxartmaq üçün fikrimcə, ilk növbədə səbəb aydınlaşdırılmalıdır. Səbəb, daha dəqiqi, səbəblər yetərincədir. Bu gün mütərəqqi fikirli ziyalılar, alimlər, mütəxəssislər bu işlə məşğuldurlar. Bunun obyektiv, eləcə də subyektiv səbəbləri təhlil olunub incələnməlidir. Ölkənin gələcək perespektivləri və inkişafı dəqiq riyazi modellər vasitəsilə təhlil olunub qurulmalıdır. Ən azından, yenidən yanlışlığa yol verməmək və eyni səhvi etməmək xatirinə. Adi bir həqiqəti dərk etməliyik: bu gün biz birləşməyə məhkumuq və bunun alternativi yoxdur. Siz "avtoritar” adlandırdığınız, əslində isə, adı və analoqu olmayan, yəni özündə klan mahiyyətli, kriminal-mafioz simbiozluğunu ehtiva eləyən hakimiyyətlə mübarizə üçün çiyion-çiyinə dayanmaqdan başqa çarə yoxdur.

- Keçın il ərzində Siz həm də Azərərbaycan Dövlətçiliyi naminə Demokratik Talış Birliyi ilə bağlı, bu Birliyin təsisçilərindən biri olaraq, mətbuatın diqqətində olmusunuz. Uzun müddət Azərbaycan dövlətinin daxili siyasətində faktiki olaraq qadağa qoyulmuş bir mövzü ilə gündəmə gəlmisiniz. Bu nə ilə bağlı idi?

- Talış Birliyi yarananda bizi qınayan, söyən, hətta qorxudan kifayət qədər yüksək kalibirli məmurlar dəstəsi və siyasi distrofiklər baş qaldırdılar. Adımızı, məram və istəklərimizi təhrif edərək bizləri Rusiyayla, İranla, Turanla, qərblə, şərqlə və s. əlaqələndirdilər. Birinin də ağlına gəlmədi ki, bu təşkilatı yaradanlar bəlkə öz vicdanlarının səsiylə bu işə baş qoşublar. Axı, "cənub bölgəsi” adlandırdıqları bölgədə doğrudan da kifayət qədər həll olunmamış spesifik problemlər mövcuddur. Axı bir çox insanlar yalnız talış olduqlarına görə zaman-zaman çeşidli məhrumiyyətlərlə üzləşirlər... Mən bütün bunları gördüm, eşitdim, hiss etdim və bu işə sidq-ürəklə dəstək verməklə haqsız qadağanı pozmaq qərarına gəldim. Vaxt da göstərir ki, mən düzgün hərəkət etmişəm. Allahımız heç kəsə ixtiyar verməyib ki, kiməsə yuxarıdan aşağı baxsın. Bu, bir halda mümkündür və Allah-təala da buna izn verir: əyilib yıxılan adamı qaldıranda! Sən kimisə yerdən qaldırırsansa, istər-istəməz ona yuxarıdan aşağı baxmalı olursan. Bunları sözgəlişi dedim. Belə incəlikləri bizim harınlamış hakimi-şəriflər anlamazlar, - gönləri imkan verməz.

- Azərbaycanda son 20 il ərzində formalaşan ictimai rəydə "talış” faktoru və hətta bu barədə danışmaq təhlükəli hesab edilir. Uzağa getməyək, tək bu təşkilatın yaradılması ilə bağlı KİV-də baş vermiş ajiotaj belə deməyə əsas verir. Sizcə belə münasibətin səbəbləri nədir və onun sivil məcraya yön alması üçün nə baş verməlidir?

- Belə münasibətin sadə bir səbəbi var: psevdo-patriotizm. Mən səmimi olaraq düşünürəm və hətta buna əminəm ki, yalançı millətçilik doğruçu düşmənçilikdən təhlükəlidir. Talışların Azərbaycan vətəndaşları olduqlarını və bir çox hallarda onların Azərbaycanı öz doğma vətəni sayıb, onun dövlətçiliyini göz-bəbəyi kimi qorumaq istəyini inkarolunmaz fakt kimi qəbul eləmək lazımdır. Müxtəlif xəstəliklər kimi, bir mərəz də var – bu, "titul millət” mərəzidir. Bu azar bir çox hallarda irqçiliyə aparan yolun qapısı funksiyasını daşıyır. Bu xəstəliyə mübtəla olanlar "məni” sevməyi "bizi” sevməkdən daha üstün tutur və bu başıbəlalı "sevgi” son nəticədə milləti, xalqı və etnosu tənəzzülə sürükləyir. "Başqalarını özün qədər sev” və ya "Özünü yaxınların qədər sev!” müqəddəs kəlamları unudulan gün, saat, an insanın, müvafiq olaraq toplumun "kəlmeyi-şəhadəti” oxunur. Qeyri sivil və qaydasız döyüş metodlarıyla idarə olunan, Qanunun Şah yox, Şahın Qanun olduğu bir ölkədə münasibətlər sistemini, qeyd etdiyiniz sivil məcraya yönəltmək olduqca mürəkkəb məsələdir. Ancaq latınlar demiş: "Nil volentibus ardium!” Yəni "cəhd edənə maneə yoxdur”. İnşaallah, yaxşı olar, ümid ən sonda ölür axı!..

- Prof. Novruzəli Məmmədovun qondarma ittihamlarla həbsi və sonradan həbsxanada öldürülməsi çox az sayda ölkəmizin titul millətinə mənsub olan ziyalıların etirazına səbəb oldu. Amma Hilal Məmmədovla bağlı analoji situasiya başqa çür qarşılandı. Arada cəmi 5 il müddət fərqi var. Sizcə bu arada nə dəyişdi?

- Bu gün Azərbaycan 5 il əvvəlki ölkə deyil. Heç 5 ay əvvəlki ölkə də deyil. İnsanların mövcud hakimiyyətdən narazılığı son həddə çatıb. Əhalinin sinergetik enerjisi təhlükəli şkalaya yüksəlib. Toplumun dünya duyumu, hadisələrə baxış bucağı dəyişib.
Professor Novruzəli Məmmədovu tutdular, yalançı ittihamlarla mühakimə etdilər, üzünə yalançı şahidlər durquzub, ortaya yalançı faktlar çıxartdılar, amma... doğruçu zindana saldılar və öldürdülər. 5 il bundan qabaq məhkəmə öz dediyinin və elədiyinin yalan olduğunu bilirdi. Bu gün də Hilal Məmmədova qarşı yalan ittihamlar irəli sürülür, yalan istintaq araşdırmaları və yalan məhkəmə prosesi aparılır. Fərq bundadır ki, 5 il əvvəl yalan deyən bunun yalan olduğunu bilirdi və inanmırdı, bu gün də yalan deyənlər bunu bilir, ancaq öz yalanlarına inanırlar. Hilalın müdafiəsində sərgilənən dirəniş və ictimai aktivlik məncə əsasən bu faktorla bağlıdır.

- "Talış olub, separatçı olmamaq” düstürü Sizcə necə olmalıdır? Və yaxud "Azərbaycan həm də talışların dövlətidir”, "Azərbaycan dövləti bu ölkədə yaşayan və buranın keçmişi ilə bağlı olan xalqlara münasibətdə nələri etməlidir” mövzularında xoş məramlı diskusiyaların yaxın gələcəkdə aparılmasına necə baxırsınız? Ümumiyyətlə bu istiqamətdə dövlət nə etməlidir, titul millətin ziyalılarının mövqeyi necə olmalıdır, talış ziyalıları necə hərəkət etməlidir?

- Biz hadisələrə münasibətdə xalqın dəyişdiyinə və onun ətalətdən yaxa qurtarmaq cəhdlərinə işarə etdik. Bununla bərabər, təəssüf hissiylə deməliyəm ki, bu illər ərzində hakimiyyətin idarəçilik üsul-idarəsi və hirs-hikkəsi qətiyyən dəyişməyib; beş il, on il əvvəl necəydisə, indi də qal oğlu qaldı. Dediyiniz düstur isə, mövcud hakimiyyətin köklü tranformasiyasından, daha döğrusu onun şələ-küləsini götürüb yerli-dibli getməyindən sonra həllini tapacaqdır. Səhv etmirəmsə, 1992-ci il tarixində Milli azlıqlarla bağlı Prezident Fərmanı imzalanıb. Həmin fərmanda, eləcə də ölkə Konstitusiyasında etnik azlıqlarla bağlı kifayət qədər pozitiv məqamlar var. Bu gün bu məqamlar deklorativ xarakter daşıyır. Yetər ki, həmin fərmanda göstərilən, Beynəlxalq qurumlar qarşısında götürdüyümüz öhdəliklər və Ana Yasada təsbit edilmiş hüquq və azadlıqları ehtiva edən müddəalar süni əngəllərdən xilas olub işləsin.
Qeyd olunan məsələlər haqda xoşməramlı diskusiyaların keçirilməsi şübhəsiz ki, müsbət dəyərləndirilməlidir. Talışlar da Azərbaycan Respublikasında yaşayan digər xalqların, (o cümlədən azəri türklərinin) nümayəndələri kimi, bərabərhüquqlu Azərbaycan vətəndaşlarıdır. Və bu, heç bir halda müzakirə mövzusu ola bilməz. Azərbaycan hər bir Azərbaycan vətəndaşının vətənidir! O ki, qaldı ziyalıların mövqeyinə, əvvəla hesab edirəm ki, ziyalı öz xalqının vicdan simvolu, ruhunun təmsilçisidir və eyni zamanda o, həmin xalqın məsuliyyətini daşıyır. Bu mənada, "titul millətin ziyalıları”, yaxud "Talış ziyalıları” ifadələrini bir o qədər də uğurlu yanaşma hesab etmirəm. Məgər işıq fərq qoyur, bu azəri türküdür, ləzgidir, ya talışdır? – hamıya eyni dərəcədə işıq saçır, deyilmi?
Bu gün ziyalıların mövqeyi (əbəttə, əgər onlar həqiqətən aydın və ləyaqətli insanlardısa) birmənalı olmalıdır: milliyətindən, siyasi əqidəsindən, dünya görüşündən, dinindən və dilindən asılı olmayaraq, hamıya eyni münasibət – hörmət, xeyirxahlıq, nəciblik, obyektivlik və ədalətlilik göstərmək.

- ADNDTB Ədliyyə Nazirliyində qeydiyyatdan keçmədi. Ümumiyyətlə hazırda "talış” adı ilə heç bir təşkilatın Azərbaycanda rəsmi qeydiyyatı yoxdur. Xaricdə isə "talış” adı ilə təşkilat qeydə alındıqda bunda dərhal bir düşmən əli axtarılır. Talışçılıqla bağlı hər hansı bir tədbirin keçirilməsinə də analoji münasibət bəslənilir. Əlbəttə Azərbaycanı istəməyən qüvvələrin belə situasiyadan istifadə etməsini istisna etmirik. Digər tərəfdən sanki Azərbaycanda iqtidar mənsubları da belə situasiyanın qorunub saxlanılmasında maraqlıdır. Sizin buna münasibətinizi necədir və mövcüd vəziyyətdən çıxış yolunu nədə görürsünüz?

- İctimai təşkilatların dövlət qeydiyyatına alınması müşkül bir məsələyə çevrilib. Hakimiyyət ölkədə vətəndaş cəmiyyəti quruculuğunda, demokratik islahatların aparılmasında, habelə milli-mənəvi dəyərlər sisteminin yaradılması və ictimai nəzarətin güclənməsində maraqlı deyil. Bu üzdən, Ədliyyə Nazirliyi min bir səbəb gətirib müstəqil fəaliyyət göstərmək niyyətində olan və onlara ləbbeyk demək istəməyən qeyri hökumət təşkilatlarının qeydiyyatını əngəlləyir. "Talış”, "Ləzgi”, "Avar” və s. adlar görəndə isə, elə bil korrida öküzünə qırmızı parça göstərirsən, - daş atıb başlarını tuturlar. İndi özünüz təsəvvür edin, bizlər hansı şəraitdə fəaliyyət göstəririk.
Mövcud vəziyyətdən çıxış yolu mübarizədir, səmimi şəkildə öz halalca haqqını, hüququnu tələb etməkdə, ağa ağ, qaraya qara deməkdədir. Qorxub çəkinmədən hər kəs öz səsini qaldırmalı, zülmə, zülmkara "YOX!” deməyi bacarmalıdır. Unutmayaq ki, düz dayanan insan kölgəsinin əyri düşməyindən qorxmamalıdır.

- Sonda oxuculardan gələn bir sual vermək istərdik: El Hərəkatında köklü xalqların nümayəndələri olacaqmı?

- İcazənizlə, bu suala bir neçə kəlməylə cavab verim. Mən hər hansı bir Hərəkatda təmsil olunacağamsa, qətiyyən şübhə etməyin ki, orada milli azlıqların nümayəndələri yetərincə və layiqincə təmsil olunacaqlar.

- Geniş müsahibə üçün Sizə təşəkkür edir, Sizə gələcək işlərinizdə uğurlar arzu edirik.

- Sizlərə və oxucularınıza böyük sayğılarla.

Müsahibəni aldı
Yunsur Şıxməhəmmədzadə



Категория: Azərbaycan | Просмотров: 2484 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 1
1 Сабарз  
1
Ay millət, siz doğrudanmı inanırsınız ki, bu hakim vəhsi yeraz klanı ölkədə demokratik seçkilərə, suvil yolla siyasi dəyişiliklərə imkan verər? Məgər bunların 20 illik hakimiyyəti onların bütün Azərbaycan xalqına düşmən olduqlarını sübut etmədimi? "Azərbaycanlı" sözünə bürünüb, Azərbaycan xalqının bütün tarixi və mədəni nailiyyətlərini  türklərin adına yazmaları, Bətən torpaqlarını düşmənə təslim etmələri, xalqın qeyrətli oğullarını qətlə yetirmələri və bu kimi saysız cinayət əməlləri məgər sizə heç nə anlatmadımı? Məgər hələ də aydın deyil ki Bu yeraz bandası ifşa olunmayınca Azərbaycan xalqına nicat yoxdur???

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus