Главная » 2013»Март»18 » «EL» hərəkatından AZƏRI-TALIŞ Birliyinə dəstək
15:48
«EL» hərəkatından AZƏRI-TALIŞ Birliyinə dəstək
Azəri-Talış Birliyinin Novruz Bayramı ilə bağlı tədbir keçirib. GUNDEMİNFO.AZ-a daxil olan məlumata görə, tədbirdə tanınmış siyasi xadimlər iştirak edib. E.Quliyev öz çıxışında bildirib ki, birliyin qeydə alınması üçün dəfələrlə Ədliyyə Nazirliyinə müraciət olunub: "Qeydiyyatdan keçmək üçün müraciət etmişik. Lakin birliyi qeydiyyata almaq istəmirlər. Nazirlikdən deyirlər ki, əgər siz təşkilatın adından talış sözünü çıxarsanız biz onu qeydiyyata alarıq”.
Tədbirdə "El” Hərəkatının rəhbəri Eldar Namazov da iştirak edib. E.Namazov tədbirin ərsəyə gəlməsində zəhməti olanlara minnətdarlıq edib və "EL” Hərəkatının Azərbaycan xalqı, dövləti üçün fayda verəcəyini deyib.
Sonda tədbir iştirakçılar da daxil olmaqla, birlik bütün Azərbaycan xalqının novruz bayramını təbrik edib.