Mən keçən məqaləmdə bizim böyük ailənin son 60 ildə 70 dəfədən çox artdığını göstərmişdim. Bəs bizim kənddə əhalinin sayı nə qədər artmışdır?
XX əsrin 50-ci illəri onunla səciyyələnir ki, kəndin kişilərinin əksəriyyəti Bötük Vətən Müharibəsində iştirak etmişlər ki, onlardan da çox böyek bir hissəsi, demək olar ki, əksəriyyəti müharibədə həlak olmuş, itkin düşmüşlər. Böyük Vətən Müharibəsindən kəndimizə müharibə iştirakçılarının çox cüzi hissəsi geri qayıtmışdır.
Uşaqların əksəriyyəti yetim qalmış, buna görə də yetim qalmış uşaqları internat məktəblərinə aparırdılar ki, onlar da kəndimizdən itkin düşmüş uşaqlar kimi kəndimizin artımında iştirak edə bilməmişlər. O vaxt kəndimizdən itkin düşən uşaqlar arasında dayım Kazımov Rza İbrahim Fərzəli oğlu da olmuşdur ki, indiyə qədər tapılmamış, bu səbəbdən həm ailəmizin, həm də kəndimizin demoqrafik artımında iştirak etməmişdir.
Deməli bu dövrdə kənddə olanların əksəriyyəti gənc ailələr olmuşdur. Kənddəki 16 evdə təxminən 50 nəfər yaşamışdır (bax cədvəl N1).
Cədvəl 1. Kəndimizdə illər üzrə ailələrin və əhalinin sayı 1950-ci il: ailələrin sayı 16; əhalinin sayı 50, 1975-ci il: ailələrin sayı 30; əhalinin sayı 271, 2011-ci il: ailələrin sayı 50; əhalinin sayı 331
Cədvəl 2: Köçən əhalinin sayı 1950-1975-ci illər: Lerik və Lənkəran - 5 ailə-33 nəfər; Bakı və Sumqatıt - 4 ailə-24 nəfər 1975-2011-ci illər: Lerik və Lənkəran - 6 ailə 50 nəfər; Bakı və Sumqayıt - 40 ailə 300 nəfər Bu cədvələ kəndin sakini olan 50 nəfərə yaxın qız, hansılar ki, digər rayon və şəhərlərə ərə getdikləri üçün, daxil edilməyiblər. Bu qızların da 300-dən çox uşaq və nəvələri var.
Beləliklə kəndimizin əhalisi 1975-ci ilədək 50-ci illərə nisbətən 5,5 dəfədən çox artmışdır. Əhalinin təxminən 18% digər rayon və şəhərlərə köçmüşdür.
Bu dövürdə 10 anaya "Qəhrəman ana” medalı verilmişdir.
1975-2011-ci illərdə isə kəndin əhalisinin sayı 331 nəfərə çatmışdır. Lakin bu dövr onunla səciyyələnir ki, kütləvi surətdə kəndin əhalisi digər rayonlara və Bakıya köçür.
Ikinci cədvələ baxsaq görərik ki, kənddən son 60 ildə köçən ailələrin sayı 55-ə bərabərdir ki, həmən ailələrdən də ayrılaraq ailə qurmuş oğullarının da ailələrini kənddən köçən ailələrin sayının üstünə gəlsək, kənddən koç edən ailələrin sayı 102-yə çatar. Əgər son dövrlərdə orta hesabla bir ailə 5 nəfərdən ibarət olduğunu nəzərə alsaq, onda kəndin əhalisinin üstünə (100x5=500 nəfər) 500 nəfər gəlməliyik.
Onda bizə Qələbın kəndinin əhalisinin tam sayı bəlli olacaq. Ailələrin sayı 160-dan çox, əhalinin sayı (331+500=831) təxminən 831 nəfər olacaq. Bu o deməkdir ki, Qələbin kəndinin əhhalisinin sayı 1950-ci ilə nisbətdə 20 dəfədən çox artmışdır.
Çox hörmətli Rafiq müəllim! Göründüyü kimi bizim kəndin əhalisi son 60 ildə çox sürətlə artmışdır. Biz əriyib yox olmuruq.
Mən öz Vətənimi-Azərbaycanı çox sevirəm, eyni sevgini mən həm də doğulub, boya-başa çatdığım Talış zonasına da bəsləyirəm ki, onun palçığı da, tozu da, dumanı da, dağı da, həmçinin millətimin Talış adı da mənim üçün hər şeydən əzizdir.
Beləliklə hal hazırda kəndin əhalisindən 2,5 dəfə çox əhali ətraf rayonlarda və Bakı şəhərində yaşayırlar. Bunun 90% Abşeron yarımadasında məskunlaşmışdır.
Balaca bir kənddə son 60 ildə əhalinin sayı 50 nəfərdən təqribən 1000 nəfərə çatmışsa, onda bizim Veri sovetliyində, hansı ki, 5 kənddən ibarətdir və bütün kəndlər də Talışdılar, artım nə qədər ola bilər? Bəs qonşu Siyov, Çayrud, Hamarat sovetliklərində də yaşayanlar talışlardırsa, onda görün statistika idarəsinin verdiyi rəqəm nə boyda cəfəngiyatdır ki, məqsədi həm Azərbaycan xalqını, həm də hörmətli Prezidentimiz İlham Əliyevi aldatmaqdan başqa bir şey deyildir.
Talış diyarının ziyalılarından, kənd sovetlərindən, bələdiyyələrin işçilərindən xahiş edirəm ki, belə tale yüklü məsələyə vicdanla yanaşsınlar, unutmasınlar ki, böyük Tanrımızın da "milli mənsubiyyət və dil” adlı divanı var!...
Seyidəmir MƏMMƏDZADƏ , tarixçi müəllim, Tolışon Sədo, №1, 2012
|