Pamir dağları ətəklərində irandilli xalqlardan Bacuvlar, Bartanqlar, Xuflar, İşkaşımlar, Muncanlar, Oroşorvlar, Ruşanlar, Sanqliçlar, Sarıkollar, Şuqnanlar, Yazquləmlar və Vaxanlar yaşayır...
Mən Pamir dağlarını xəritədə belə görməmişəm. Adını çəkdiyim xalqlarında yalnız adlarını oxumuşam heç əzbər də bilmirəm...
Lakin onu bilirəm ki, bu xalqlar genetik də linqivistik cəhətən mənsub olduğum talış xalqı ilə yaxınlıq təşkil edirlər. Buna dayanıb, nəinki vahid siyasi, ictimai və mədəni birlikdə yaşamadığım, hətta sərhədlərimdən çox-çix uzaqlarda yaşayan bu xalqları DOST və QARDAŞ elan edib, eyni taleni, eyni məzhəbi, eyni pasportu, eyni iqtisadi və mədəni məkanı bölüşdüyüm Azərbaycan türklərini YAD hesab etsəm, mənə nə deyərsiz?
Qoy bu ölkədə yaşayıb özlərini TÜRKÇÜ hesab edən, bizdən fərqli coğrafiyanı, fərqli məzhəbi, fərqi mədəni və iqtisadi məkanı və ən əsası fərqli əxlaq, fərqli irqi, mədəniyyət və idologiyanı daşıyan uzaq türkdilli xalqları DOĞMA bilən və bizi YAD hesab edənlər bu barədə düşünsünlər...
Rabil ABDINOV