ƏssalamunƏleykum, ey Adəm övladları!
Deyirsiniz bu bataqlıqda nə işin var, məgər bilmirsiniz ki, siz də mənimkimi bataqlıqda yaşayırsınız?!
Niyəsini məndən yox, hakimiyyət-müxalifətin köklü siyasətinin icraçılarından soruşun.
Ay canınıza daraşım, öncə Azərbaycan əhalisi bir yumruq kimi birləşib, AZADLIĞINI istədi, ərazi bütövlüyünün müdafiəsinə qalxdı, dövlətini qurdu. O çətin dövrlərdə Azərbaycanda yaşayan ABORAGEN xalqların hüquqlarının müdafiəsi ilə əlaqədar ölkə başçısının fərmanı olsa da formal xarakter daşıdı.
Əsas siyasi xətt isə "türkün-türkdən başqa dostu yoxdur" idiologiyası olmaqla, çoxsaylı etnik xalqların "əridilməsinə" başlanıldı. Bu siyasətlə beyinlər zəhərləndi...
Siyasi qurum və təşkilatlarda fəaliyət göstərən azsaylı xalqların nümayəndələri yeri gəldi, gəlmədi təhqirlərlə üzləşdilər, mayası şovinizmlə qaynaqlanan partiyalar bir də ayılıb gördülər ki, mərkəzdə BAŞQANLAR, yerlərdə isə yalnız təşkilat sədrləri qalıb.
İllər keçdi, müxalifət hakimiyyətlə "XOSUNLAŞMAQ" məcburiyyətində qaldı... İndi görürlər ki, vəziyyət doğrudan da həm ruscadır, həm də "BALOTA"lıqdır!
Yadigar bəyin xəbər verdiyi kimi, İctimai Palatanın toplantısı olub. Yadigar bəy təkliflə İP-ya müraciət edib ki, ölkədə çoxsayda ETNİK xalqlar var, bu baxımdan "MİLLİ SİYASƏT" komissiyası yaradılmalıdır. Onun təklifi yekdilliklə qəbul edilib. "XOB"!
Ay canınıza daraşım, gecdir, çox gecdir! Sizlər evinizin içində normal, milli atmosfer yaratmaq əvəzinə, TÜRKİYƏNİN xoşuna gələsiniz deyə, azsaylı xalqları haqsız olaraq damğaladınız... Apardığınız yanlış köklü siyasətin aqibəti ancaq bataqlıq ola bilər ki, bu da günümüzün reallığıdır.
Müxalifətə deməyim gəlir ki, KURSUNUZU DƏYİŞMƏYİN, "İLHAMLA İRƏLİ"!!!!
Ditdili bəy