Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2014 » Январь » 9 » Diliniitirmədən sonrakı özünüitirmə
00:59
Diliniitirmədən sonrakı özünüitirmə
Sosial şəbəkədə "Elman Eldaroğlu” istifadəçi adı altında hesabı olan bir şəxsin Yardımlı rayon sakinlərinə müraciəti diqqətimizi cəlb etdi. O müraciətində rayonundakı fars mənşəli adları olan kəndlərin adlarının dəyişdirilmə imkanının olduğunu və yerlərdə bunun təşkilati məsələləri ilə məşğul olmaq istəyənlər varsa, ona müraciət edə biləcəklərini vurğulayırdı.

Vikipedia Açıq Ensiklopediyasında öz insialına uyğun, yəni  "Elman Eldaroğlu”  (tam adı: Elman Eldar oğlu Mustafayev) adlı məqalə yaradan bu şəxs özünü  jurnalist, naşir, şair-publisist,Yardımlı Xeyriyyə Cəmiyyətinin sədri və "Yardımlının səsi” qəzetinin redaktoru kimi təqdim edir. 

Bizə bu müraciətdə qəribə gələn təkcə tarixi saxtakarlıqlar olmadı. Əsas qəribəlik bu müraciətdə "kəndlərin adlarının dəyişdirilmə imkanı var” və "yerlərdə bunun təşkilati məsələləri ilə məşğul olmaq istəyənlər varsa, bizə müraciət eləsinlər” fikirləri oldu. Görəsən bu "imkan”ı ona yaradan kim, və ya nədir? Tutalım öz yaşadığı kəndin adını dəyişmək istəyən varsa, belə niyə məhz bu adama müraciət etməlidir? Hakimiyyətin icra hakimiyyəti qolunun belə səlahiyyətində olmayan, məhz qanunverici hakimiyyətin səlahiyyəti daxilində olan bu məsələnin adi bir şəxsin dilindən səslənməsi məsələnin ciddi olduğundan xəbər verir. Özü də bu adam nəinki bir kənddə, bütöv bir rayonda təşəbbüsü ələ almaq istəməsi bu məsləyə diqqətlə yanaşmağa sövq etdi.

Müraciətdə Yardımlı rayonunda olan yer adlarının mənşəyi regionda yaşayan türk və talış dilləriə deyil, nədənsə fars dilinə adi edilir. Halbuki farslar bir xalq olaraq bizdən min kilometr civarında və ümumiyyətlə nə talışlara, nə də Azərbaycan türklərinə qonşuluqda belə yaşamırlar.  Ölkəmizin bir vaxtlar  İran imperiyasının tərkibində olması və bu dövrdə iri yaşayış məskənlərinin və şəhərlərin dövlət dili olmuş fars dilinin təsiri altında formalaşması hadisəsinə təəbi baxmaq olardı. Lakin mikrotoponimlərin  bu dilin təsiri altına düşməsi bir az mübahisəli məslədir. Görünür  müraciət sahibi Yardımlıdakı kənd adlarının talış dilində olması faktını inkar etmək üçün bu üsuldan istifadə edir.

Yardımlı Xeyriyyə Cəmiyyətinin internet səhifəsində Yardımlı rayonu haqqında məqalədə, bu rayonun Savalan dağının ətəyində yerləşdiyini, bir vaxtlar Ərdəbil şəhərinə tabe olduğunu, Rusiyanın Qafqazı işğal edəndən sonra isə Talış xanlığına zorla birləşdirildiyini xüsusi qeyd edilir.

Talış dağları Kiçik Qafqaz dağlarından Əlborz (İran) dağlarına keçid həlqəsini təşkil edir. Talış dağları Burovar, Peştəsər və Talış dağ silsilələrindən ibarətdir. Talış dağları cənub-şərqdə Əlborz, qərbdə isə Savalan dağları ilə birləşir. Anlamaq olmur hansı bilgiyə əsasən müəllif Talış dağlarında yerləşən bu inzibati rayonu Savalan dağına aid edir? Heç olmazsa sələfi Sabir Rüstəmxanlı kimi "Yardımlı dağları” terminindən istifadə etsəydi, bundan daha uğurlu alınardı.

İndiki Yardımlı rayonunun ərazisi Talış xanlığının Sefidəşt mahalının dağlıq ərazilərini əhatə edir. Sovet dövründə ilk əvvəl Lənkəran qəzasına daxil olmuş, sonralar isə Zuvand rayonunun ərazisini təşkil etmişdir. Nəhayət kəndlərdən birinin adı ilə  ilk əvvəl Vərgədüz və nəhayət digər kənd - Yardımlının adı ilə müstəqil rayona çevrilmişdir. Yardımlının  nə vaxtsa Ərdəbil şəhərinin bir məntəqəsi olması uydurma və talışafobiyadan başqa bir şey deyil.

Talış toponimlərinin türkləşməsinin tarixi sovet hakimiyyətinin ilk illərinə təsadüf edir. Buna misal olaraq  Masallı rayonunun Bədəlan ərazi dairəsinin Çayqıraq və Dəmirçi kəndləri  göstərmək olar. Talış dilində bu yer adları müvafiq olaraq "Ruəkəno”  və "Osnəğə” adlanır. Bu sözü olduğu kimi talışadan türkcəyə çevirərək kalka toponim düzəldilib. 

Son illər talış toponimlərini təhrif  edib türkləşdirmək və ya onlara türkcə mənalar vermək dəb halını alıb. Hətta bu işə dövlət orqanları da dəstək nümayiş etdiriərək bu saxtakarlıqları rəsmiləşdirməkdən belə çəkinmirlər. Buna nümunə olarq Lənkərandakı "Qumuşəvon” kəndinin "Göyşaban”, Masallıdakı "Oncəğələ” toponiminin "Öncəqala”, Lerikdəki "Ozibijon” kəndinin adını ilk əvvəl təhrif edib "Azərbaycan” və daha sonralar "Günəşli” şəkilinə salınmasını göstərmək olar. Halbuki türk dilinin toponim yaradıcılığı sözü "köy Şaban” (Şabanın kəndi) formasına yox "Şabankənd” formasına salmalı idi. Anadolu türkcəsindəki "köy” sözünü Azərbaycan türkcəsində "kənd” sözü ola-ola hər hansı yer adına calaq etmək qeyri-elmi olmaqla yanaşı, həm də anlaşılmaz və ədəbdən kənar məna verir. "Öncəqala” sözü də bu qəbildəndir. Bu sözün mənşəyi türk dilinə aid olsaydı, "qalaönü” formasında səslənməli idi. Türk dilindəki toponim yaradıcılığında bu adlara analoji onlarla nümunə göstərmək olar.

Bəzən hətta özünü alim elan edən kənd müəllimlərinin yazdığı cızma-qaralarda talış toponimlərini ərəbləşdirmə meyilləri də görünür. Məslən "Alvadı” toponimini götürək. Bu sözü türkcə izah edə bilməyib güya ərəb kəlməsi olan "əl-vadi” sözündən yaranması qeyd edilir. Lakin bu yer adının  talışca "aləf-ə di” yəni "otluq olan kənd” sözləri ilə mənalandırmaqdan çəkinirlər. Ərəbcə olsun, təki talışca olmasın! Belə məntiqə nə ad vermək olar?

Qayıdaq sözü gedən rayona. Yardımlı Tarix-Diyarşünaslıq Müzeyinə getmək üçün rayon mərkəzini muzeylə birləşdirən bir körpüdən keçmək lazım gəlir. Bu körpü dağdan gələn bir çayın üzərində qurulub. Çayın adı ilə maraqlanıb, bu rayon mərkəzinin etnik mənşəyi haqqında düşünməyə dəyər. Bu çay talışca "istilə axan çay” anlamına gələn "Tukəru”  adlanır. 

Yardımlı şəhərindən bir qədər aralı Yolocaq kəndini türkcə "yol” və "ocaq” sözlərindən əmələ gəldiyini pafosla söyləyirlər. Lakin türk dilinin toponim yardıcılığı bu yer adını "Ocaqyolu”  formasına gətirməli idi. Talış dilindəki "Yol-ə ocəğ” yəni "böyük pir” söz birləşməsindən əmələ gəldiyi gün kimi aydındır.  Bu kəndin qonşuluğundakı Jiy kəndi də bu məntəqnin toponimlərinin talışca olmasına şahidlik edir. Talışca "aşağı kənd”  mənasına gələn "Jiy” sözünün türkcə mənalandırmaq yəqin ki, qeyri-mümkün bir haldır. 

Götürək Honuba kəndini. Bunu türkləşdirib güya "on oba” sözündən yarandığını bildirilər. Güya ilk əvvəl burda 10 ev olmuşdur. Lakin heç cür onları başa salmaq olmur ki, "on”  sözü niyə xalqın dilində mürəkkəbləşib "hon” şəklinə düşməlidir? Əslində toponim yaradıcılığında sadələşmə və səslərin düşməsi hadisəsi mükündür. Həm də ki 10 ev niyə xalqın gözünə 10 oba kimi görünməli idi? Bu kənd adının talış dilindəki "honi oba” yəni "bulaq olan oba” sözlərindən yaranamsı şəffaf olaraq qalır. 

Yardımlı rayonunun Səfəvilər dönəmindən bu yana assmliasiyaya uğraması və türkləşməsini göstərən ən böyük dəlil orda yerləşən kənd adlarının türk dilinin fonetikası ilə səsləşməməsidir. Bunu türk dilini bilən istənilən şəxs asanlıqla hiss edə bilər. Hətta bu kənd adlarının türk dilinin fonetik qanunlarına uyğun qismən təhrif edilməsi də onların nəzərindən qaçmaz. Talış dilindən az-çox anlayışı olan isə bu yer adlarına diqqətlə nəzər yetirərsə, bu rayona daxil olan Gavran, Qaraqaya, Separadi, Gərsəva, Allar, Gilar, Solgart, Anzov, Arus, Gügavar, Arvana,  Zeynalazir, Honuba, Şilavangə, Horavar, Şovut, Avaş, Horonu, Avun, Jiy, Telavar, Avur , Keçələkaran, Teşkan, Bərcan, Tiləkənd, Bilnə, Köryədi, Uragaran, Ünəç, Bürzünbül, Ləzir, Cerimbel, Ləzran, Mamılğan, Vərgədüz, Məceyir, Vərov, Yardımlı, Mişkireyin, Yolocaq, Deman, Nisəkələ, Zəngələ, Dəryavar, Odurağaran, Zenqaran, Eçara, Osnagaran, Zovin, Əfçədulan, Ostayır, Əngöül, Ökü, Ərsilə, Perimbel, Ərvərəz, Peştəsər kənd adlarının talış mənşəli olmasını təsdiqləyər. 

Bir çox toponimlərdə  "di” (kənd), "vo/var ” (külək), "kəran/kəon” (evlər) sonluqları indi də talış dillərində mənalarını saxlamaqdadır və Talış bölgəsinin digər kəndlərinin də ad sonluğunda geniş işlənmədədir.

Rabil ABDİNOV
 

Категория: İnsan hüquqları | Просмотров: 2311 | Добавил: admin | Рейтинг: 4.0/5
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus