Главная » 2012»Декабрь»5 » Demokratik Talış Birliyinin Lənkəran Nümayəndəliyi bəyanat yayıb
14:50
Demokratik Talış Birliyinin Lənkəran Nümayəndəliyi bəyanat yayıb
Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinın yaranması bir növ süngü ilə qarşılanıb. Mütəxəsislər bunu təşkilatın adında yer alan "talış" sözülə əlaqələndirirlər. Təşkilatın mərəmnamə və məqsədi sivil dünyanın dəyərləri çərçivəsində olmasına baxmayaraq bir sıra bədxahlar bunu heç cürə həzm edə bilmir. Bunula əlaqədar olaraq Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin Lənkəran Nümayəndəliyi bəyanat yayıb.
Bəyanatda deyilir:
"Biz ADNDTB-nin Lənkəran Nümayəndəliyinin üzvləri Birliyin fəaliyyətinə qarşı yönəlmiş qərəzli ittihamlara öz qəti etirazımızı bildiririk. Bəyan edirik ki, Birlik talışların maddi-mədəni və mənəvi irsinin qorunmasını, onların süni şəkildə assimliyasiya prosesinə məruz qalmamasının qarşısını almağı prioritet hesab edir. Eləcə də dövlətçiliyimizi təhdid edə bilən istənilən separatçılıq meyllərinə qarşı mübarizənin önündə olacaq.
ADNDTB-də təmsil olunanlara - öz Vətəni doğma Azərbaycanı sidq ürəkdən sevən insanlara əsassız təhdid və təzyiq göstərənlər ciddi yanlışlığa yol verirlər.
Biz Azərbaycan dövlətçiliyini müqəddəs sayırıq, qarşı tərəfdən də talış etnosunun milli maraqlarına, problemlərinə adekvat münasibət gözləyirik.
ADNDTB-nin Lənkəran Nümayəndəliyinin üzvləri adından:
1. Abbasova Rəqsanə 2. Əliyev Ənvər 3. Rzayev Əli 4. Nəsirov Mirtağı