Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Июнь » 23 » Davam edir 37???
10:54
Davam edir 37???
Ciblərinizi tikin, həzarat...

Bir abid bütün ömrünü dua etməklə keçirdir, o qədər dua edirmiş ki, hətta yeməyinin fikirini belə etmirmiş. Xıdo onun bu dualarının mükafatı olaraq mələklərlə onun süfrəsini göndərərmiş və abid namazına ancaq bir tikə təam etmək üçün ara verərmiş. İllər dolanır və abid haqq dünyasına qovuşur və cəhənnəmdə sakin olur. Buna inanmayan abid yaradana xitab edərək deyir:
- Ey Xıdo, axı mən ömrüm boyu namazdan əl çəkmədim, hətta mənim yeməyimi belə sən göndərirdin, bəs niyə mən cəhənnəmdə sakin oldum?
Vəhdən bir səs gəlir:
- Bəli sən namazdan ayrılmadın, bunun mükafatı olaraq təam süfrəni də mən göndərərdim, amma sən həmən süfrədən yanında olan və mənim yaratdığım dilsiz-ağızsız heyvanlara və quşlara bir tikə belə qıymadın, mənim verdiyimi mənim yaratdığımın yolunda xərcləmədin...

Qəzet yenə axsadı....

Keçən həftə çıxa bilmədik, buna səbəb maliyyəmizin olmaması idi. Sanki bir görünməz əl bizim bütün maliyyə mənbələrimizi öz nəzarətinə götürüb, konkret olaraq heç kəs qəzetə dəstək olmaq istəmir, təbii ki, biz də heç kəsə yalvarmaq fikrində deyilik, amma hər bir talış, xüsusən talış kökənli iş adamlarımız özlərinə bir sual verməlidirlər: bu mal-mülkü özümlə apara bilərəmmi? Yox, apara bilməzlər, heç kəs özü ilə savabdan və günahdan başqa heç nə aparmayıb, bu günahla dolu dünyamızda savab qazanmaq çox çətindir, amma günah qazanmaq çox asandır, bu qazanılan günahlardan biri də Xıdonun verdiyi mal-mülkdən Onun yaratdığı dilin, hansının ki, başına bu gün Kərbala müsübəti gətirilir, yaşaması yolunda, inkişafı yolunda xərclənməməsidir. Uzun-uzadı yazıb oxucunu yormaq istəmirəm, amma hesab edirəm ki, hər bir talış, talış iş adamlarına onların da talış olduqlarını xatırlatmalı, Allahın verdiyini Onun yaratdığı dilin yaşaması yolinda xərcləməyin vacib olduğunu bildirməlidirlər. Hökm deyil onlar qəzetə köməklik etsinlər, istənilən bir talış şairinin kitabının dərcində köməklik etsinlər, məktəblər üçün əlavə dərs vəsaitlərinin çapında dəstəkçi olsunlar, özəl TV və radio açdırıb Ana dillərini orada yaşatsınlar, inanıram ki, bütün bunlar Xıdo dərgahında savab əməllər kimi qələmə alınacaq və yəqin ki, "Ladan böyük Hu” onların günahlarını da bağışlayar.

İki böyük tədbir

İyunun 9-da Respublika Talış Mədəniyyəti Mərkəzinin Masallıda möhtəşəm Konfransı keçirildi. İyunun 13-də isə Astara rayonunun Ərçivan kəndində heç də Konfransdan geri qalmayan bir toy tədbiri keçirildi. "Həmən toyda talış dili yenidən dünyaya gəldi” desəm, yanılmaram. Hər iki tədbir haqqında xüsusi informasiya verdiyimiz üçün bir cümlə ilə fikrimi bitirmək istəyirəm: Bu möhtəşəm tədbirlərdən sonra bir hadisənin olacağını hamı yəqin etmişdi.

Alim qanına susayanlar...


Amma bu hadisənin belə tez, cəmi bir həftədən sonra olacağını heç kəs yəqin edə bilməzdi. Xalqımızın rüşinfik (ziyalı) oğlu, fizika-riyaziyyat elmləri namizədi, "Tolışi Sədo” qəzetinin baş redaktoru, professor Hilal Məmmədov 21 iyunda, yaşadığı binanın tinində, evinə gələn yerdə 7 nəfərdən ibarət xüsusi bir dəstə tərəfindən, heç bir səbəb göstərilmədən saxlanılır və alimin cibindən... narkotik "tapılır”. Nizami rayonu polis idarəsinə aparılan Hilal Məmmədov nəinki vəkillə təmin edilmir, bunlar istəyəndə Konstitusiyanı da ayaqlar altına ata bilirlər, hətta "nə vaxt separatçılığından əl çəkərsən” ittihamı ilə də üzləşir. Sonra böyük bir dəstədən ibarət axtarış qrupu, içlərində çox güman ki, "gözbağlayıcı-illizuanist” də olur, Hilal Məmmədovun evində axtarış aparırlar və... Hilal Məmmədovun təzə yuyulub, ütülənmiş kostyumunun cibindən əlavə olaraq yenə də narkotik "tapılır”. Sual oluna bilər ki, Hilal Məmmədov niyə dərhal vəkillə təmin olunmayıb? Bunun cavabı çox sadədir: çox güman ki, vəkil dərhal həmən bükülülərdə Hilal Məmmədovun əl izlərinin olub-olmamasını yoxlamaqda israr edəcəkdi. Hər necə olsa Hilal müəllim ağlasığmaz bir ittiham ilə həbs edilib, indi, bir "malades” xətrinə onun üzünə durmaq üçün "bir dəfə istifadə olunan xüsusi təyinatlı talışlar” növbəyə duracaqlar, sabah-birisi gün Hilal Məmmədovun böyük silah anbarı "tapılacaq”, onun Hüsama bin Ladenlə sıcaq münasibətləri "aşkarlanacaq”, o, Hüsama bin Ladenin tapşırığı ilə dövlət başçısına qarşı sui-qəsddə ittiham ediləcək və daha nələr, nələr...
Bəs əsl həqiqət necədir? Bu suala cavab vermək üçün biz hökmən keçən ilə qayıtmalıyıq. (Əvvəlki illərdə mən Hilal müəllimi tanımırdım və onun fəaliyyətindən xəbərsiz idim.) Keçən ilin aprel ayında Hilal Məmmədov bildirdi ki, mülki geyimli şəxslər onun arada-bir mindiyi taksiyə yaxınlaşıb, "Hilal Məmmədovun nə işlə məşğul olduğunu, separatçı çıxışlar edib-etmədiyini” soruşublar və hətta çəkinmədən özlərini təqdim də ediblər. Bu həmin ərəfə idi ki, mərhum Ustad Novruzəli Məmmədovdan sonra, mənim kiçik köməkliyim ilə, mən və Hilal müəllim "Tolışi Sədo” qəzetini dərc edirdik. Yəni artıq bunlar keçən ildən Hilal müəllimin ətrafında iş aparırmışlar. Əslində bunlar Hilal müəllimi elə keçən il də tutmalıydılar. Amma Hilal müəllim qəzetin dərcini saxlamaqla onların planını pozdu, bu tutulmanı bir il yubada bildi. Düzdü, onda mən Hilal müəllimi qəzetin dərcini saxladığına görə qınadım da, amma sonra bəzi hadisələrdən agah olandan sonra onun düzgün addım atdığını qət etdim. Hilal müəllim keçən il özünü tutdurmamaqla mənim də təmiz adımı saxladı, bəli, məhz plan belə idi, Hilal müəllim həbs edilməli, onu mənim "baqaja” qoyduğum illuziyası yaradılmalı idi. (rəhmətlik Ustad Novruzəli Məmmədovu da məhz məsul katibi "baqaja” qoymuşdu) Amma Hilal müəllim bu planın həyata keçirilməsinə imkan vermədi. Sonra Hilal müəllimdə bir süstlük yarandı, Hilal müəllim demək olar ki, talış söhbətindən tam kənarlaşdı, ta o vaxta kimi ki, Rusiyanın NTV kanalı onu arayıb, tapdı və Hilal müəllim onlarla Talış zonasına səfər etmək zorunda qaldı. Arçonda möhtəşəm bir toy keçirildi, talışlar bu toyda talışca deyib, talışca danışdılar, talışca oxudular, bu isə bizim bəzi "qardaşlarımızın” xoşuna gəlmədi və "talışların tam oyanışının qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsi zərurəti” yarandı. Təbii ki, bunuçun tanınmış simanın həbsi gərəkirdi və bir ildən çox güddükləri, bütün marşurutunu əzbər bildikləri Hilal Məmmədov bunlar üçün bir uğurlu "tapıntı” oldu. Ancaq bunlar bir şeyi nəzərə almadılar: Hilal Məmmədov onlar fikirləşdiklərindən də çox tanınmış bir simadır! Hilal Məmmədovun həbsi bir bumeranq kimi qayıdıb özlərinə dəyəcək, mən buna əminəm və zamana bunu bizə sübut edəcək, alim qanına susayanlar bir şeyi nəzərə almadılar: Talışlar şəhid verə-verə özlərini dərk edirlər, Talışlar sillələndikcə, təpikləndikcə özlərinə gəlirlər, Talışları qəflət yuxusundan zəlzələ ayıra bilməsə də, bunu sizin Talışlara qarşı apardığınız genosid siyasəti edəcək. Davam edin 37-ni, hələm bu millətin Babəkləri, Mir Mustafaları, Zülfüqarları, Salayevləri, Həziləri, Novruzəliləri, Hilalları tükənməyib, bu millətin qəhraman oğulları tükənməz, qırılıb-qurtarmaz, qəhraman analarımız hələm bizə çox Zülfüqarlar bəxş edəcəklər!  

Dövlətin səhf milli siyasəti...


İyunun 20-də İctimai televiziyanın "Yeni Gün” verilişinə kulinariya işçiləri dəvət edilmişdilər. Bu verilişdə Azərbaycan mətbəxinin ermənilər tərəfindən mənimsənilməsindən ağız dolusu danışdılar və hamı, bir ağızdan danışırmış kimi sözlərini "ermənilər milli mətbəximizi assimilə edirlər” cümləsi ilə bitirirdilər. Amma bir nəfər demədi ki, bu gün dövlətimizin səhf milli siyasəti nəticəsində bütöv bir xalq assimilə olur, bütöv bir xalqın tarixi mənimsənilir, bütöv bir xalqın varlığını və qədimliyini ehtiva edən toponimləri saxtalaşdırılır, bütöv bir xalqın mədəni nümunələri oğurlanır, bütöv bir xalqa öz dilində danışmaq yasaq edilir. Bunlara küftə-bozbaş bütöv bir xalqdan irəlidir, küftə-bozbaşın assimilə olmasına dözməyən İTV bütöv bir xalqın assimilə olmasında öndəgedən rolundadır, hər vəclə Talış toponimlərini türklərin adına çıxmaqda israrlıdır, yəni biz bir küftə-bozbaş qədər də yoxuq? Bizim mənimsənilmiş minlərlə musiqi əsərlərimiz bir küftə-bozbaş qədər də deyil? Bizim oğurlanmış və oğurlanmağı davam edən tariximiz bir küftə-bozbaş qədər də deyil? Budurmu qardaşlıq? Budurmu dövlətin milli siyasəti? Budursa, mən bu səhf milli siyasəti qəbul edə bilmərəm, məni istənilən ittihamla tuta bilərsiz, onsuz da Talışlara qarşı Səlib yürüşünə başlamısız, gec, ya tez, bir-bir hamını dənləmək fikrindəsiz, başqalarını deyə bilmərəm, amma məni "dövlətin milli siyasətini rədd edən”, sizin dil ilə desək "separatçı” maddəsi ilə tutsaz, özümü dünyanın ən xoşbəxt insanı sayaram. Mən əynimdə kəfən buna hazıram, bəs siz, bir "maladesə” görə alimin cibinə narkotik atanlar, həmən narkotiki atdıranlar, Allahın yaratdığı milləti məhv etməkdə israrlı olanlar, bir sözlə Allaha yox, şeytana qulluq edənlər, cəhənnəm əzsabına hazırsızmı?....

Rafiq CƏLİLOV,
celilovrafiq@mail.ru,
"Tolışon Sədo” qəzeti, nöm: 22 (34), 23 iyun 2012-ci il


Категория: Талыш xəbərləri | Просмотров: 1837 | Добавил: admin | Рейтинг: 5.0/4
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus