Главная » 2012»Март»25 » Talış mahalını özəlləşdirib, adını da dəyişib "Cənub zonası" qoyurlar
23:45
Talış mahalını özəlləşdirib, adını da dəyişib "Cənub zonası" qoyurlar
ƏssalamunƏleykum, ey Adəm övladları!
Yenə salamımı almadınız? Neynək, canız sağ olsun!
Ay canınıza daraşım, heç bilmirəm nəyimdən xoşunuz gəlmir? Məşədi İbad demişkəkən, evbəcərəm, yox! Sancıram, hə!
Necə sancmayım axı ay zavallılar? Bir neçə gün öncə, Masallı rayonunun İHB-sı Qəzənfər Ağayevin Masallıdakı bəzi mülkləri barədə, o cümlədən "Göyərçin" istirahət pansionatı ilə sizi məlumatlandırmışdım. Aman Allah, bu adamda nə qədər mülkə, əmlaka hərislik varmış?
Onun "Cənnət Bağı" restoranı on hektar torpaq sahəsini əhatə edən, xaricdən valyuta ilə gətirdiyi xüsusi mebel üçün istifadə edilən nadir ağaclar əkdirdiyi məkandır. Bu ağaclar "azot" gübrəsi ilə yetişdirilir. İndi hesabını siz aparın, görün ayda neçə tonlarla bu ağaclara gübrə sərf edilir....
Əşi, mən demədim ki, o qədər pulu hardan gətirir, mən deyirəm ki, camaatın paybəlli torpaqlarını hansı qanunla əlindən alıb, özəlləşdirib?
Siz deyirsiniz Azərbaycan Milli Məclisinin bu məmurlar üçün icad etdiyi qanunlara müvafiq olaraq sənədləşdirib?
And olsun məni və sizi yaradana, bu danabaşlılar var e... bütün TALIŞ mahalını özəlləşdirib, adını da dəyişib, "CƏNUB ZONASI" ediblər.
Burda Mirzə Cəlilə rəhmətlik sözü "avtomatiçeski" düşür də!