Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Август » 20 » Ədalətin rəzalət yolu
19:18
Ədalətin rəzalət yolu
Açıq fikir

Bə yaxud, insan yarandığı vaxtdan bu günə kimi yaxşı yaşamaqdan ötrü tarix boyu mübarizə aparsa da, axtarışını çox vaxt rəzalət yolu ilə əldə etməsinə üstünlük verməsinin səbəbi nədir?

Allah təbarək və təalah bütün yaratdıqlarından daha çox sevdiyi insana müxtəlif vasitə ilə ruzisini verməklə, doğru yaşamaq yolunu da göstərmişdir. İnsanın isə həmişə doğru yolundan sapınıb, şeytana uyaraq rəzalət yolu ilə getməsi yəqin ki, aqil insanları həmişə düşündürüb.

İnsanlar qəbilələrə, tayfalara, millətlərə bölünməklə aralarında ünsiyyət vasitəsi kimi dilləri mövcud olmuşdur. Qəbilə və tayfalar yaşamaq uğrunda mübarizə və müharibələr etmişlər. İnsanlar qarşılıqlı istismara əsaslanan quldarlıq, feodalizm və yaxın keçmişimizdə yaşadığımız sosializm quruluşu ilə paralel olaraq, kapitalizm qurluşunun daha iyrənc formasını da yaşamaqdadır. Bunları deməkdə məqsədim heç də qədim dünya tarixinə ekskurs etmək deyil. El arasında deyildiyi kimi "keçəl çarə qılan olsa, öz başına çarə tapar”. Yəni arzusunda olduğumuz müstəqil Azərbaycanımızın qanunların bol olduğu, lakin bu bol qanunların işlək olmadığı fonda ədalətin rəzalətə qurban olduğunun şahidi oluruq.

Bəs səbəb nədir ki, biz də lap elə alman xalqı kimi adam olub, insan kimi yaşamaq istəmirik. Alman xalqını yada salmaqda məqsədim budur ki, 1941-1945-ci Böyük Vətən müharibəsində SSRİ hökuməti, başda Stalin olmaqla faşizm üzərində qələbə çaldı. Müharibəni uduzan Almaniya çox keçmədən, ölkənin inkişafı üçün elmi tərəqqiyə geniş meydan açdı. SSRİ hökuməti isə represiya yolunu seçməklə elm adamlarını məhv edərək, bütün gücünü ölkənin hərbi potensialının güclənməsinə yönəltdi. Stalinin vəfatından sonra ölkə pripiska yolu ilə saxta inkiçafa doğru addımlamağa başladı. Almaniya inkişafa doğru, Sovet hakimiyyəti isə tənəzzülə doğru hərəkət etməyə başladı. Moskvada müqəvva rəhbərlər bir birini əvəz etdikcə, ABŞ xüsusi kəşfiyyat idarəsi bu müqəvva rəhbərləri ələ alaraq, ölkənin daxilinə nüfuz etməyə start verməyə başladı. İnkaredilməz faktdır ki, Sovet dönəmində bu dərəcədə qabarıq formada milli, irqi, dini ayrıseçkilik yox idi. İnsanlar normal yaşamaqla yanaşı, mehriban bir ailə kimi ölkəyə ictimai, siyasi, texniki və elmi töhvələr verirdi. Bu cür yaşamaq sovet dövləti ərazisində yaşayan xalqların alın yazısı olmağına baxmayaraq, böyük dövlətlərin xüsusi xidmət orqanları tərəfindən insanların beyni "müstəqillik” virusu ilə zəhərləndi. Bu virus da azmış kimi, millətçilik virusu geniş yayılaraq, post-sovet respublikalarını bürüdü.

Bu olayları diqqətlə nəzərdən keçirməklə, "müstəqillik” və "millətçilik” məfkurəsinə azacıq da olsa, aydınlıq gətirmək istərdim. Yuxarıda qeyd etdiyim super güc mərkəzi olan ölkələrin Mərkəzi kəşfiyyat idarəsi Sovet DTK-ni içindən darmadağın edərək, keçmiş sovet respublikalarında fəaliyyət göstərən yerli təşkilatlarının agentlərini xalqın önünə çıxardaraq, müstəqillik ideyası ilə beyinlərdə inqilabi dəyişikliklərə sövq edə bildi. Hər pespublikada liderlər önə çəkildi, "parçala, höküm sür” siyasəti günü-gündən aktuallaşmağa başladı.

SSRİ kimi qüdrətli dövlət parçalanıb, darmadağın edildi. Post sovet respublikaları kimi Azərbaycan da müstəqilliyini elan etdi. Digər respublikalardan fərqli olaraq Azərbaycanın müstəqillik yolu qanlı-qadalı oldu, ölkəmiz çoxlu şəhidlər verdi, torpaqlarımızın iyirmi faizdən çoxu mənfur Erməni qonşularımız tərəfindən işğal edildi, bir milyondan çox qaçqın düşən vətəndaşlarımız tərkivətən olub, evsiz-eşiksiz qaldılar.

Azərbaycanda ümumxalq hərəkatı zamanı üç rəngli bayrağımızı ayaqlar altına atıb, ona hörmətsizlik edənlər hakimiyyəti işğal edib zəpt etdikdən sonra, ölkədə süni surətdə azsaylı xalqlara qarşı ögey münasibət bəsləməklə onların ziyalı təbəqəsinə qarşı şər və böhtan kompaniyası aparmağa start verdilər. Müstəqillik və ölkənin ərazi bütövlüyü uğrunda mübarizə aparan vətənpərvər insanlar da eyni qaydada zindanlara atıldı, Qarabağ müharibəsi iştirakçıları demək olar ki, bütün dövlət imtiyazlarından məhrum edildi. Uşaqlar üçün müavinətlər də ləğv edildi. Bütün bu məhrumiyyətləri beynəlxal təşkilatların gözündə malalayıb-cilalamaq məqsədi ilə kasıb ailələrə "sosial müavinət” adlanan, lakin kəlpeysər məmurlar tərəfindən mənimsənilən sosial yardım, hakimiyyətin geniş miqyaslı rüşvət dağarcığına çevrildi. Xalqın tarixlər boyu arzuladığı hüquqi dövlətçilik, insanların ölkədə haqq ədalət axtarmasına baxmayaraq, hakimiyyətin isə öz xalqını rəzalət yoluna sürükləməsi kamil insanları bir qədər dərindən düşünməyə məcbur edir. Ölkədə son vaxtlar məmur özbaşınalığı, qanunların işlək olmaması ictimai-siyasi vəziyyəti o həddə çatdırıb ki, artıq insanlarda mövcud hakimiyyətə qarşı vətəndaş itaətsizliyi formalaşmaqdadır. İctimai yerlərdə kimi danışdırırsansa, hər kəs deyir ki, bu ölkə düzələn deyil, belə ədalətsizliklər azərbaycanın varlığını sual altında qoya bilər.

Əlbəttə ki, bir yandan ölkə başçısı səhiyyə xidmətinin pulsuz olması barədə sərəncam imzalayır, digər tərəfdən isə həkimlər əczaçılarla sövdələşib, alver edirlər. Yəni xəstəyə lazım olmayan dərmanlar yazıb, aptekçilərdən haqq-hesab alırlar. Bu rəzil hərəkətlərdən biri də budur ki, dünyasını dəyişmiş insanların yaxınlarından "ölüm şəhadətnaməsi”nə görə rüşvət alınır. Yol qəza hadisəsi zamanı ölən olanda məhkəmə tibb ekspertizasının regional şöbəsinin baş həkimi üçün toy-bayram olur. Bizim kəmsavad dindarlar xalqın beyninə elə yeridiblər ki, ölünü yarmaq islam qanunlarına ziddir. Tibbi ekspertizaya məsul həkim də bu incə yerdən yapışıb deyir ki, ölü yarılmalıdır, və yaxud 3000 (üç min) manat verin, ölünü aparın. Bəli, düz eşitdiniz, üç min manat!

Avam millət!

Demirlər ki, ölünü yar, içalatını da götür, apar ver arvadına, bəslədiyin gombul balalarına kotlet bişirsin. Görüm bu sözdən sonra o həkimin deməyə sözü olarmı?...

Hələ hərbidə baş alıb gedən rəzalətli məqamlardan danışsam, vallah inanmazsınız. Diqqət edin, əsgərin valideyni düyasını dəyişirsə, onu evə buraxmağa gecikdirirlər ki, əsgər özü komandirinə rüşvət verir ki, valideyni ilə vidalaşmağa çata bilsin. Müstəqilliyimizdən sonra saysız-hesabsız vətəndaşlarımız bir tikə çörək dalınca tərkivətən oldular. Neçə-neçə gənc ailələr dağıldı, neçə-neçə uşaqlar atasız böyüdü...

Baxın Xoşqədəm Hidayətqızının "Səni axtarıram” verlişinə, görün ölkə vətəndaşları nə gündədir.

Təhsil sistemindən söz açsam, qorxuram ki, ürəkdə proplemi olanlar dözməyib, ölə bilərlər. Amma bir məqamı deməsəm, özüm ölə bilərəm.

Ötən il Masallı rayonunun Kolatan kənd orta məktəbində bir ibtidai sinif şagirdi tualetə girəndə, ayağının altındakı çürümüş taxta sınır, uşaq boğaza kimi girir anbara. Xoşbəxtlikdən uşağın qışqırığını eşidən yuxarı sinif şagirdləri uşağı xilas edirlər. Məktəbin təhsil səviyyəsini dilə gətirmirəm ki, uzun illərdir ki, bu məktəb "qısır” məktəblər siyahısında birinci yerdə olmağı sirr deyil. Məni düşündürməyə vadar edən məqam budur ki, böyük bir kəndin təhsil ocağı bərbad vəziyyətdə olduğu halda, kənd camaatı isə vaxtaşırı olaraq kənd məscidini sokür, vaxtaşırı olaraq müasir stildə tikirlər. Hal-hazırda məscidin fasadına bahalı örtük yapışdırılır, yeni tipli minarələr ucaldılır. Bu məscid nə qədər bəzədilsə də məscidə girən çox az adam olur. Çünki camaat bilir ki, respublika dini idarə tərəfindən kənd məscidlərinə təyin olunmuş bisavad "axundlar” keçmişdə KQB, indi isə MTN-in patentləşdirdiyi namenklaturalardır. Bu adamlar hakimiyyətdən lazımınca faydalanır, bəziləri hansısa məqsədlə hər il pulsuz olaraq, Həcc ziyarətinə də gedirlər. Seçkilərdə isə bu hacıların bəziləri seçki məntəqəsinə quranla gəlib, camatı and verib, İlham Əliyevi dəstəkləməyə də sövq ediblər.

Bu tip dindarları kəndin təhsili qətiyyən maraqlandırmır. Əlbəttə ki, normal hökumətimiz olsaydı məktəbin abadlaşdırılması üçün kənd camaatına ehtiyac da olmazdı.

İctimaiyyət nümayəndələrinin bəziləri isə açıqca deyirlər ki, hakimiyyət əgər elm sahibi olan, professor Novruzəli Məmmədovu və iki cavan oğlunu öldürüb, ocağını söndürübsə, heç bir suçu olmayan Hilal Məmmədovu talış xalqının nümayəndəsi olduğuna görə cibinə narkotik atıb, qurama ittihamla şərləyib, İranın agenti damğası ilə türmədə işgəncələrə məruz qoyursa, bu ölkənin təhsili hansı meyarla ölçülə bilər ?... Doğrusu, mən də axtardığımız ədalətin rəzalətli yoluna baxıb, mat qalmışam!

Mətləb Dadaşov
AJB-nin üzvü,
metleb.dadasov@mail.ru


Категория: Azərbaycan | Просмотров: 1740 | Добавил: admin | Рейтинг: 5.0/6
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus