Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2013 » Июнь » 21 » Ədalətin fəziləti
23:56
Ədalətin fəziləti
(Azərbaycanın görkəmli hüquqşünası İsaxan Aşurovun əziz xatirəsinə)

1. İsaxan Aşurov bulağının şəffav damcıları...

21 iyun 2012-ci il tarixdə mülki geyimli (sonralar Baş Narkotika İdarəsinin polisləri olduğu bəlli olan) qəddar insanların zülmünə məruz qalaraq həbs edildiyim zaman ağlıma gələn ilk fikir yaxınlarımdan İsaxan Aşurovu mənə vəkil tutmalarını xahiş etmək idi... Həmin ərəfədə onun ağır xəstə durumu barədə məlumatlı olsam da, sağalıb iş fəaliyyətini bərpa edəcəyinə də ümüdimi itirməmişdim. Amma nə biləydim ki, həmişə təvazökar həyat tərzi yaşamış və bu səbəbdən də KİV-də və ictimaiyyət arasında az görünməyə cəhd edən bu şəxsiyyət  hətta ömrünün son-ölüm anlarını da mərdi-mərdanə qarşılayaraq, bir kimsədən imdad diləməmiş və bir daha cəmiyyətin diqqətindən yayınmağa çalışmışdı. 

Odur ki, çoxları kimi, elə özüm də onun məhz həbsimdən bir gün sonra (22 iyunda) vəfat etdiyi xəbərindən məlumatsız idim. Şüvəlan təcridxanasında saxlandığım vaxt vəkillərimdən onun ölüm xəbərini eşidib xeyli mütəəssir olmuşdum. Azərbaycanın mücahid qızı Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutu (SDİ) tərəfindən İsaxan Aşurov adına mükafatın təsis edildiyini biləndə, İsaxan bəyin heç olmasa adının yaşayacağını düşünüb, azca da olsa toxtalıq tapdım. Bir gün elə özümün də həmin mükafatın ilk laureatına layiq görüldüyümü eşidəndə sevinməyə bilməzdim. Bununla İsaxan Aşurov şəxsiyyətinin HAQQ və ƏDALƏT naminə şərəfli mübarizə yolunun layiqli davamçısı olmaq səadətini və məsuliyyətini də bir daha dərk etməyə başladım...

Mən İsaxan bəylə müxtəlif press-konfranslarda və məhkəmə proseslərində az rastlaşmamışdım…

"Tolışi Sədo” qəzetinin əvvəlki redaktor, prof. Novruzəli Məmmədovun haqsız həbsindən sonra, onun hüquqlarının Müdafiə Komitəsinə rəhbərlik etdiyim ən çətin anlarda da mənə ilk mənəvi dəstək olanlardan biri də məhz O idi.

Rəhmətlik İsaxan bəylə unudulmaz bir ünsiyyətimiz 2009-cu ilin yanvarında DİN naziri R.Usubovun SDİ-nin direktoru Leyla Xanım Yunusa qarşı iddia ərizəsiylə başlanılan Nəsimi rayon məhkəmə prosesində yarandı. O vaxtlar Leyla xanımın müdafiəsinə qalxmış ilk dost və məsləkdaşlardan biri kimi, mənim də bir sıra KİV-də "Открытое письмо главе МВД Азербайджана Рамилю Усубову в связи с его судебным иском против директора Института Мира и Демократии правозащитницы Лейлы Юнус” adlı məqaləm yayımlanmışdı. Məhz Nəsimi rayon məhkəməsimim iş üzrə ilk iclasında İsaxan bəydən xahişim də o oldu ki, bu məqaləmin surətlərini hakimə, prokurora və nazirin vəkilinə çatdırsın. Doğrudur, məktubu və dərc olunan qəzeti şəxsən cənab R.Usubovun ünvanına göndərmişdim, bununla belə, bir daha vəkiliylə ona çatdırılmasını da vacib sayirdım.

İsaxan Aşurovun vəsatəti ilə iş Yasamal rayon məhkəməsinə verildikdən sonra, səhv etmirəmsə, elə həmin yanvar günlərinin birində saat 10.00 da Məhkəmə binasının qarşısına yığışmışdıq. Orada demək olar ki, ölkəmizdəki bütün xarici diplomattik korpus nümayəndələri və tanınmış hüquqşünaslar və vəkillər var idi. Həmin vaxt elə məhkəmə zalına daxil olmaq istəyirdik ki, qəfildən İsaxan bəy oradan çıxdı və "məhkəmə bitdi” ifadəsini işlətdi. Hamı mətəəl qalmışdı. O, oraya toplaşanlara nəzər yetirib məni görəndə dərhal yanıma gəlib əlimi sıxdı: "Səni təbrik edirəm, məktubun yetişdi və müsbət nəticəsi oldu”. Təvazökarlıqdan nə qədər uzaq olsa da, bildirim ki, elə digərləri də bunu eşidib, mənimlə görüşüb təbrik etdilər. Leyla xanımın özü də mənə zəng vurub minnətdarlığını bildirəndə, mən də «служу Родине!» deyib, ardıyca «…для восстонавления справедливого гражданского общества!» sözləriylə onu təbrik etmişdim.

Bu ilin 29 martında SDİ-nin təsis etdiyi "İsaxan Aşurov” mükafatının təqdimat mərasimində jurnalist Xədicə İsmayılın bir vaxtlar rəhmətlik hüquqşünasdan sorğuladığı "nəyə inanırsız?” sualına onun verdiyi cavabı bu gün bir daha xatırlatmaq yerinə düşərdi: "...Mən ədalətə davamlı su damcıları qədər inanıram. Davamlı su damcıları daşı əritdiyi kimi, ədalətin də damlaları bu ədalətsiz məhkəmə sistemini dağıdacaq...”.

Məhz İsaxan Aşurov şəxsiyyətinin fəaliiyəti o "ədalət” bulağının şəffav damcılarına bənzəyib mövcud ədalətsiz məhkəmə-istintaq sistemini tədricən çirkabdan təmizləməyə xidmət edirdi. Bu çətin, lakin şərəfli mübarizə yolunda İsaxan Aşurov kimi nümunəvi vəkillərimiz, hüquq müdafiəçilərimiz bu gün barmaqla sayılsa da, qətiyyən şəkk yoxdur ki, yaxın bir gündə dama-dama gölə çevriləcək həmin saf damlalar olkəmizin azad, hüquqi və demokratik bir dövlət kimi bərqararına vəsilə olacaqdır... 

(Ardı var)

Hilal MƏMMƏDOV
Siyasi məhbus,
Kürdəxanı


Категория: İnsan hüquqları | Просмотров: 2110 | Добавил: admin | Рейтинг: 5.0/3
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus