Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Июль » 24 » Daha heç kim polisdən qorxmayacaq...
14:41
Daha heç kim polisdən qorxmayacaq...
Hilal Məmmədov: "Özünü qurban verməyə hər an hazır olmadan, nə ölkənin, nə də xalqın xoşbəxtliyinə nail olmaq olar”

"Tolışi sədo” qəzetinin baş redaktoru, şərlənərək həbs edilən Kürdəxanı təcridxanasından "Azadlıq”a Hilal Məmmədov məktub yollayıb. Hilal Məmmədov məktubda necə həbs olunması ilə bağlı dəhşətli faktlar açıqlayıb. Məktubu oxucuların diqqətinə çatdırırıq:

əvvəli ötən sayımızda

"Yeri gəlmişkən, həmin məhkəmədə Elman mənə deyəndə ki, guya 2005-ci ildə Irəvandakı ”talış konfransı"na getmişəm, mən məhkəməyə bəyan elədim ki, biz ora getməmişik, həmin konfransı siyasi oyun hesab edib, bütün talışları onun boykotuna çağırmışıq və həmin tədbiri boykot edənlərdən biri də "ETTELLAT”çı Əli Əbdoli olub.

2012-ci ilin konfransı ilə bağlı da eyni mövqe sərgiləməyimiz və bəyanatlarımız mətbuatda dərc olunub, asanlıqla tapmaq olar.

Odur ki, iyulun 3-də Şüvəlana yanıma gələn Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər Üzrə Istintaq Idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqilə söhbətimdə bu məsələ ilə bağlı hər hansı izahat verməkdən imtina etdim. 2007-ci ildəki sual-cavablarımı işə tikməsini kifayət olduğunu dedim...

Həkimlərin ahı


Bu günlərdə Şüvəlandan Zığdakı narkoloji mərkəzə aparılanda ekspertizadan imtina etdim. Səbəbi aydındır: Əvvəla, hamıya bəllidir ki, narkotika mənim ciblərimə hakimiyyət orqanları tərəfindən atılıb. Mənim dinim, elmim və əxlaqım belə iyrənc hərəkətə yol verməz. Məni sifariş nəticəsində şərləyiblər! Bu halda ekspertizadan keçməm də bir oyun olacaqdı o, bu proses "Hippokrat andı”nı içmiş naxələf həkimlərin naxələf qərarları ilə nəticələnə bilərdi. Amma bu günlərdə belə bir razılıq əldə etdik ki, eyni zamanda biri özümüzün istəyilə gələn həkim olmaqla 3 həkim tərəfindən barmağımdan qan götürülsün. Əlbəttə ki, ölkədə müstəqil ekspertiza olsaydı, heç buna hacət yox idi. Amma başıma gətirilən bu qədər  oyunlardan sonra bu "Hippokratçılara” zərrə qədər inamım qalmayıb. Məgər onlar deyilmi həbs edilən onlarla dindarın, axundun qanında narkotik tapan?!  Mən Zığda da bu barədə 1 saata yaxın həkimlərlə söhbət etdim, onları vicdanları qarşısında məsuliyyətə çağırdım. Baş həkim məni "idealist”  adlandırdı və əlavə etdi ki, "köhnə bazara təzə nırx” qoymağım müsbət nəticə verməyəcək. Mən isə ona dedim ki, ümidsiz olmaq lazım deyil, gec-tez bu ölkə dəyişəcək, siz də dəyişəksiniz. Baş həkim isə ümidsiz idi, deyirdi: "Sənin kimilər tək-tükdür, o da zindanda”. Mən isə etiraz etdim: "Iinşallah, Allah bizim də əvəzimizi verər”. Mən bu sayaq danışanda digər həkimlər də "ah” çəkib təəccüblə üzümə baxırdılar.

Məhbuslardan Hilal Məmmədova dəstək


Iyulun 12-də Nizami Rayon Məhkəməsindən Şüvəlana qayıdanda  çantamı qapı ağzında görüb soruşdum: "Bu nədir?”. Cavab verdilər ki, Kürdəxanıya "etap” olunmusan. Mən "Axı bu tələm-tələsiklik nəyə gərəkdir? Kimdir bunun arxasında duran? Axı niyə ora getməliyəm” deyərək təəccübümü ifadə etdim və dərhal təcridxananın yeni rəisi Elnur Ismayılovun yanına qalxdım. O, məni çox mehribanlıqla qarşılayıb, dinləyib "Belə məsləhətdi” dedi. Kürdəxanı buradan daha yaxşıdır, hər cürə şəraitləri də var” dedi.

Bu tələm-tələksikliyin nə olduğunu sonra anladım. Sən demə, həmin vaxt, müstəntiq və yeni vəkilim Yalçın Imanov məni orada gözləyirmiş. Amma tamamilə məxfi formada buradan çıxmalı oldum. Insafən, az qala bütün "Şüvəlan” mənimlə təntənəli şəkildə xudahafizləşməyə çıxdı.

"Kürdəxanı”da 30-40 nəfərlik bir "boksa” salındıq. Doğrusu, ilk dəfə idi ki, bu qədər məhbusun içinə düşürdüm. Kimisi yerə yıxılıb xoruldayır, kimisi "prava kaçat” edir, kimisi də digərinə dərdini danışırdı. Qəfildən məni 1-2 həmyerlim tanıdı və az qala bütün boksa kim olduğumu və başıma gələnləri nəql etdi. Mən də artıq onlara hesabat verməyə məcbur oldum. Yəni, başıma gələnləri qısa nəql etdim.

O, xoruldayanlar da ayılıb məni dinləməyə başladılar və onların hamısına ürək-dirək verib "belə getməz dəyişər bu ölkə. Siz də dəyişəksiniz, əgər haqlarınızı qorusanız” dedim. Az qala hamı əl çalmaq istəyirdi ki, birdən "boksun” qapısı açıldı və mənim ad-familiyam səsləndi. Bu dəfə məni əhatəyə alan məhbuslar mənə ürək-dirək verməyə başladılar: "Əgər bir təzyiq- zad olsa, təcili bizə xəbər ver dedilər”. Onlara minnətdarlıq etdim. Bayıra çıxanda rəislə Elxan müəllimin məni görmək istədiklərini bildirdilər. Cəmi 2-3 dəqiqəlik görüşdə rəis məndən hansı maddə ilə düşdüyümü soruşdu. Gülümsəyərək "narkotika satıram” dedim. "Nə qədər satırsan” soruşanda cavab verdim ki, vallah dəqiq bilmirəm, amma əvvəlcə təqribən 5 qram, sonra isə təqribən 30 qram satmaq niyyətim olub. Yəqin ki, Narkotiklərlə Mübarizə Idarəsində başıma gələn məcaradan da xəbəriniz var?! O, çox ciddi şəkildə "Yox heç nədən xəbərim yoxdur” və köməkçisini yanına çağırıb kartoçkanı ona verdi. Məni yaxşı şəraiti olan iki nəfərlik bir kameraya gətirdilər. Amma nədənsə Şüvəlan üçün yaman darıxıram. Görünür, daha sadə həyat tərzinə öyrəşdiyimdən "burjuy” kameralarında bərk sıxılıram. Allah axırını xeyrə etsin inşallah...

Özümü mənən və cismən zindana hazırlayırdım


Əziz həmvətənlərim, bu günlərdə məhkəməyə gedərkən maşının dəmir qəfəsciyindən bayıra boylanıb bir daha o dünya zindanlarının sakinlərinə baxırdım. Hamı öz dərd-sərində idi, marketlər işləyir, qadınlar bazar sumkalarını daşıyır, qızlar telefonda gülüşür, kişilər çayxanalarda nərd atır, tikinti dükanlarında toz-torpaq göyə qalxırdı. Bir nəfər də bizim bu dustaq maşınına tərəf baxmırdı. Elə bil ki, heç kim bir gündə özünü bu maşında təsəvvür etmirdi...

Adi bir maşınlardan bilirdilər yəqin. Amma mən onların hamısından fərqli idim o dünya zindanında. Hələ uşaqlıq illərində o məhbus maşınlarında oturan insanların taleyini fikirləşir və bir gün özümü də orada təsəvvür edirdim. Bu təsəvvürüm isə repressiya qurbanlarından olan böyük şairimiz Züfüqar Əhmədzadənin taleyini öyrənərkən daha da dərinləşmişdi. Sonralar isə siyasi məhbusların acı taleyini tədqiq edib haqlarını müdafiə edərkən bu məhbus maşınlarına daha çox diqqətim artdı. 25 ildən artıqdır ki, hər gün özümü orada görürdüm, mənən və cismən özümü bu zindana hazırlayırdım.

Çünki əmin idim ki, özünü qurban verməyə hər an hazır olmadan, nə ölkənin, nə də xalqın xoşbəxtliyinə nail olmaq olar!!!

Neylək, mən də onlardan biri oldum bu gün...

Sağ qalıb-qalmayacağımdan asılı olmayaraq, bu gün tam qətiyyətlə əminəm ki, dəyişəcək ölkəmiz, vallah-billah dəyişəcək bu ölkə. Azad, demokratik, hüquqi bir dövlət olacaq bu ölkə...

Prezidentimizdən tutmuş ən sıravi vətəndaşa qədər hər kəs qanun qarşısında eyni hüquqlu olacaq, daha kiminsə sifarişi ilə cibinə narkotika atılmayacaq, hər iki tərəf aşkarlanıb cəzalanacaq. Ədalətli məhkəmə, ədalətli müstəntiq, ədalətli həkim, ədalətli ekspertiza, ədalətli müəllim olacaq bu ölkədə...

Hamı öz haqqına sahib olmağa çalışacaq. Daha heç kim polisdən qorxmayacaq, onu özünə müdafiəçisi biləcək. Prezidentdən tutmuş, ta ən sıravi vətandaşına kimi hər kəs qazandığı gəlirin və ruzinin halal və ya haramlığını vicdanı ilə ölçüb payına düşəcək vergini də vicdanı ilə paylaşacaq...

Gəlin birgə xilas edək ölkəmizi və bu yeni DÜNYAMIZI".


Azadlıq Qəzeti

Категория: Azərbaycan | Просмотров: 1705 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus