Главная » 2012»Декабрь»4 » D-r Hilal Məmmədovun Hüquqlarının Müdafiə Komitəsi Demokratik Talış Birliyi ilə bağlı bəyanat yaydı
13:33
D-r Hilal Məmmədovun Hüquqlarının Müdafiə Komitəsi Demokratik Talış Birliyi ilə bağlı bəyanat yaydı
D-r Hilal Məmmədovun Hüquqlarının Müdafiə Komitəsi Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
D-r Hilal Məmmədovun Hüquqlarının Müdafiə Komitəsi son günlər mətbu orqanlarda hakim partiyanın bəzi üzvləri tərəfindən yeni yaradılmış Azərbaycan Dövlətçiyi Naminə Demokratik Talış Birliyi haqqında verdikləri bəyanatlardan narahatlığını bildirməklə bəyan edir ki, bu gün Azərbaycanın demokratikləşməsi istiqamətində atılan bütün addımları dəstəkləməklə milli mənsubiyyətindən asılı olmayaraq hər bir fərdin bu işdə əməli fəaliyyət göstərməsini alqışlayır. D-r Hilal Məmmədovun Hüquqlarının Müdafiə Komitəsi yeni yaradılmış Azərbaycan Dövlətçiyi Naminə Demokratik Talış Birliyinin ətrafındakı bu ajiotajı anlamadığını vurğulamaqla yanaşı bildirir ki, Məramnaməsində və Nizamnaməsində dövlətçilik əleyhinə bir cümlə belə olmayan Azərbaycan Dövlətçiyi Naminə Demokratik Talış Birliyinin beşikdəcə boğulmasına cəhdlər edən hakim partiyanın bəzi üzvləri demokratik inkişafın qarşısını almaqda maraqlı olduqlarını bir daha sübut etməklə, Azərbaycanı avtoritarizmə aparmaqda maraqlı olduqlarını açıq-aşkar biruzə verirlər.
D-r Hilal Məmmədovun Hüquqlarının Müdafiə Komitəsi Azərbaycan Dövlətçiyi Naminə Demokratik Talış Birliyinə qarşı basqıları pisləməklə yanaşı bəyan edir ki,, Birliyinin hər iki təsisçisi bu komitənin üzvləridir, biz onları yaxından tanıyırıq və əminik ki, həm Eldəniz Quliyev, həm də Mehdibəy Səfərov vətənimiz Azərbaycanı onlara qarşı populist bəyanatlar verənlərdən heç də az istəmirlər.
Azərbaycan Dövlətçiyi Naminə Demokratik Talış Birliyinə qarşı təzyiqlərə son qoyulsun!
Arzu Abdullayeva - D-r Hilal Məmmədovun Hüquqlarının Müdafiə Komitəsinin həmsədri, Helsinki Vətəndaş Assambleyasının Bakı nümayəndəliyinin rəhbəri.
Rafiq Cəlilov - D-r Hilal Məmmədovun Hüquqlarının Müdafiə Komitəsinin həmsədri, "Tolışon Sədo” qəzetimim təsisçisi.