Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2013 » Сентябрь » 1 » Cümüşün cümşüdlüyü
20:27
Cümüşün cümşüdlüyü
"Deyirlər, sual işarəsi də nə vaxtsa nida olub; o qədər əyilib, bükülüb,
təzim eləyib ki, axırda donqarlaşıb sual işarəsinə çevrilib.”

(Bu qəribə əhvalat keçən əsrin 60-cı illərində Ağsu rayonunun Daşdəmirbəyli kəndində vaqe olub)

Balaca Cümüş də yaşıdlarının hamısı kimi, hər səhər gərnəşib-əsnəyib yuxudan oyanar, məktəbə tələsər, oxuyub-yazmaq öyrənər, oynayar, qaçar-yıxılar-durar və yavaş-yavaş böyüyərdi. Bir sözlə, 4-cü - 5-ci sinfə gedən həmyaşıdlarından heç nəylə fərqlənməzdi.

O vaxtlar "çilədi”, "papaqaldı-qaç”, "qoz-qoz”, "zampi”, "hallay-vallay” və s. dəbdə olan oyunların arasında onun ən çox xoşladığı "ənzəli”-ydi. Və bəlkə bu, yeganə oyun idi ki, balaca Cümüş nəynənsə digərlərindən seçilərdi. Yəni, özgə uşaqlar "yatmaq”dan daha çox hoppanmağa can atırdılarsa, Cümüş əksinə, "yatmağa” (doxsan dərəcə bucaq altında əyilib başını sinənə qısırsan və bu vəziyyətdəcə donub qalırsan) üstünlük verirdi. "Yatan” uşaq "kozyol” funksiyasını daşıyırdı. Oyun iştirakçıları növbəylə qaçıb "kozyolun” üstündən tullanır, maneəni dəf edə bilməyən isə, nəticədə, özü yatmalı olur və oyun bu qaydayla davam edir...

Ərz elədiyim kimi, balaca Cümüş hoppanmaqdan, tullanmaqdan, atdanmaqdan çox, ikiqat əyilib "yatmağı” sevərdi; özü də anlamazdı ki, görən axı nə üçün digər yoldaşlarından fərqli olaraq bu sayaq qeyri-təbii vəziyyətdə donub qalmaqdan olmazın ləzzətini alır?..

Hopp! Hoo-pp!! – Uşaqlar əllərini şappadan onun belinə vurub hoppanır, Cümüş isə bir az da əyilir, bir az da domuşur və ürəyində bunun uzun müddət belə davam etməsini arzulayırdı.

Həmin gün, yəni həmin əcaib hadisə baş verən gün, balaca Cümüş doğma Daşdəmirbəyli kəndinin yaxınlığından axan Ağsu şayının kənarında bardaş qurub oturmuşdu, iştahla əlindəki pendir dürməyini yeyirdi. Bürküydü. Hər yay olduğu kimi, Şirvanın "ilan mələdən” tikanlı-iynəli istisi ağır-zindan qanadlarını Ağsu rayonu üzərinə gərmişdi. Ətrafdakı uşaqlar çayın lilli suyunda çimir, tövşüyə-tövşüyə qaçdı-tutdu oynayır, güləşir, gülüşür, çığırışırdılar...

Cümüş döyükə-döyükə bu mənzərəyə tamaşa eləyir, özlüyündə yalvarırdı ki, kaş dostlarından kimsə yaxınlaşıb ona: "Bir dişdəm ver də, noolar?” deməsin. Odur ki, başını deşən istiyə lənət oxuya-oxuya, dürməyin hər tikəsini az qala çeynəmədən içəri təpirdi. Elə bu vaxt gombul, çil-çil bir oğlan əlində SAPAND, gəlib düz onun qarşısında dayandı.

Doğrusu, Cümüş on bir illik ömründə ilk dəfəydi ki, əsil sapand görürdü. Elə uşaqların əksəriyyəti üçün də bu, yeni və naməlum bir "oyuncaq” idi. Bir göz qırpımında gombul, çil-çil oğlanı dövrəyə aldılar. Gombul bu "marağı” əlindəki sapandan daha artıq, öz personasına yönələn diqqət kimi qəbul eləyib, mırıq süd dişləri arasından fiti xatırladan bir səs çıxartdı:

Ss.. sapanddı, - dedi. – Budeyy, bulasına das qoyub fıll..fılladıb atılssan...

Az sonra, "kim daha yaxşı və daha uzağa atar!” – uşaqların hamısı "sapandatma” məharətlərini nümayiş etdirdilər. Qoz boyda xırda daşlar havada yarımçevrə vurub çayın digər sahilinə, günəşin qarsdığı boz düzənliyə düşürdü... Nəhayət növbə balaca Cümüşə çatdı...

...Cümüş sapandı ehtiyyatla götürüb dəridən kəsilmiş "patron” yerinə yumru bir çay daşı qoydu. Sonra sim təki gərilib sapandı var gücüylə fırlada-fırlada qolazladı... Amma nədənsə daş yarımçevrə cızıb üfüqə sarı uçmaqdansa, şaquli istiqamətə - düz göy üzünə milləndi.

Kino, yaxud montaj terminiylə desək, "stop kadr” baş verdi. Yəni ətrafdakıların hamısı necə varıydılarsa donub, eləcə də qaldılar... Cümüşün atdığı daşın yerə yox, bir başa göyə uçması hamını son dərəcə çaşdırmışdı. Handan-hana gombul çil-çilin nitqi özünə qayıtdı:
-Eyy!.. Ss... sən hala atdın o dası?... – deyə, heyrətlə soruşdu.

Balaca Cümüş nə üçünsə suala cavab gözləyən yoldaşlarını hikkəylə süzüb, qaşlarını düyünlədi və yaşına yaraşmayan kal, eyni zamanda yad bir səslə:

-Allaha! Allaha atdım o daşı!!! – dedi.

Cümüş bu bir neçə kəlməni elə "mismarladı” ki, elə bil indicə sapandın "daş yerinə” çay daşı əvəzinə öz ürəyini və öz uşaqlığını qoyub atmışdı. Və o bürküdə, Şirvanın o "ilan mələyən” neştərli istisində bu əcaib-qəraib hadisənin şahidləri mat-məətəl quruyub qalmışdılar. Hamının qəlbinə, balaca uşaq təfəkkürü ilə dərk olunmayan instinktiv bir qorxu hakim kəsilmişdi.

Məhz elə həmin o dəqiqə və məhz elə həmin o an ağılasığmaz bir metamorfoza baş verdi – balaca Cümüş göz önündəcə yox oldu, qeybə çəkildi, itdi, tükəndi, bitdi, qurtardı. Əlbəttə ki, məcazi mənada. Daha dəqiqi, balaca, uşaq Cümüş həmin andaca dönüb həddi-buluğa çatmış böyük Cümşüd oldu.

Bəli, balaca Cümüş bir göz qırpımındaca... Cümşüd Nuriyevə çevrildi.

Cümşüd Nuriyev balaca Cümüşü öz içində əridib yox elədi. Nə vaxtsa ortabab ali təhsil alacaq, haralardasa "xalaxətrinqalmasın” işləyəcək – gah Kömrük Komitəsində "Ərəbzəngi”lik, gah da Kənd Təsərrüfatı Nazirliyində "doğrunun üstünə bağıran” vəzifələrində çalışacaq, min hoqqayla saxta Millət Vəkili, alayarımçıq politoloq olacaq, ard-arda əlindən tutub ona kömək etmiş, onu çörəyə yetirmiş keçmiş dostları, demokratik Hərəkat iştirakçıları, müxalifət liderləri, Milli Şura və s. haqqında şər-şəbədəylə dolu "bezdarnıy” məqalələr (bəzi hallarda isə, donoslar) yazacaq, iqtidar sahibləri qarşısında "ləbbeyk” döyərək onların "malades”-ini qazanmaq üçün analoqu olmayan yaltaqlıq nümayiş etdirəcək Cümşüd Nuriyev belə yarandı.

Amma, əlbəttə ki, necə olursa-olsun, onda balaca Cümüşdən nəysə qalmalıydı. Qaldı da! Bu "nəysə” "ənzəli” oyununda ikiqat əyilib-qatdanıb qalmaq və belindən tullananların vurduğu " şappadan” qapazlarından olmazın ləzzətini almaq. Daha sonra - əstəğfürullah! – Allah – Təalaya daş atmaq.

Kəramətinə şükür, İlahi!

P.S. Bir şeyi yaman unutdum. Balaca Cümüşün tuşlayıb göyə atdığı o başıbəlalı daş qayıdıb yerə düşmədi! Və indiyənəcən də düşməyib. Lakin, görünür həqiqətən, hər şeyin öz vaxtı-vədəsi var...
Allahım, kiminsə ayağını qoyub başına daş salma. Yazıqdı... daha doğrusu, nadandı!.. Rəhm elə!

Eldəniz Quliyev 
01. 09. 2013
 

Категория: Azərbaycan | Просмотров: 2274 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus