Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Май » 13 » Coşqun bir dənizsən, dalğası yatmaz...
13:00
Coşqun bir dənizsən, dalğası yatmaz...
Bağırov Bağır Mirhəzər oğlu 12.05.1937- ci il tarixdə Masallı rayonu Böyük Kolatan kəndində seyid ailəsində anadan olub. Atası Mirhəzər (1910-2012), anası Hökumə xanım (1914-1990) el-obada sayılıb-seçilən adamlardandı. Ailədə 7 qardaş, 1 bacı olublar.  Necə deyərlər:

Anam, bacım, qız gəlin,
Əl-ayağı düz gəlin.
Yeddi oğul istərəm,
Bircə dənə qız, gəlin.

Bağır ailədə ilk övlad olub, nənəsi Humeyra (keçən əsrin 30-cu illərində repressiya qurbanı, ali dini təhsilli ruhani Molla Cəlalın bacısı) və anası Hökumə xanımın ilkin təlim- tərbiyəsi altında böyümüş, onun uşaq yaddaşında dərin izlər buraxmışlar. Humeyra xanım hətta ona ibtidai dini təhsil vermiş, ərəb əlifbasını, Quran oxumağı öyrətmişdir.

Kolatan məktəbində ibtidai (1944-1948), Bədəlan (1948-1950) və Boradigah məktəblərində (1951-1952)  əsas təhsilini bitirib Sonra Lənkəran Pedaqoji Texnikumunda (1952-1956)  oxuyur. Doğma kəndə təyinat alıb burada ibtidai sinif müəllimi işləyir. ADU (indiki BDU) –nun jurnalistika şöbəsində (1959-1965) qiyabi təhsil alır. Marksizm- Leninizm İnstitutunun müdavimi olur (1969- 1975).

Təhsil illəri onu mənəvi cəhətdən püxtələşdirir, Vətənə, partiyaya, xalqa daha layiqli vətəndaş kimi yetişdirir, öyrəndiklərini, əxz etdiklərini gənc nəslin təlim-tərbiyəsinə tətbiq edir, pedaqoji sahədə yeni-yeni uğurlar əldə edir. Bundan ötrü müəllimlərinə minnətdarlığını belə ifadə edir:

-Təhsil illərində atam-anam kimi zəhmətımi çəkən müəllimlərim çox olub, onlar yaddaşımda əbədi olaraq həkk olunublar: I sinif müəllimim Ağabala  Şiriyevi unutmaq olarmı? (Allah ona can sağlığı versin) Yaxud ibtidai məktəbdə mənə dərs demiş Fətullanı, Talıbov qardaşlarını (İmamverdi və Xanverdi), Bilal Musayevi hələ də xatırlayıram. Bədəlan məktıbində oxuyarkən mənə xüsusi qayğı ilə yanaşan direktor Zahir Əkbərovu, Xanoğlan Əşrəfovu (əməkdar artist Baloğlan Əşrəfovun atası), Salman Mikayılovu, Abbasəli Həsənovu, Cahangir Əzimovu, Qələmirzə İsayevi, riyaziyyatçı Məmmədhəsən müəllimi həmişə yad edirəm.

Boradigah məktəbində əziz müəllimlərim olmuş direktor Əli Bağırzadə, filologiya e.n. Qulamhüseyn Əliyev, fizika e. n.Fatma Hüseynova (elmlər doktoru Bahadır Tağıyevin həyat yoldaşı), Fayaz Ələkbərov, Saleh Zeynalov ömrünü gənc nəslə həsr etmiş fədakar insanlar idi.

Pedməktəbdə oxuduğum illərdə gözünün nurunu tələbələrinə bəxş etmiş direktor Mustafa Sadıqov, Möhsün Yusubov, Hüseynbala Axundov, Qüdrət Ülvi, Mütəllim Sadıqov, Ağarəhim və başqa müəllimlər yaddaşlardan silinməz. ADU (BDU) müəllimlərim Bəxtiyar Vahabzadə, Şirməmməd Hüseynov, Əlövsət Abdullayev, Ağamusa Axundov, Tofiq Hacıyev, "1955-1960-cı illərdə "Azərbaycan” jurnalında çap olunan oçerklər” diplom işimin elmi rəhbəri Nurəddin Babayev ideallarım idi.

Bağır müəllim  55 il pedaqoji sahədə çalışıb. İlkin olaraq Kolatan məktəbində ibtidai sinif müəllimi (1956-1959), Sığdaş məktəbində əvvəl 6 il ədəbiyyat müəllimi (1959-1965), sonra 15 il məktəb direktoru (1965-1979), daha sonra Böyük Kolatan orta məktəbində müəllim (1979-1995) işləmişdir. Pedaqoji sahədə irəli çəkilən Bağır Bağırov 12 il Masallı RXTŞ-də məktəb inspektoru olmuşdur. Yenidən doğma kənd məktəbinə qayıdaraq 74 yaşında təqaüdə göndərilənə qədər burada direktor müavini kimi çalışmışdır.

Su şırıltısını, yaşıllığı, qadın gözəlliyini yüksək qiymətləndirən Bağır müəllim qızğın təbiətli, şair tinətli, coşqun ilhamlı bir insandır. Ədəbiyyata, incəsənətə, mədəniyyətə, musiqiyə güclü maraq göstərən adamdır. Tar çalır, şeirlər, novellalar, oçerklər yazır, klassik və müasir dünya və Azərbaycan şairlərinin şeirlərini əzbər bilir, məclislər aparır, tədbirlərdə nitqlər söyləyir, iclaslarda məruzələr edir, xülasə, bir musiqiçi, bir şair, bir söz ustası, bir natiq kimi Bağır müəllimin həyatda öz yeri var. Bəzən müsahibləri ilə nəzmlə danışır, folklordan, övliyalardan sitatlar çəkir, kəlamlar söyləyir:

Könlün maraqlı, başın daraqlı, dilin dualı olsun, qardaşım!

Bağır Bağırovu ədəbi ictimaiyyət, onu tanıyanlar daha çox ədəbi təxəllüsü ilə çağırmağı sevirlər: Bağır Coşqun! Bu imza ilə çoxlu yazıları dərc olunub: qoşma, gəraylı, qəzəlləri var:


Məni bəlayi-eşqə salan ala gözlərin oldu gözlərin,
Əqlimi başımdan alan şirin sözlərin oldu sözlərin...

Bağır müəllim istiqanlı, dostcanlı, qonaqpərvər, sədaqətli insandır. Çoxlu dostları var, getdiyi 20-dən çox sanatoriya, 100-dən çox MDB şəhərlərində onu hamı belə tanıyır. Yubileylər keçirməyə meyilli olan Bağır Bağırova hesabsız təbriklər, açıqcalar göndərilib, şeirlər, xatirələr, hətta iri həcmli əsərlər həsr olunub, saysız fotoları, albomları var...

Azad Talışoğlunun "Bizim Bağır müəllim” (B.2006, 2 cilddə) kitabında, Nizami Zöhrabinin "Fateh” əsərində Bağır Kolatanidən bəhs edilib. Kəlbəcərli şair-alim, kürd Şamil Əsgərov ona poema həsr edib. Əjdər Fərzəli "Görüşünə gələrəm, ana” ("Azərbaycan gəncləri”), Əhməd Səmədov "Yeddi qardaş, bir bacı” ("Yeni həyat”) "Bəkir Coşqun” ("Masallının söz çələngi”), Qəni Bəxtəvər, Sevda İbrahimova... yazdıqları şeirlər, hekayələr, məqalələrlə Bağır müəllimin mənəvi sifətlərini oxuculara açıqlayıblar:

Sinəndə döyünən saf bir ürəkdir,
Coşqun bir dənizsən, dalğası yatmaz.
Süfrənin bəzəyi halal çörəkdir,
Dünyanın malını harama qatmaz.
(Qəni Bəxtəvər "Kolatanda bir kişi var”)

El içində Bağır Coşqunun evliliyi barədə az qala dastan söylənilir. Sovet dövrü gəncləri adətən özü sevib bəyənir, ata-ana da bu gənclərin sevgisinə hörmətlə yanaşır, istədiyi qızı oğlana alırdılar. Təbii ki, coşqun təbiətli, yüksək zövqlü, şair ilhamlı, çöyçək simalı, qıvraq, sağlam bədənli Bağır, necə deyərlər, "Məcnun” olub "Leylisiz” qala bilməzdi:

-Pedməktəbdə oxuyarkən özüm kimi dəlisov, həm də çox gözəl bir qızla sevişirdik. 7 oğul, 1 qız atası olan, həm də ağır seyid, el ağsaqqalı olan atam bunu eşidib, qəti etiraz etdi. 4-cü kursda ikən hazırda 57 il birgə yaşadığımız, hər zaman sədaqətinə sadiq qaldığım, həyat yoldaşım Şahxanım Rəzi qızını (atamın bibisi nəvəsini) mənə aldılar. Doğrudur, 6 ay nişanlı vaxtımızda görüşünə getmədim, üzünə də baxmadım. Amma gəlini duvaqda görəndən sonra, taleyimlə barışdım, gözəlliyinə, ağlına-fərasətinə hətta qibtə etdim. Onu da deyim ki, 102 il yaşayan atam övladlarının hər birinə özü bəyəndiyi, əslini- nəslini tanıdığı adamlardan, əsasən yaxın və uzaq qohumlardan qız aldı, qız verdi və sonrakı həyat göstərdi ki, heç birində səhv etməyib, ailələrimizin hamısı uğurlu və xoşbəxt olub.

Mən də özümü xöşbəxt ərlərdən, bəxtəvər ailə başçılarından hesab edirəm, Şahxanımdan çox-çox razıyam, övladlarımla fəxr eləyirəm...

-6 qızım var: Azadə, Rəsmiyyə, Nuriyyə, Pərvanə, Asudə, Rəna. Hər biri xoşbəxt ailə qurublar. Rəsmiyyənin 3 oğlu var, Elçin, Elvin, Seyid; dənizçilik məktəbini qurtarıblar, ataları kimi gəmidə çalışırlar, dünyanı gəzirlər. Asudənin də 3 oğlu var. Savalan, Sərdar Perm Dövlət Universitetinin Neft və Kimya şöbəsində təhsil alırlar...

-4 oğlum var: Vəfadar, Şahvələd, Mirhafiz, Nizami. Vəfadar Azərbaycan Politexnik İnstitutunun mexanika şöbəsini bitirib, hazırda Masallı Hərbi Komissarlığında şöbə rəisidir, 4 qızı, 2 oğlu var. Şahvələd Voloqda Ali Aqronomiya İnstitutunu bitirib. Hazırda ailəsi ilə birgə Perm şəhərində yaşayır və işləyir, 2 oğlu, 1 qızı var.

Mirhafiz də, Nizami də ayrı-ayrı vaxtlarda, Azərbaycan İnşaatçılar İnstututunun ayrı-ayrı fakultələrində oxuyublar. Hazırda Lisva şəhərində yaşayır və işləyir, hər birinin 2 oğlu, 1 qızı var.

Onu da qeyd edim ki, övladlarım elə xasiyyətcə də, xaraktercə də mənə oxşayıblar. Məsələn, Vəfadar, Şahvələd, Mirhafizin gözəl musiqi səsləri var, toy və şənliklərdə iştirak edir, məclis aparırlar, xanəndəlik, müğənnilik, sərxilik edirlər. Bu yaxınlarda Şahvələd Cənub TV-də 35 dəqiqəlik konsert verib. Onlar bu qabiliyyətlərini yaşadıqları yerdə, Permdə də davam etdirirlər...

Bağır Kolatani istər ailədə, təhsil ocaqlarında, istərsə işdə, məktəbdə, ictimaiyyətdə xeyirxah insanlarla əhatə olunub:
-Hələ Pedməktəbdə ikən fəal bir gənc kimi ad çıxarmışdım: Yadımdadır, S. Rəhmanın "Nina” romanının müzakirəsində məruzəm hərarətlə qarşılandı. S. Vurğunun "Vaqif” dramında xanəndə kimi oxuyurdum. 1955-ci ildə Lənkəranda Zabitlər evində keçirilən tədbirdə fərqləndim. Bütün bunları görən direktor Mustafa Sadıqov mənə və mənimlə bahəm daha 4 əlaçı tələbəyə öz evində yer verdi, bizi himayə etdi: (Həsənov Piri (Astara, Şahağac), Beqiyev Çərkəz (Lənkəran, Mamusta), Ağayev Bəhmən (Bala Şürük), Rzayev Eyvaz (Masallı, Şərəfə). Evin xanımı Dilarə çox vaxt bizə isti xörəklər hazırlayardı. O vaxtlar çörək qıtlığı vardı. Anam bişirdiyi təndir çğrəkdən qoyardı heybəmə, bir neçə gün yeyər, ləzzətindən doymazdıq.

Möhsün Yusubov təyinat komissiyasının üzvü kimi, evli olduğumu nəzərə alıb, məni birbaşa doğma kənd məktəbinə sinif müəllimi təyin etdi.

BDU-nu bitirəndə 28 yaşda idim. Rayonun "Çağırış” qəzetində kənd təsərrüfatı şöbəsinin rəhbəri təyin olundum. Qəzetin ilk sayında 3 məqaləm, 3 imza ilə dərc olundu: Bağır Coşqun, Bağır Bağırov, Bağır Həzər oğlu. Fəaliyyətimi yaxından izləyən RXTŞ-nin sabiq müdiri Qurban Mürşüdov məni Sığdaş məktəbinə direktor göndərdi və mən bu vəzifədə 15 il işlədim...Və burada Malik Əliyev, Şadullah Ağayev, Məhərrəm Rüstəmov, Kamal Tarıvediev, Nurulla Əliyev və başqa bu kimi kadrların bəşəri və milli dəyərlər ruhunda formalaşmasında mənim rolum danılmazdır.

58 yaşımda Rayon Müəllimlər konfransında obyektiv çıxışıma görə Masallı RİH-in o vaxtkı başçısı Teymur Yəhyayev məni RXTŞ-nə inspektor göndərdi. Və 12 il bu vəzifədə çalışdım, Masallının 100-dan çox kənd məktəbində oldum, zəngin və müdrik bir həyat yaşadım...

Qaynatam Həşimov Rəzi Rəşid oğlunun boynumda haqqı-sayı var. Oğlanları polkovnik Qəyyum, mayor Kamil, müəllim və müğənni Mürüvvət ilə bərabər məni də oğlu qədər istərdi...

Kolatan orta məktəbinin direktoru Fazil Məmmədov Əziz oğlunun mənə atalıq məhəbbəti sonsuz idi. Partiyaya keçməyimdə, dərs bölgüsündə, ailə vəziyyətimi nəzərə almaqda mənə dayaq olurdu.

RXTŞ-də Qardaş Fətullayev, Raci Həsənovla bir otaqda 12 il birgə çalışmışıq.Mən onlardan 10-15 il yaşca böyük olduğumdan, onlar, həmçinin RXTŞ-nin müdirləri Şirəli Əhədov və Ədalət Nemətov,  mənə böyük qardaş kimi yanaşar, hörmət bəsləyər, qayğı göstərərdilər.

Dayım Kərbəlayi Şadulla İsayev Mirzə oğlunun da həyatımda öz rolu var. Yaşca məndən 5-6 il böyük, həkim və çox imkanlı şəxsdir. Nə çətinliyə düşsəm, o mənə hər cəhətdən yardımçı olub.

-Bəli, bir belə xeyirxah insanlar əhatəsində mən də əlsiz-ayaqsızlara, darda-damanda qalanlara, yolçulara-dilənçilərə hər vaxt yardım etmişəm, əl tutmuşam. Şəxsiyyətini, yaradıcılığını çox sevdiyim S. Vurğunun bu misraları həmişə həyat devizim olub:

Arxalıya arxa olma,
Deyərlər ki, yamaqsan.
Arxasıza arxa ol ki,
Qoy desinlər dayaqsan!

Səməd Vurğundan söz düşmüşkən, bir dəfə Vilnus şəhərində, mehmanxanada "Nauka i jizn” yurnalının əməkdaşı Yuri Baranovla rastlaşdım. Məlum oldu ki, onun pula ehtiyacı var. Çıxarıb ona 50 rubl verdim. O bundan çox təsirləndi: "Eşitmişdim S.Vurğun Moskvaya gələndə hər dəfə  yazıçı həmkarlarına xüsusi ziyafət verirmiş. Sizin-bir kənd müəlliminin mənə etdiyi bu yardım məni bir daha inandırdı ki, sizin MİLLƏT nə qədər xeyirxah və qonaqpərvər imiş...”

Allahverdi Bayrami,
07.05.2012



ƏLAVƏLƏR
(Bağır Coşquna həsr olunmuş şeirlər)

NİZAMİ ZÖHRABİ
(”Yom” jurnalının baş redaktoru, şair- publisist)


BAĞIR COŞQUNA

Qalacaq dünyada irsin əbədi,
Olacaq and yeri sənin məzarın.
Hikmət xəzinəsi, sənət məbədi
Hər bir sərkərdənin, ünlü yazarın.

Hər səhər üstündən mavi Xəzərin,
Doğarsan Günəşdən Azərbaycana.
Şəfəqlər çiləyər odlu nəzərin
Nurlu sabahlara yollar açana.

Varlığın zamanın lütfü, töhfəsi,
Ölümün itkidir bütün bəşərə.
Ömrün insanlığın şərəf lövhəsi,
Sığmaz min kitaba, milyon əş”ara.

QƏNİ BƏXTƏVƏR

KOLATANDA BİR KİŞİ VAR


Sinəndə döyünən saf bir ürəkdir,
Coşqun bir dənizsən, dalğası yatmaz.
Süfrənin bəzəyi halal çörəkdir,
Dünyanın malını harama qatmaz.

Səsləyib öpürsən eşq mələyini,
O uca Tanrına könül açırsan.
Sinəndən çıxarıb öz ürəyini,
Doğma Kolatana işıq saçırsan.

Səndən uzaq olmaz Şahxanım ana,
Ömrünə biçilib gözəl yarın da.
Ocağın başından getməz bir yana,
Çəkib atasına balaların da.

Şirin nəğməsisən elin, obanın.
Göylər də danışır məhəbbətindən.
Mehriban oğlusan Həzər babanın,
Payla qeyrətindən, səxavətindən.

AZAD TALIŞOĞLU

YÜZ  ƏLLİ  YAŞA


İlləri haqladın, Bağır müəllim,
Yetmiş il bayramın mübarək olsun.
İndi də fərəhlə yüzə çat görüm,
Adına ildə bir dastan qoşulsun.

Yox, yox, düz demədim, yüz əlli yaşa,
Hər arzun boy atıb yetişsin başa.
Sən buna layiqsən öz zəhmətinlə,
Vətənə, xalqa saf məhəbbətinlə!


ŞAMİL ƏSGƏROV
(filologiya e.n. şair)

ÇOX ƏZİZ, SÖZÜ LƏZİZ,
QƏLBİ TƏMİZ QARDAŞIMA


Sevimli qardaşım Bağırov Bağır,
İmdada həmişə Allahı çağır!

Elə bil Fərhadam, qaya çapmışam,
Yerdə gəzdiyimi göydə tapmışam.

Səmada yazıram bu sətirləri,
Görmürəm üzünü nə vaxtdan bəri.

Bir mayor yanımda gəlib oturdu,
Zənn etdim üzündən tökülən nurdu.

Dedim: Haralısan? Dedi: Masallı,
Söhbətimiz keçdi sorğu-suallı.

Ağzımı açdım ki, soruşam səni,
Ellin qabaqladı tezcənə məni.

Dedi: Qardaşımdı Bağır Bağırov.
Gözümdə ucaldı sanki bir Murov!

O keçən çağları yadıma saldım,
O əsir dağları yadıma saldım.

Düşmən tapdağında qalıb Kəlbəcər,
Biz keçən qeyrətdə olsaydıq əgər

Xalq özü verməzdi dağları əldən,
İqtidar xəcalət çəkməzmi eldən??

Qalxıb daşnakları qovmadıqca biz,
Dikələn burnunu ovmadıqca biz,

Gərək özümüzü sanmayaq kişi,
Qartalıq, getməyək qarğa yerişi.

Səmada dərd məni çəkdi dağlara.
Həsət qaldığımız göy yaylaqlara.

Bu qaçqın Şamili hərdən sal yada,
Yaranıb dərd çəksin insan dünyada...

Paris... Keçdi elmi kürd konfransı,
Ordan qayıdıram, sözün qısası.

Haqq, ədalət oldu sözümün canı,
Müdafiə elədim Azərbaucanı.

"Tolışon Sədo” nöm 17 (29), 11 may 2012-ci il
 

Категория: Талыш xəbərləri | Просмотров: 2944 | Добавил: admin | Рейтинг: 3.3/3
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus