Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Ноябрь » 13 » Cil kəndində evdə musiqi muzeyi
23:56
Cil kəndində evdə musiqi muzeyi
"Məndə hətta dövlət arxivində olmayan musiqi əsərləri də var. Rəsmiyyə Sadıqovanın "Qatar” muğamı da arxivdə yoxdur, silinib, amma məndə var. Bunu bu yaxınlarda rəhmətə gedən Rəsmiyyə xanıma sağlığında deyəndə, o, çox kövrəldi, göz yaşını saxlaya bilmədi”.

Hamının sosial problemlərdən, hökumət idarələrindəki saxtakarlıqlardan, özbaşınalıqlardan dad-haray etdiyi vaxtda öz dünyasını yaşayan, ayının, günün çox hissəsini maraqlı məşğuliyyətə həsr edənlər də az deyil. Belə maraqlı insanlardan biri də Lənkəran rayonunun Cil kəndində yaşayır.

Əhalisi 3 minə yaxın olan bu kənd isə Lənkəran şəhərindən 15-16 kilometr aralıda yerləşir. Biz bu kəndə kolleksiyaçı Əli Əkbərovun sorağı ilə getmişdik. Eşitmişdik ki, Əli Əkbərov musiqi müəllimidir, bu sahənin həvəskarı, tədqiqatçısıdır. Evində 1000-ə qədər qrammofon valı var. Bu vallar Azərbaycanın musiqisinin 100 illik tarixini əhatə edir.

Əli Əkbərovla yenicə tikilməkdə olan evində görüşdük. Taxta pilləkənlə yuxarı qalxıb qrammofon valların saxlandığı otağa daxil oluruq. Qrammofon valları həm rəfdə, həm də stolun üstündə düzülüb. Elə söhbətimizə də bu valların əldə edilməsindən başladıq.

"Valların əksəriyyətini çətinliklə əldə etmişəm. Bəzilərini, cibimdə vur-tut bir manatım və yaxud 10 manatım olubsa, axırıncı qəpiyinə qədər verib onu almışam. Bir çox sənətkarların evlərində olmuşam, onların arxivindən mənə hədiyyələr verilib. Hal-hazırda fondumda 1000-ə qədər val var. Azərbaycanın muğam dəsgahları, xalq mahnıları, təsniflər, bəstəkar mahnıları, operalar və dram teatrların tamaşaları bu vallarda öz əksini tapır”.

Onun deməsinə görə, qrammofon valları müxtəlif tarixi illərə məxsusdur. Hər bir val sanki Azərbaycan tarixinin bir parçası, həmin dövrün bir sədasıdır. Vallar gah çar Rusiyasını, gah repressiya dövrlərini yada salır. Hər bir səs sanki tarixə bir musiqili səyahətdir.

"1906-cı il Cabbar Qaryağdıoğlu, 1915-ci il Keçəçioğlu Məhəmməd, 1916-cı il Məşədi Məhəmməd, 30-cu illər Seyid Şuşinski, Xan Şuşinski, 47 və 60-cı illəri əhatə edən Bülbülün komplekt ifalarını, 50-ci illərdə Gülxar Həsənova, Əlövsət Sadıxov, Bəhrəm Mənsurov, Habil Əliyev, Rübaba Muradova, Hacıbaba Hüseynov, Arif Babayev və başqalarına məxsus nadir səsləri arxivimdə saxlayıram”.

Əli Əkbərovun 40 yaşı var. Ömrünün çoxunu bu valların toplanmasına həsr edib. O deyir ki, kasıb bir həyat yaşasa da, bu işlərin öhdəsindən gələ bilib. Bakıda təhsil aldığı illərdə bu sahədə tanınmış şəxslərin yanında olub. Kimsə onu qəbul etməyəndə günlərlə onların yaşadığı yerlərə ayaq döyüb. Bir çox valları da o vaxtlar əldə edib.

"Leyla Bədirbəyli ilə, Rübabə xanımla görüşdüyüm, Bəhram Mənsurovun, Fatma Mehrəliyevanın evində olduğum vaxtlarda, bunları bir-bir əldə etmişəm. 90-cı ildə Musiqili Komediya Teatrının yanmış, dağılmış divarları arasında mən qrammofon valları axtarıb taparaq çıxartmış, silib götürmüşəm və bu günkü günə qədər onları qoruyub saxlayıram”.

Onun sölərinə görə, Azərbaycanda qrammofon valların yeganə şəxsi arxivi onda var. O deyir ki, dövlət arxivlərində bu səslərin saxlanıb-saxlanmaması haqqında onda dəqiq məlumat yoxdur. Amma dəqiq bilir ki, onda olan səslərin bir çoxları Azərbaycan radiosunun "Qızıl Fond”undan silinib.

"Bu, şəxsi arxivdir. Onlarda Dövlət Arxividir. Eşitmişəm ki, radionun "Qızıl Fond”undan Yaqub Məmmədovun "Rast” muğamı silinib. Məndə isə onun "Rast” muğamı yazılmış val var. Təranə Vəlizadəninin və Eyvaz Həsənovun bütün duetləri radiodan silinib. Onların 1979-cu ildə tirajlanan qrammofon vallarının da bir çox nüsxəsi məndə var. Təranə xanımın şəxsən dilindən eşitmişəm ki, onların oxumaları radiodan silinib. Televiziyada görüntüləri də qalmayıb. Mən onları qoruyub saxlayıram. Rəsmiyyə Sadıqovanın "Qatar” muğamı da arxivdə yoxdur, silinib, amma məndə var. Mən onu saxlayıram. Bunu bu yaxınlarda rəhmətə gedən Rəsmiyyə xanıma sağlığında deyəndə, o, çox kövrəldi, göz yaşını saxlaya bilmədi”.

Əli Əkbərovun deməsinə görə, elə muğam ustaları, müğənnilər var ki, onların ifaları nə radiolarda nə də telvizyalarda səsləndirilmir. Onların bir çoxları dünyalarını dəyişib, sağ qalanlar da yada düşmür. Onun fikrincə, bayağı mahnılar baş alıb gedir. Bu mahnıların əvəzinə vaxtı ilə sevilə-sevilə dinlənilən sənətkarların mahnılarını vermək daha yaxşı olardı.

"Leyla Hüseynova, Nərminə Məmmədova, Töhfə Əliyeva, Fatma Mehrəliyeva, Mais Salmanov və başqa məşhur ifaçıların mahnıları uzun illərdir ki, nə radioda, nə da televiziyada səslənmir. Sadaladığım şəxslər haqqında isə arxivimdə xeyli vallar var.

Çoxdan bu işi əsas məşğuliyyətimə çevirmişəm. Göbələk kimi çoxalan, sayı bəlli olmayan oxuyanlar o qədər çoxalıb ki, dəyərli xanəndələr və müğənnilər görünməz olub”.

Əli Əkbərov deyir ki, qrammofon vasitəsi ilə müsiqi dinləmək istəyənlər ona tez-tez baş çəkir. Onun sözlərinə görə, bu məqsədlə qonşu kəndlərdən onun yanına gələnlər də var.

"Bu gün də o səsləri yenidən eşitmək arzusunda olanlar var. Gəlib bu yadigar səslərə qulaq asırlar. Kəndə klassik sənətkarları tanıyan və sevənlər az deyil. Bir epizodu da xatırlamaq istəyirəm. 1991-ci ildə Tağıyev Teatrının yanında durub Fatma Mehrəliyevanı soraqlamışam. Teatrın işçisi məndən soruşdu ki, Fatma Mehrəliyeva bəyəm sağdır? Mən ona bildirəndə ki, ağsaqqal, Fatma Mehrəliyeva sağdır, hazırda İçəri Şəhərdə yaşayır, bəziləri buna təəccüb etdilər. Lakin çətinliklə də olsa, onu tapdım. Darısqal qapısını açdım, qocaman müğənnini, Üzeyir bəyin yadigarı, Azərbaycanın əvəzolunmaz sənətkarı Fatma Mehrəliyeva ilə görüşə bildim”.

Əli Əkbərovun min əziyyətlə topladığı vallar xalqımızın milli sərvətidir. Bu sərvəti qorumalı və gələcək nəsillərə yadigar qoymalıyıq. Bunu biz etməsək, qorxasan, illər keçə, nə vaxtsa, uzun zamanlardan sonra bu valların sorağı da başqa milli qaynaqlarımız kimi uzaq-uzaq ölkələrin muzeylərindən, sərgi salonlarından gələ. Özü də başqa adda, özgə biçimdə.

Xalqını, millətini, sərvətini və nəhayət, dövlətini sevən hər bir azərbaycanlı, xüsusilə, əlaqədar təşkilatlar və dəyərli iş adamları bu barədə düşünməli, Əli Əkbərova dəstək olmalıdırlar!

Zahir Əmənov
 

Категория: Талыш xəbərləri | Просмотров: 2063 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 1
1 Сабарз  
1
Bu cinayətkar rejim həmin Cil kəndində qədim Sexəlifə ocağından qiymətli tarixi abidələri oğurlayıb məhv etdi. Əli qardaşımızdan xahişim budur ki, val kolleksiyasını güclü mühafizə etsin. Nə qədər ki xalqımız bu tayfanın əsarətindədir, tariximizi əks etdirən bu cür qiymətli dəyərlər həmişə təhdid altında olacaqdir.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus