Cənubi Sudan bir neçə on illik mübarizədən sonra müstəqil dövlətə çevrilir. Bu ilin yanvarında keçirilən referendumda əhalinin mütləq əksəriyyəti Cənubi Sudanın müstəqilliyinə səs verib.
Yeni dövlətin paytaxtı Cubada ölkənin müstəqilliyini elan etməsi ilə əlaqədar bayram tədbirləri başlayıb.
Ölkə böyük neft ehtiyatlarına malikdir, lakin planetin ən az inkişaf etmiş nöqtələrindən biridir.
Üstəlik şimal qonşusu Sudanla münaqişələrin yaranması potensialı hələ kifayət qədər yükəkdir. Baqmayaraq ki, Xartum Cənubi Sudanın müstəqilliyini rəsmən tanıyıb. Sudan hakimiyyəti bəyan edib ki, yeni dövlətin vətəndaşları Sudan vətəndaşlığından çıxırlar.
İki ölkə gələcəkdə sərhədlərlə bağlı razılığa gəlməlidirlər. Eyni zamanda, son həftələr ərzində iki ölkənin sərhəd rayonlarında zorakılığın artdığı müşahidə olunur.