Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2015 » Январь » 26 » Cəmil Həsənli Talış Xanlığından yazdı
01:29
Cəmil Həsənli Talış Xanlığından yazdı

Tarix elmləri doktoru, professor Cəmil Həsənli tarix dərsliklərinin müəllifi olan alimləri tariximizi təhrif etməkdə ittiham edib. Suallarla dolu yazıda Azərbaycan tarixinin təhrif olunma səbəbləri soruşulmaqla yanaşı, təhrif olunan məqamlara da aydınlıq gətirilib.  Cəmil Həsənlinin şəxsi “facebook” səhifəsindən paylaşdığı yazını təqdim edirik.

Bu gün axşam evə yorğun qayıtmışdım. 5-ci sinifdə oxuyan nəvəm İbrahim xahiş etdi ki, tarix dərsini mənə danışsın. Etiraz etmədim. Danışacağı dərs “Azərbaycanın parçalanması” paraqrafı idi. Əvvəlcə, ona bir neçə sual verdim. İlk sualım Azərbaycan xanlıqları haqqında oldu. İnsafən, bir xanlıq istisna olmaqla, Şimali Azərbaycanda müstəqil dövlət qurumları kimi fəaliyyət göstərmiş bütün xanlıqların adını çəkdi. Mən ona sadaladığı xanlıqların içərisində Talış xanlığının da olduğunu xatırlatdım. Lakin İbrahim dedi ki, baba bu xanlıq haqqında onun tarix kitabında heç nə yoxdur.

Öz içimdə İbrahimi diqqətsizlikdə qınayıb, Yaqub Mahmudov, Hafiz Cabbarov və Leyla Hüseynova tərəfindən yazılmış “Azərbaycan tarixi. Ata yurdu” adlı ümumtəhsil məktəblərinin 5-ci sinifi üçün yazılmış dərsliyə müraciət etdim. Doğrudan da gördüm ki, onun öyrəndiyi “Azərbaycanın parçalanması” paraqrafında Şimali Azərbaycan xanlıqlarının demək olar ki, hamısının adı keçsə də, Talış xanlığı haqqında bir kəlmə də yoxdur. Məsələn, Gülüstan müqaviləsi ilə bağlı müəlliflər yazırlar ki,”Naxçıvan və İrəvan xanlıqlarından, Ordubad mahalından başqa, Araz çayından şimaldakı bütün Azərbaycan torpaqları Rusiya imperiyası tərəfindən işğal edildi”. Yaxşı, Talış xanlığı Araz çayından və həmin çay Kürə qovuşduqdan sonra Kür çayından şimalda yerləşmir. Bəs, Gülüstan müqaviləsinə görə hazırda vətənimizin bir hissəsi olan bu xanlığın taleyi necə oldu?

Maraqlıdır, eyni yanaşma Türkmənçay müqaviləsi haqqında verilən məlumatda da təkrar olunmuşdur. 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsilə bağlı dərsliyin 110-cu səhifəsində qeyd edilir ki, bu müqavilə ilə “Naxçıvan və İrəvan xanlıqları da Rusiyanın əsarətinə düşdü. Ölkəmizin və xalqımızın parçalanması rəsmiləşdirildi. Azərbaycanın Araz çayından şimaldakı bütün torpaqları Rusiya tərəfindən işğal olundu”. Yenə sual olunur: Bəs Talış xanlığı harada qaldı? Bu xanlığın əraziləri İranın tərkibində qaldı, yoxsa Rusiya tərəfindən işğal olunmuş torpaqlara qatıldı? Lənkəran, Masallı, Astara, Yardımlı, Lerik və Muğan rayonlarının 5-ci sinif şagirdləri onların “Ata yurdu” hesab edilən torpaqların bu sülh müqavilələrinə görə İranda qalması barədə nəticə çıxarmalıdır. Çünki dərslik şagirdə öyrədir ki, “Azərbaycanın Araz çayından şimaldakı bütün torpaqları Rusiya tərəfindən işğal olundu”. Mən başa düşə bilmirəm, Gülüstan müqaviləsindən söhbət gedirsə, burada Kür çayından cənubda yerləşən Talış xanlığının və ona məxsus ərazilərin də Rusiya imperiyasının tərkibinə keçdiyini göstərməyin müəlliflər üçün çətinliyi nədədir?

Arazdan şimalda yerləşən Şəki, Qarabağ, Gəncə, Şirvan, Quba, Bakı, Naxçıvan və İrəvan xanlıqlarının əraziləri kimi, su qovşağından cənubda yerləşən Talış xanlığının əraziləri də tarixi və hazırkı vətənimizin, müəlliflərin tez-tez təkrarladıqları “Ata yurdu”muzun bir guşəsidir. Dərsliyin xanlıqlarla bağlı əvvəlki paraqraflarına diqqət yetirəndə gördüm ki, bu xanlığın ərazilərinə müəlliflərin şagirdlərə təlqin etdikləri “Ata yurdu”un hüdudlarında yer yoxdur. Məsələn, dərsliyin “İlk müstəqil Azərbaycan xanlıqları” adlı 26-cı paraqrafı bütövlükdə Şəki xanlığından və Çələbi xanın qəhrəmanlığından, “Şuşa qalası” adlı 27-ci paraqrafı Qarabağ xanlığının taleyindən və Pənahəli xanın igidliyindən, “İrəvan xanlığı” adlı 28-ci paraqrafı bu xanlığın ərazilərində olan tarixi torpaqlarımızın taleyindən, “Gəncə niyə Yelzavetpol adlandı” adlı 29-cu paraqrafi isə qəhraman Cavad xanın rus ordularına qarşı dirənişindən bəhs edir. Digər xanlıqların (Şirvan, Naxçıvan, Bakı, Quba, Dərbənd) adları isə müxtəlif paraqraflarda tez-tez anılır.

Çox yaxşı. Bəs Talış xanlığının, bütün xanlar kimi, eyni dərəcədə öz yurduna bağlı olan və 28 il xanlıq taxtında oturmuş Mir Mustafa xanın adı niyə heç olmasa ötəri də olsa bir yerdə çəkilmir. Bu təsadüfdür, yoxsa müəlliflər məqsədli şəkildə bu xanlığın ərazilərini “Ata yurdu”n hüdudlarından çıxarıblar? Məsələn, Lənkəran məktəblərinin 5-ci sinfində oxuyan şagirdlər sevə-sevə Çələbi xanın, Cavad xanın, Pənahəli xanın igidliyindən xəbər tutduğu halda, “Ata yurdu” haqqında ilkin məlumatlar verən dərslikdə niyə Talış xanlığının heç olmasa adın eşitməməlidir? Yoxsa, müəlliflərin cızdığı “Ata yurdu” xəritəsində bu xanlığın torpaqlarına yer yoxdur? Bəlkə, bu şagirdlərin öz babaları ilə fəxr etmək haqqı yoxdur?

Hər necə olursa-olsun, bunu etmək olmaz. Bizim bir vətənimiz var: Azərbaycan! Onun bütün guşəsi bizim üçün əzizdir. Bu məsələlərdə diqqətli olmaq lazımdır. Dərslikləri isə xırda hislərdən uzaq olan kamil müəlliflər yazmalıdır.

TALISH.ORG

Категория: Azərbaycan | Просмотров: 2962 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus