Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin təşviqat kampaniyası çərçivəsində maraqlı video rolik hazırlanıb.
"El”dən Elin namizədinə” adlanan təbliğat rolikində Azərbaycanda yaşayan xalqların nümayəndələri öz ana dillərində Cəmil Həsənliyə səs verməyə çağırırlar.
Təbliğat rolikində ardıcılıqla talış, ləzgi, tat, avar, inqiloy, rus və sonda Azərbaycan dilində Milli Şuranın namizədinə dəstək ifadə olunur.