Главная » 2011»Февраль»4 » Prezidentin əmisinin Azərbaycan məhkəmələrində uduzması qeyri-mümkündür
16:45
Prezidentin əmisinin Azərbaycan məhkəmələrində uduzması qeyri-mümkündür
Cəlal Əliyev şəriki Sədiyar Zeynalov barədə cinayət işi qaldırtdı
Bu gün 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində hakim Şərafət Məmmədovanın sədrliyi ilə prezident İ.Əliyevin əmisi Cəlal Əliyevin keçmiş şərikləri Sədiyar Zeynalov və sonuncunun ailə üzvlərinə qarşı iddialara baxılıb. Məhkəmə çəkişməsinə səbəb "Sahibtac”, "Azinvest Ko” və "Ayrza” müəssisələrinin əmlakıdır.
Belə ki, Cəlal Əliyev müəssisələrin ləğv olunmasını, dəyəri milyonlarla ölçülən əmlakının ona verilməsini, üstəlik 16 milyon nağd pul ödnilməsini tələb edib. Hakim C.Əliyevin iddialarını təmin edərək ,onun xeyrinə qətnamə çıxarıb. Bu qətnaməyə görə, S.Zeynalov və Şəhla Zeynalova Cəlal Əliyevə təxminən 23 milyondan bir az artıq pul ödəməlidirlər. Bu pul onların şəxsi əmlakları hesabına ödəniləcək. "Sahibtac” MMC ləğv ediləcək, "Sahibtac” və "Ayrza” MMC-nin (bu cəmiyyətdə C.Əliyevin rəmi payı ümumiyyətlə yoxdur) mülkiyyətində olan əmlaklar Cəlal Əliyevin mülkiyyətinə veriləcək. O cümlədən qətnaməyə əsasən Sədiyar Zeynalovun haqqında cinayət işi qaldırılıb.
Qeyd edək ki, məhkəmə Cəlal Əliyevin nümayəndələrindən birinin qaldırdığı vəsatət əsasında qapalı keçirilib. Jurnalistlər məhkəmə zalından çıxarılıb.