Bu gün Respublika Talış Mədəniyyət Mərkəzinin orqanı olan "Tolışi Sədo” qəzetin nəşr olunmasının 19 ili tamam olur. Məhz 1992-ci ilin 20 fevral tarixində "Tolışi Sədo” qəzeti Respublika Talış Mədəiyyət Mərkəzinin müstəqil qəzeti kimi oxucuların görüşünə gəlib.
Bu qəzet "Sabah” nəşriyytında kompyuterdə yığılıb, "Azərbaycan” nəşriyyatının mətbəəsində 8501 tirajla çap olunmuşdu. Qəzet Seyfulla Əsədullayevin redaktorluğu altında ilin sonuna qədər 12 nömrəsini oxucuların ixtiyarına qoya bilmişdi.
Sonralar bu qəzetə Əvəz Sadıqov, Fəxrəddin Abbasov (baş redaktor əvəzi) və Novruzəli Məmmədov müxtəlif vaxtlarda rəhbərlik etmişlər.
Novruzəli Məmmədovun vəfatından sonra bu vəzifə Hilal Məmmədova həvalə olunub və qəzet onun redaktorluğu altında son günlər 116-cı sayını çap etməklə 20 yaşına qədəm qoymuşdur. Növbəti ildə qəzetimizin yubleyini təntənəli surətdə qeyd ediləcəyinə ümid edirik.
Bu münasibətlə "Tolışı Sədo”nun yaradıcı heyətini və xalqımızı təbrik edir və hər oxucunu öz koməyini qəzetdən əsərgəməməyə çağırırıq.