Главная » 2012»Март»10 » Bu gün Novruzəli Məmmədovun anadan olmasının 70 illiyidir
13:52
Bu gün Novruzəli Məmmədovun anadan olmasının 70 illiyidir
Əziz həmvətənlər!
Bu gün Azərbaycan hakimiyyəti tərəfindən haqsız olaraq həbs edilmiş, min bir zülm və əzablara düçar edilərək zindanda şəhid olmuş AMEA-nın Dilçilik İnstitutunun "Roman və German dilləri sektorunun” müdiri, Respublika Talış Mədəniyyət Mərkəzinin rəhbəri, "Tolışi Sədo” qəzetinin baş redaktoru, xalqımızın görkəmli oğlu Novruzəli Məmmədovun 70 illik yubileyidir...
Nəzərinizə çatdırmaq istəyirik ki bu ilin mart ayının 22-də Astara rayonununda onun 70 illik yubileyinə həsr edilmiş elmi-bədii konfrans keçiriləcəkdir. Konfransda ölkənin bir sıra hüquq müdafiəçilərinin, jurnalistlərin, alimlərin və digər şəxslərin iştirakı nəzərdə tutulmuşdur...
Konfransla bağlı bütün materiallarınızı, təklif və suallarınızı prof. Novruzəli Məmmədovun Hüquqlarını Reabilitasiya Komitəsinə təqdim edə bilərsiniz...
Allah USTADIMIZI rəhmət, ruhunu şad etsin!
Hilal Məmmədov, Prof. Novruzəli Məmmədovun Hüquqlarını Reabilitasiya Komitəsinin sədri e-mail: hilalmamedov@yandex.ru, talishorg@gmail.com