Kasıb olsan, ətini də şişə çəkib yeyərlər...
Əssalamun - əleykum, ey Adəm övladları!
Bu ədalətsiz dünyanın gərdişinə baxıb belə qənaətə gəlirəm ki, nə edirsən, kim olursan ol, dəxi kasıb olma. Bir çox hallarda Allah da imkanlı varlını deyil, imkansız kasıbı cəzalandırır... Kasıba zülm edir...
Bu ədalətsizliyin sirri nədir ay canınıza daraşım?
Diqqət edin: iki doğma əmi oğlu, həm də quda: Bağırov Nadirşah uzun illər RF-da milisdə işləyib və ordan da təqaüdə çıxıb. Bağırov Mirasif isə dədə-babadan qalan köhnə daxmada yaşayır...
RF-da hazırda bizneslə məşğul olan Nadirşah o dərəcədə qudurub yolunu azıb ki, bir metr Mirasifin torpağına girərək üç metr hündürlükdə hasarını evinə yapışdırıb. Hələ insanlığa yaraşmayan digər naqis hərəkətlərindən bəhs etmirəm. Sirr deyil ki, bu ölkədə bütün cinayətlərin başında polisimiz dayanır...
Dəbdə olan və izi tapılmayan insan alveri, narkomaniya, heyvan oğurluğu, və s. cinayətlərin üstünə ev oğurluğunu da gəlib. İndi harınlamış şah Mirasifi və ailəsini evinin oğurlanmasında şərləyir, RF-dan Mirasifin Bakıda fəhlə işləyən kiçik oğlunu sifarişlə həbs etdirmək qərarına gəlib. Bu olayın dərin araşdırmaya ehtiyac olduğundan, bu mövzuya qayıdaram.
Yeddi ali təhsil diplomu alan Bağırov qardaşların hər biri barədə hüquqi araşdırma aparılsa, ortalıqda bir bacısının oxşamasını eşidərsiniz... Bu qardaşların can alverindən, hərbi bilet, veteran "knijkası", pensiya... və s. kimi çeşid-çeşid alverlərin üstünə, Urşan boyliyə qanunsuz satdığı "paybəlli " torpaqların qan ağlaması da əlavə olunub...
Əsası budur ki, kasıb Mirasif nədən yapışnasına savadı çatmadığından, qudası + əmoğlusu "Şahnadir" hələ çox oyunlar oynayar... Ən əsası isə "kasıbı - at belində böv vurar, kasıbın ölüsü də kasıb olar " - demiş aqillər.
Odur ki, KİM OLURSANSA OL, NƏ EDİRSƏNSƏ ET, BİRCƏ KASIB OLMA!
Ditdili PERO