Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2013 » Март » 27 » ...bizdə olan qeyrətə...
18:11
...bizdə olan qeyrətə...
(və ya "bumeranq fenomeni”)

21 mart 2013-cü il – Novruzun ilk günü səhər-səhər internet portallarında gözləmədiyim bir xəbərlə üzləşdim: - "Azərbaycanda "Tolışstoni sədo” radiosu fəaliyyətə başlayıb...” Sevindiyimdən inanın, bircə qanadlarım çatmadı uçmağa.

Özümü ələ alıb, komputerin "mışkasını” tələsik həmin xəbərin üstünə tuşladım. Radio açıldı və danışmağa başladı... Heyrətdən yerimdəcə donub qaldım. Bu nədir?.. Radio dalğası Azərbaycan Respublikasının işğal olunmuş Şuşa şəhərindən yayımlanırdı.(?!).

Ani yaranan sevincim qəfil alt-üst oldu, sanki başıma qaynar su tökdülər. Qeyri-müəyyən və narahat hisslər bütün varlığıma hakim kəsildi. Elə bil öz ana dilimlə mənə möhkəm bir şillə vurmuşdular. Xəcalətdən, vallah, yer aralansaydı girərdim ora.

İlahi, gör iş nə yerə çatıb ki, kimlərsə hansısa məqsədlər naminə, həya-abır bilmədən ən müqəddəs duyğularla oynamaqdan belə çəkinmirlər! Özü də haradan? - Vətənimin işğal olunmuş dilbər güşəsi Şuşa şəhərindən!

Özümü məcbur edib, axıracan dinlədim bu radionu. Diktorlar çətin anlaşılan, qəribə bir talış ləhcəsiylə danışırdılar; amma mahnılar və poeziya nümunələrinin əksəriyyəti şübhəsiz ki, "YouTube”-də yerləşdirilən Azərbaycan talışlarının milli yaradıcılıq nümunələrindən seçmələr idi!

Nigaran və şübhəli ehtimallar dinclik vermirdi mənə. "Tolışstoni sədo” radiosu niyə axı Şuşadan yayımlanmalıdır? Nə üçün mənim doğma ana dilim yağı düşmən tərəfindən səsləndirililməlidir?! Bu nə oyundur, niyyətləri nədir? Əslində, bu sualların cavabı bəlliydi.

"Kor kor, gör gör” idi! Yəni, hiyləgər və tədbirli erməni ideoloqları öz ənənəvi üslublarına rəğmən, Azərbaycanın kövrək stabilliyini pozmaq üçün zərbəni məhz həssas nöqtələrdən birinə yönəltmişdilər.

Əlbəttə, ağlı başında olan hər kəs başa düşür ki, işğal olunmuş Azərbaycan ərazisində talış dilində radio verilişlərinin yayımlanması ermənilərin heç də talışın milli-mədəni irsinə həyan durmasından, yaxud onların məşhur təndir ləvəngisinə, plovuna, uzunömürlülüyünə aşiq olmasından xəbər vermir. Əksinə, talışların yaralı nöqtələrinə toxunmaqla, onları qızışdırıb min illər qohumluq, dostluq ünsiyyətilə yaşamış, sevinci, kədəri bir olmuş türk qardaşları ilə üzbəüz qoymaq, bir-birindən rəncidə salmaq niyyəti güdür. Unutmayaq, onlar uzaqgörən və olduqca məkrli planlar qurmaq üzrə mahir ustadılar.

Ona görə də mən, həm talış kökənli insan kimi, həm Azəri – Talış Birliyinin sədri, ən əsası isə, məmləkətin ərazi bütövlüyünə, dövlətçiliyinə böyük hörmət və həssaslıqla yanaşan sadə bir Azərbaycan vətəndaşı kimi, Erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində talış və ya digər etniklərin dilində hər hansı radio - televiziya verilişlərinin yayımlanmasının xoş məramlı olmasına qətiyyən inanmıram, heç inanmaram da!

Mənim Şuşam Azərbaycanın ürəyi, onun mədəniyyətinin, musiqisinin və tarixinin beşiyidir. Ermənilər Şuşanı işğal edəndən sonra heç "uf” da demədən, bu qədim şəhərin muzeylərini, məscidlərini, tarixi abidələrini, eləcə də dini və milli-mədəniyyət nümunələrini yerlə-yeksan etdilər. Bu cür varvar münasibətdən sonra onların həmin şəhərdə talış dilində yayımlanan radio qovşağı açmalarına nə ad vermək olar? Əlbəttə, bu, Azərbaycanın daxilində etnik qarşıdurmaya hesablanmış və incə məkrlə həyata keçirilən provakasiyadan başqa bir şey deyil. Bunun özgə adı varmı?!

Bəli, bu radionun məhz Şuşa şəhərindən yayımlanmasının səbəbləri ilk baxışda göründüyündən daha qəlizdir! Onun efirə çıxması, talış dilində laylalar, mahnı və müsiqilər səsləndirməsi sadə, statistik talışın birbaşa təhtəlşüuruna yönəli psixoloji təxribatdır. Yəni,: "bax, Azərbaycanda sənin ana dilinə zaman-zaman yasaqlar qoyurlar, biz isə öz doğma dilində sənə ürəyin və ruhun istəyən çeşidli proqramlar ərməğan edirik. Buyur, dinlə, feyziyab ol!..”

Zənnimcə, dilini xalqının ruhu sayaraq onu dəlicəsinə sevən insanların arzularının qəsbinə hesablanmış bu sayaq təbliğat, qeyd elədiyim statistik orta talışı mövcud durumdan incik salıb separatçılığa meyilləndirmək və onun ürəyinə nifrət toxumu səpmək üçün yetərlidir... Bax, təhlükəlisi budur!

14 dekabr 2012-ci il tarixdə biz, Azəri – Talış İctimai Birliyi olaraq, Lənkəran şəhərində fəaliyyət göstərən CTV-də (Azərbaycan dili ilə yanaşı), talış dilində də radio və televiziya proqramlarının yayımlanması ilə bağlı ölkə Prezidenti İlham Əliyevə, eləcə də Milli Televiziya və Radio Yayımları Şurasının sədri Nuşirəvan Məhərrəmliyə müraciət ünvanladıq. Əsaslandırdıq ki, Lənkəran regional TV-də talış dilində bir neçə saatlıq verilişlərin yayımlanması məqsədəuyğundur və bu addım atılacağı təqdirdə, yerli əhali tərəfindən böyük rəğbətlə qarşılanacaq. Bu vacib məsələnin həlli üçün biz təmənnasız olaraq, istənilən yaradıcılıq (habelə, texniki və maliyə) köməkliyimizi belə əsirgəmərik.

Müraciətimizdən 4 aya yaxn müddət keçməsinə baxmayaraq, indiyə kimi bizə heç bir rəsmi və ya qeyri-rəsmi cavab verilməmişdir. Yalnız arada, öz təkidli səylərimiz nəticəsində, Prezident Administrasiyası "milli-azlıqlarla bağlı iş” şöbəsinin müdiri Müzəffər Talıblı adlı özündən müştəbeh bir məmurla telefon əlaqəsi qurmağa nail olduq.

Məlum məzmunlu məktubla bağlı zəng etdiyimizi eşidən kimi o,: - "Talışlar nə istəyirlər axı? – deyə çəmkirdi. Onlara MM-də 5-10 dənə yer vermişik də.(?!) Bir də onlara öz xarabalarında talış dilində danışmağa kim mane olur ki? Nə qədər istəyirlər danışsınlar, oxuyub-oynasınlar, özləri üçün... Qaldı radio və televiziyaya, biz bunları talışlara vermərik! Talışlara versək, onda gərək ləzgilərə də, kürdlərə də, tatlara da verək”.

Bu da cavab! Vəssalam! Məncə, izaha-şərhə ehtiyac yoxdur.

Dedik ki, ay müəllim, axı ləzgi də, kürd də, tat da, avar da eyni ilə azəri türkləri kimi, bu ölkənin övladları, vətəndaşlarıdır. Onlar gündə bir neçə saat ana dillərində proqramlar dinləsələr, verilişlərə baxsalar nə olar, dünya qara geyər? Bildiririk ki, ay hörmətli cənab dövlət məmuru, sabah bizimlə düşmən münasibətində olan başıbatmış dövlət bu boşluqlardan əleyhimizə istifadə edəcək, - göz görə-görə biz niyə buna rəvac verməliyik axı?!

Vəzifə məsuliyyətini dərk etməyən, yerlibazlıq prinsiplərilə məsul dövlət kürsüsünə yiyələnən və milli azlıq anlayışını "milli azğınlıq”la eyniləşdirən həmin məmur müəllim (və ya cənab) verdiyimiz suallardan təbii ki, yaman qeyzləndi! Biz isə məktubumuza rəsmi olaraq cavab vermələrini tələb edib telefonu qapatdıq. Lakin bu günə kimi də cavab gözləyə-gözləyə, necə deyərlər, gözümüzün kökü sarala-sarala qalıb...

Bu da nəticə! Özü də əvvəlcədən asanlıqla proqnozlaşdırılan nəticə, - səriştəsizliyin, psevdo vətənpərvərliyin, məmur səviyysizliyinin və ciddi problemlərə məsuliyyətsiz yanaşmanın acı nəticəsi!

Ermənilər Şuşadan "Tolışstoni sədo” radiosunu yayımladı!


Burada kiçik bir haşiyə çıxmağa məcburam. Biz dəfələrlə bildirmişik, bəyan etmişik ki, ay hörmətli-izzətli iqtidar cənabları! Azərbaycanın cənub hissəsində yüz minlərlə talış kökənli Azərbaycan vətəndaşı yaşayır və onların tam əksəriyyəti özlərini bu məmləkətin bərabərhüquqlu üzvü hesab edib bundan fəxarət duyurlar. Onlar Vətən üçün, ölkənin dövlətçiliyi, ərazi bütövlüyü üçün nə mümkünsə, canla-başla ediblər və edirlər də! Amma səmimi ünsiyyət birtərəfli yox, ikitərəfli YOL prinsipilə yaranır. Həmişə almaq olmaz. Sən arada aldığının müqabilində, heç olmasa bircə zərrə də olsa verməlisən. Verməlisən ki, dübarə, yenə də ala biləsən.

Qarşıda isə növbəti Prezident seçkiləri gəlir. Nəzərə alsaq ki, talışların özü istəməsə heç kimin ONDAN ala bilməyəcəyi və yalnız ONA məxsus olan... SƏSLƏRİ var və bu səslərin sahibləri ölkədə demokratik dəyişiklər həsrətində, hamının və hər kəsin hüququnu qoruyacaq bir hakimiyyət arzusundadırlar. Ancaq ortada qeyri-müəyyən, daha doğrusu qeyri-adekvat münasibətlər sistemi də mövcuddur. Özü də bu " munasibətlər sistemi” əsasən cavabını gözləyən saysız-hesabsız suallardan ibarətdir. Və bu suallardan bəlkə də ən əsası budur: Niyə, nə səbəbə və hansı mənəvi, hüquqi əsasla bizlərə - biz talışlara ikinci "sort” etnos kimi baxılmalıdır?!

Biz fəryad qoparırıq, müraciət, xahiş, tələb edirik ki, məmurlar tərəfindən insanların, o cümlədən milli azlıqların Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş hüquqlarına yönəli etinasızlıqlara son qoyulsun. Biz rica, təvəqqe edib demişik və dediklərimizi dəfələrlə ictimai rəyə gətirmişik ki, talışların kompakt yaşadıqları regionda fəaliyyət göstərən TV və Radio kanalları talış dilində də verilişlər yayımlasın. Bunu sadə məntiq deyir, bunu ölkə Konstitusiyası, milli azlıqlarla bağlı Prezident Fərmanı deyir (AR Prezidenti Əbülfəz Elçibəy, Bakı, 1992-ci il). Nəhayət bunu qoşulduğumuz, öhdəlik götürdüyümüz, imza atdığımız sayı-hesabı bilinməyən beynəlxalq konvensiyalar, sazişlər, müqavilələr, xartiyalar və s. və i. a. deyir.

Qəribədir. Erməni siyasi texnoloqları yığışır, düşünüb-daşınır, müzakirə edir, qarşı tərəfin zəif-güclü nöqtələrini arayıb tapır və nəticədə zərbəni məhz həmin istiqamətə tuşlayır. Ən başlıcası isə, nəyi müzakirə etdiklərini və nə edəcəklərini bilirlər.

Təbii ki, bizimkilər də, yəni bizim siyasi texnoloqlar da yığışır, düşünüb-daşınır, müzakirələr keçirirlər. Ancaq təəssüflər ki, nəyi müzakirə etdiklərinin fərqinə varmır və nəinki zərbə vurmağı, hətta zərbədən yayınmaq yollarını belə hesablaya bilmirlər. Yaxud istəmirlər.

Erməni dəyirmanına su tökməyin buynuzu olmur ki!


Hakimiyyətin düçar olduğumuz mövcud problemlərə barmaqarası baxmaq xəstəliyi artıq xroniki-klinik xarakter alıbdır. İstər demokratik, şəffaf, ədalətli seçki məsələləri olsun, istər insan hüquq və azadlıqları, eləcə də xalq-hakimiyyət və iqtidar-muxalifət münasibətləri, istərsə etnik azlıqlara yanaşma prinsipləri, istərsə də milli-mənəvi-dini dəyərlər sisteminə baxış bucağı olsun.

Ölkə üçün taleyüklü bu amillərə nümayişkaranə sayğısızlıq sərgilənməsi və "qoy mən sağ olum, özgələr ilə nədi karim” yanaşması heç şübhəsiz ki, son nəticədə bumeranq fenomenilə qarşılaşar. Bu qaçılmaz, mütləq və şəksizdir.

Şuşadan talış dilində danışan radionu da dediklərimizi təsdiqləyən kiçik bir sübut kimi dəyərləndirmək olar. Belə getsə, onda az sonra ermənilərin, işğal altında olan ərazilərdən "Talışların sədası”, Tatların əks-sədası”, "Ləzgilərin səsi”, "Kürdlərin nəfəsi” və s. kimi müxtəlif ağırçaplı televiziya proqramları ilə bizləri təbliğat atəşinə tutmaları gərək heç kəsi təəccübləndirməsin...
Bumeranqın "təbiəti” belədir, neynəmək olar?..


Mehdibəy SƏFƏROV,
Azəri – Talış İctimai Birliyinin sədri
27. 03. 2013


Категория: Azərbaycan | Просмотров: 2098 | Добавил: admin | Рейтинг: 6.5/2
Всего комментариев: 4
4 Caesaro  
1
Əzizimiz Mehdibəy Səfərov hadisənin  gözəl adını tapıb -BUMERANQ. Bumeranq  silahdır  və qayıtmaq xüsusiyyətinə malikdir. Biz, talışların indi də gələcəkdə də Bumeranq kimi bizə qarşı olanları qaytarmalıyıq. Pisliyi də, yamanlığı da, yaxşılığı, hürməti də. Mehdibəy qardaşımızı dəstəkləməyə çağırır, ona hər cür kömək və belə ağır vəziyyətdə dayaq olmağa hamını dəvət edirəm. Heç yerdən, nahaq nə ondan, nə də heç bir talış mücahidini xainlikdə və antitalış fəaliyyətdə boş-boş günahlandırmamalıyıq, biz yumruq kimi sıx millət olmuşuq, bundan sonra da xasiyyətimizi dəyişməyək. O ki qaldı daxilimizdə düşmən və bədxah axtarmağa, Elman Quliyev kimiləri, rejimə nökərlik edənləri  hamınız yaxşı tanıyırsız və ünvanları çaşbaş salmamağı bacarırsınız.

3 Caesaro  
1
Hər şey, zənnicə yaxşı yazılıb. Bir balaca vətənçüvənlik də artırmaq olardı. Dğvləti çox da doğma, yaxın, əziz adlandırmaq lazım deyil, buna nə Pan-türkist ünsürlər inanacaq, nə də öz talışlarımız. Pan-türkist faşistləri çox gözəl bilirlər ki, onların marionet dövləti köklü xalqların ərazilərini işğal edib və onlarla birgə dövlət yaratmayıb. Hamı həm agent Elçibəyin, həm onun patronu H.Əliyevin, həm patronun varisi İ.Əliyevin "Azərbaycan Türk dövlətidi!" utanmaz ifadələrini eşidib. Əlbəttə, onlarla bir az qoz-qoz oynamaq da olar, ammma, fikrimcə xeyri olmaz. Rəhmətlik N.Məmmədov  da amlayırdı ki, İran da, Ermənistan da Talış millətinin tərəfini saxlayırlar və saxlayacaqlar. Bu onlardan heç asılı da deyil, bu onlar üçün mütləq şərtdir, və faşist rejimini başqa cürə diz üstündə oturtmaq olmaz. Mən inanmıram ki, Talış adı olan bir təşkilat mövcud azğın iqtidarın ya da onun qədər nasist müxalifətin xoşuna gəlir. Xeyr, onlar talışları yer üzündən silmək məqsədini güdürlər, dünya ictimaiyyətin gözünə hərdən qum atsalar da, öz niyyətlərini gizlətmək üçün hərdən yalandan talışların mövcudluğunu tanısalar da, biz əsl həqiqəti danışmalıyıq və heç də utanmamalıyıq. Bizim haqqımızdır bu dövləti yerinə oturdaq və borcunu gözündən çıxardaq. Odur ki, DQR-dən "Tolışistoni sədo" da , "Tolışi nəfəs" də, "Tolışi vanq", "Tolışi TV" də  gəlsin, biz güclə bizə 1936-dan düşmən kəsilən Azərbaycan dövlətini dost edə bilmərik. Güclə sevgi olmaz. Amma güclə erməniləri də niyə düşmənimizə çevirməliyik? Daha işimiz-gücümüz qurtarıb, bir düşmənimiz azlıq edir, yox, gərək ikinci düşmən (dövlətimiz=-ordumuz olmaya-olmaya) özümüz üçün qazanaq? Biz aktyorluq etməməliyik, bizi sevməyənlərin qulağını eşq-məhəbbət oxumaqla çirk eləməməliyik. Nə vaxt Azərbaycan "Azəri-Talış" kimi məfkürəyə sahib olsa, pan-türkçülük faşizminin daşını atsa, onda talışlar da dostluqdan danışa bilərlər, o da ünvanlarına əməldə hörmət və sayğı görsələr. Nə qədər bu yoxdur, bizim dostlarımız xalqın içində bizi istəyənlər ola bilər, biz də onların xətrini daha artıq istəyiriq, amma onların heç birisi Azərbaycan dövlətinin təmsilçisi və rəsmisi deyil.

2 ERAZ  
1
Я не сомневаюсь что вы талыш и председатель не утвержденной организации ,,Азери-Талыш Бирлийи,,  Ничего удивительного, что вас не утверждают: вас даже оскорбляют,по телефону грубят,вы сами подтверждаете что вас оценивают вторым сортом!!!
  Я удивляюсь тому что, при таких нечеловеческих отношениях к талышам вы с пафосом говорите о дружбе, братстве и т. д. Такая манера свойственна сексотам! Зачем она вам?!
Помечтайте про Карабах, про ...                     Развивается Арцах!!!
   БОГ ВСЕВЕДУЩ- знает все!!!

1 Сабарз  
1
Меһдибәј, гардашым, утопијаја гапылма, реаллыға дүзҝүн гијмәт вер. Бу игтидар тәкҹә талышлара јох, бүтүн Азәрбајҹан халгынына гәним кәсиләнләрдән ибарәтдир. Онларла "ләләма- кәләма" стилиндә данышмаг вә ја "сичан - пишик" ојунуну ојнамаг өзүнү алдатмаг, вахты бош јерә сәрф етмәк вә халгда јанлыш үмид јери јаратмагдыр. Өлкәнин али иҹраедиҹи органынын сәлаһијјәтли мәмуру Конститусијаны ајаг алтына атараг рәсми мүраҹиәтинизә јазылы ҹаваб вермәк әвәзинә күчә ушагларынын дили илә сизлә данышыр, сизсә халгы вәтәндаш итаәтсизлијинә чағырмаг әвәзинә бу дөвләтин мөвгејинин вә идеолоҝијасынын мүдафиәчиси кими чыхыш едирсиниз. Мән там әминликлә дејә биләрәм ки, сизин бу мөвгедән даһа бир нечә чыхышыныз Азәр - талыш бирлијинә ЈАР-ын һәндәвәриндә фырланыб сүр-сүмүк белә ҝөрмәјән шәхсијјәтсиз адамларын ахынына, беләликлә бу бирлијин игтидарын ҹиб тәшкилатларындан биринә чеврилмәсинә ҝәтириб чыхараҹагдыр.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus