Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2011 » Ноябрь » 5 » Biz prezidentimizi sevirik
01:59
Biz prezidentimizi sevirik
Mən xalqımı və Vətənimi çox sevirəm. Ölkəmin dünyanın inkişaf etmiş ölkələri sırasında qərarlaşmasını istəyirəm. Bu ölkənin hakimiyyəti də mənim üçün əzizdir. Hakimiyyətdə təmsil olunan insanların elitarlığına, xalqa və millətə sədaqətinə də əmin olmaq arzusundayam. İstəyirəm ki, Vətənimdə insan haqları pozulmasın, qanunlar hər yerdə hakim olsun, ölkədə insan ali varlıq sayılsın, xoş güzəranı da, pis güzəranı də bərabər paylaşaq, Vətən ana qədər sevilsin, yalnız ona və yenə də ona pərəstiş edilib şərəfinə heykəllər ucaldılsın. Necə ki, türklər, amerikalılar, fransızlar, almanlar və b. xalqlar, eləcə də azərbaycanlılar – türklər, talışlar, ləzgilər, avarlar, yəhudilər qürur duysunlar ki, belə qüdrətli ölkələri, dövlətləri və hakimiyyətləri var.
       
Bir vaxt bəziləri deyirdilər ki, öz diktatorlarımız bizə, xarici demokratlardan əzizdir. Bu, vətənpərvərliyin hardasa başa düşülən frazalarından olsa da, məcazi mənası anlaşılan idi. Lakin, milli diktatorlar də Vətən və vətəndaşlarını gərək eyni sevgi-məhəbbətlə sevsinlər, haqlarını tapdalamasınlar, aldatmasınlar, hakimiyyəti seçki yolu ilə ötürməyi bacarsınlar, saxtakarlığa yol verməsinlər və bir sözlə xalqlarına vətənpərvərlik hissi aşılasınlar (Hərçənd bu diktaturalara xas olan keyfiyyət deyil).
       
Son dövrlərdə Prezidentimiz İlhan Əliyev barəsində xarici mətbuat səhifələrində təhqiramiz yazı və materiallar dərc olunur. Məs: ABŞ Dövlət Departamenti bəyanat yayır ki, Azərbaycanda seçki yoluyla hakimiyyətin dəyişdirilməsi qeyri-mümkündür, bu ölkədə iqtisadiyyatın 60 faizi kölgə iqtisadiyyatından ibarətdir, Azərbaycan insan hüquqlarının ən çox pozulduğu avtokratik idarəetmə üsulu olan ölkədir. İlhan Əliyev Dübayda 12 yaşlı oğlunun və ondan 3-4 yaş böyük qızının adına 75 milyonluq villalar alıb, avtoritar rejim yaradıb, köklü xalqların hüquqlarını vecinə almır, iqtidar oliqarxları korrupsiyalaşıb, ölkə iqtisadiyyatı məmur monopolistlərin əsirindədir və s. və i.a.
       
Daxili "düşmənlər”, daha dəqiqi bu cinayətləri dilə gətirənlər isə, yazirlar ki, guya Prezidentimiz seçkiləri saxtalaşdırır, Qarabağ münaqişəsinin həllini həmişəlik dondurub, hakimiyyəti qohumluq prinsipləri əsasında formalaşdırır, neft gəlirlərini oğurlayır və s. və i. a.
       
Belə yazılar dünyanın ən aparıcı mətbuat orqanlarında: ABŞ-ın "The Washington Post”, İngiltərənin ”The Daily Mail”, "The Gardian”, İsveçrənin "Le Matin” və başqa qəzetlərində də çap olunur. Ən pisi də odur ki, nə Prezidentimiz, nə də onun yaxın oliqarxları belə təhqiramiz yazılara cavab vermirlər. Düzdür "daxili düşmənlərə” 10-15 dəfə artığı ilə cavab verilir, onlar iş yerlərindən məhrum edilir, türmələrə atılır, polis dubinkalarına tuş gətirilir, hətta qohum-əqrabaları da əzilir. Xarici düşmənlərə isə münasibət belə deyil. "Yeni Azərbaycan” qəzeti ABŞ-da insan haqlarının pozulmasıyla bağlı yazılar verir. Amma, o qəzetlər "Bizim yol”, "Nota”, "Azadlıq”, "Yeni Müsavat”, "Xural” qəzetləri deyil ki, müxbirlərini döydürəsən, maliyyə imkanlarını məhdudlaşdırasan, məhkəmələrlə cərimələndirəsən. İstəsən lap həbsə də atasan. Bunlar milyon tirajlarla buraxılan və bütün dünyada oxunan qəzetlərdir, özü də qiymətləri də baha deyil ki, bizim oxucular kimi almağa imkan tapmayasan.
       
"Yeni Azərbaycan” qəzeti 7-8 min tirajla ancaq YAP üzvləri arasında yayımlanır, özü də məcburi. Yarısı alıb oxumayanlardır. Deməli Prezidentimiz o məşhur qəzetlərlə dünyada, ABŞ isə "Yeni Azərbaycanla” 7-8 minlik YAP üzvləri arasında təhqirlərə məruz qoyulur. Bu böyük təzadı aradan qaldırmaq gərəkdir və bu işə əvvəl prezidüntimizin özü və vəzifələrdəki əqrabaları, (vəzifədə olmayanları yoxdur, bir ordu kimidirlər), sonra isə bütün xalqımız start verməlidir. Əvvəla, sübut etməliyik ki, seçkilər saxtalaşdırılmayanda deputatlarımız özlərini parlamentdə sərbəst və sadiq apara bilmirlər ya da ölkədə onlardan savadlı, onlardan ağıllıları yoxdur ki, milləti layiqincə təmsil edə bilsinlər, müxbirlərimiz döyülməyəndə qələmləri ağını çıxarır, hakimiyyətə qohum-əqrəbanı yığmayanda inciyib düşmənə çevrilirlər. Bir sozlə bu bizim milli mentalitemizdir və bu milli- mənəvi dəyərlərə vətən övladı kimi sadiq qalmalıyıq. Ola bilməz axı Qusardan bir avar, Xızıdan bir dağlı, Lənkərandan bir talış deputat seçilsin. Bəs onda ev-eşiklərindən, yurd- yuvalarından, var-dövlətlərindən məhrum olmuş qaçqınlarımız necə olsun? Onları təkcə işıq pulundan, qaz pulundan, ömürlük yardımlardan, uşaqlarını universitetlərə müsabiqələrdən, pullu səhiyyə xidmətlərindən azad etməklə iş düzəlmir axı. Həm də yaddan çıxarmaq olmaz ki, onlar "Ümummilli liderimizin” həmyerliləridirlər. Məməyeyənindən pəpəyeyəninə kimi də hamısı savadlı, bilikli, bacarıqlıdırlar. Bu boyda potensialdan istifadə etməmək olar? Ölkəni, milləti, xalqı da təmsillərinə söz ola bilməz. Belə olan halda deputatlarımız niyə onlardan yox, talışlardan, ləzgilərdən, avarlardan, tatlardan, yaxud da yəhudilərdən olmalıdır. Bu bizim milli mentalitetimizin əsas qayəsi və anoloqu olmayan inkişafımızın dağılmaz sistemidir. Rəhmətlik ümummilli liderimiz bu sistemi yaratmaq üçün nə qədər əzab-əziyyətlər çəkmişdi. İndi dağıdaqmı bu möhtəşəm sistemi? Xaricilər hardan bilir mentalitet nədir. Əgər bilsəydilər prezitentimizi biyabır edib dünyanı əleyhimizə qaldırmazdılar.
       
Prezidentimizin bu deyilənlərin heç birinə layiq olmadığını bilsək də təəccüb də edirik ki, görəsən onlara - böhtan sahiblərinə niyə layiqli cavab vermir? Axı bu təkcə Prezidentin yox, həm də onun ölkəsinin hər bir vətəndaşının, hər bir millətinin təhqir edilməsi deməkdir. Mən görmüşəm ki, bir türk, fransız, amerikalı prezidentlərinin bu dərəcədə təhqir edilməsinə, prezidentləri isə şəxsiyyətlərinin alçaldılmalarına dözmürlər. O dəqiqə inzibati orqanlar işə qarışır, məhkəmə iddiaları və ən azından üzr istəmələrə, təzminatlara, cərimələrə, hətta həbslərə gətirib çıxarar. Prezidentimiz də belə etsə həm təzminat və cərimələrdən yaxşı pul qazanarıq, həm də mentalitetimizin mahiyyətini bütün dünyaya sübut etmiş olarıq. İraqda ABŞ prezidenti Buşa tərəf ayaqqabı tullayan jurnalist doqquz ay həbsdə yatmadımı. Bu da nümunə.
       
Ancaq nədənsə bizdə hələ ki, belə deyil, Prezident susur, vətəndaşları isə günahkarmışlar kimi başlarını aşağı salıb ayaqqabılarına baxırlar. Sanki, deyilənlər həqiqətmiş, biz rüşvətxorlar ölkəsiymişik, Prezidentimiz xalq malını oğurlayanmış, Dübay villaları düz imiş, iqtisadiyyatımız bərbadmış, rüşvət həyat normamız, monopoliya məsləkimizmiş, ailə-klan hakimiyyətində yaşayırmışıq. Onda belə çıxır ki, biz heç qəhrəman millət də deyilmişik, heç Koroğlu, Babək, Cavanşir nəslindən də deyilmişik. Bəs onda biz 9 milyonluq insan kütləsi kimlər imiş görəsən? Axı televiziyalarımız hər gün qürurla efirlərindən püskürür ki, biz qəhrəman xalqıq, tezliklə erməni işğalçılarını torpaqlarımızdan qovacağıq, İlham Əliyev bizi ilhamlı gələcəyə aparır, iqtisadi inkişaf tempinə görə dünyada anoloqu olmayan sürətlə ənginliklərə dogru uçuruq. Nə olsun ki, müəllimlərimiz, həkimlərimiz, təqaüdçülərimiz qəpik-quruşla dolanırlar. Acından ölənlər ki, yoxdur. Hələ bir baxın, polislərimiz, prokurorlarımız, hakimlərimiz, kömrük işçilərimiz, deputatlarımız nə qədər əmək haqqı alırlar? Heç Fransada bu qədər əmək haqqı alan yoxdur. İndi biz xarici ölkələrə sərmayələr də yatırırıq. Məsələn İsveçrədə "Paşabank” açırıq, Türkiyədə neftayırma zavodu tikirik, Gürcüstanı benzindoldurma məntəqələri ilə bəzəmişik, Fransada kilsələr tikir, köhnə kilsələri təmir də edirik. Sağ olsun fransa hakimiyyəti ki, ölkəmizin birinci xanımına orden də verib. Bəs onda bu xarici mətbuat prezidentimizə niyə başqa resursdan baxıb hələ bir böhtan da atır? Adam lap mat-məətəl qalır. Amma insafən televiziyalarımız da onların cavablarını layiqincə verir. Düzdür xaricilər verlişlərimizə baxmasalar, bizlər ki, baxırıq. İnsafən televiziyalarımız onlara ünvanlayıb bizlərə çox şeylər deyə bilirlər.
       
Mənim fikrim belədir ki, Prezidentimiz təcili olaraq ABŞ dövlət Departamentini, onun "The Washington Post”, İngiltərənin ”The Daily Mail”, "The Gardian”, İsveçrənin "Le Matin” və  dünyanın
başqa bütün aparıcı qəzetlərini beynəlxalq məhkəmələrə verməlidir. Onu müdafiə etməyə millətimiz qəti şəkildə hazırdır. Bizim prezidentimiz nə Hüsnü Mübarəkin, nə Bin Əlinin, nə Qəddafinin, nə də Bəşər Əsədin tayı deyil, heç vaxt da Səddam Hüseynin tayı olmayıb. Onlar xalqlarının qanını soran diktatorlardır. Xalqlarının malını, var-dövlərini mənimsəyib xarici banklarda gizlədənlərdir, haram pullarla möhtəşəm villalar alanlar da onlardır. Bizim Prezidentimiz öz xalqını özündən də çox sevən vətənpərvər dahidir. Xalqımız da əmindir ki, O nə vaxtsa itirilmiş torpaqlarımızı qaytaracaq, ərazi bütövlüyümüzü bərpa edəcək, vətəndaşlarını firavan günlərə çıxaracaq, dünya bazarlarında alverlə dolanan gənclərimizi vətənlərinə döndərəcək, ölkəmizdə yaşayan bütün millətlərə eyni gözlə baxacaq, demokratiyanın elə bir sivil formasını yaradacaq ki, bütün dünya ölkələri bu formanı mənimsəməyə girişəcəklər. Allah ona bu yolda qüvvət və qüdrət versin.
       
Odur ki, möhtərəm Prezidentimiz İlham Əliyevdən bir daha xahiş edirəm: Ona böhtanlar atan bu xarici düşmənlərimizi Beynəlxalq Haaqa məhkəməsinə versin və görsün ki, 9 milyonluq xalq onun arxasında necə inamla durub. Daxili düşmənlərdənsə qorxmağa dəyməz. Onlar bu son iyirmi ildə onsuz da milli dilənçilərə çevriliblər və ömürlük DİN olan Ramil Usubov cənablarının bir işarəsi ilə 15 gün küçələri süpürməyə, döyülməyə, alçaldılmağa və quzuya dönməyə hazırdılar.
   
 Hüseynqulu Məmmədli,

 Lənkəran şəhəri,  02.10.2011-ci il


 

Категория: Azərbaycan | Просмотров: 1764 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 1
1 Bayrami  
0
Siyasi ironiya hər sətirdə görünür. Torpağın, millətin sevgisi ilə dilə gəlmiş bir qəlbin fəryadımı bu? Allah, Allah, Sən özün saxla bizi sonrakı eybimizdən!

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus