Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2013 » Сентябрь » 23 » Bir neçə söz və ya “Simbioz” fenomeni
14:34
Bir neçə söz və ya “Simbioz” fenomeni
"Dünyanın mənəviyyat qanunu - ƏDALƏTDİR”   V. Hüqo
 
Zənnimcə  Azərbaycan İslam Partiyasının son addımlarına münasibət bildirmək və bu haqda bir neçə kəlmə söz demək vacibdir; çünki müəyyən suallarla və bəzi qaranlıq məqamlara aydınlıq gətirilməlidir.
   
Nədən bu partiya birdən-birə "Vətən” blokuna qoşulmağa və Ədalət Partiyasının sədri İlyas İsmayılovun Prezidentliyə  namizədliyini dəstəkləməyə qərar verdi? Elə düşünməyin ki, mən hər hansı siyasi qurumların, hər hansı səbəbdən birləşməsinə və hər hansı blok yaratmasına qarşıyam. Əsla. Mənim hətta hörmətli İ.İsmayılovun namizədliyinə də heç bir iradım yoxdur. Əksinə, o, daima qanunun aliliyinə hörmət edən və hər zaman onun (Qanunun) ŞAH olmasına çalışan tək-tük insanlardan biridir, peşəkar hüquqşünas, dəyərli siyasətçidir.
 
Məsələ  reallıqda və bu reallıqda baş verən hadisələrə baxış bucağında, eləcə də dünyagörüşlərin və məfkurələrin müxtəlifliyindədir. Zidiyyət buradadır. Tibb, yaxud kimya elmində gərək ki, buna "SİMBİOZ” deyirlər. Yəni, bir-birini həzm etməyən, bir-biriylə reaksiya girməyən, qarışmayan maddələrin, elementlərin birləşdirilməsi cəhdi. Əslində bu, nonsesdir!
 
Bu gün Ədalət Partiyası "ədalət” deyəndə,  əsasən Qanunların Aliliyini, İslam Partiyası isə "ədalət” deyəndə, əlbəttə ki, İlahi qanunları nəzərdə tutur və ya tutmalıdır. Amma sədd heyf ki, ölkə qanunları ilə İlahi qanunlar arasında hələ də harmoniya  yaradılmayıb, heç buna təşəbbüs də edilməyib. Bəzi hallarda isə bu anlamların qavranılmasında ortaq məxrəcdən daha çox təzadlar və antoqonizm mövcuddur. Bu xüsusda kifayət qədər misallar göstərmək olar...
 
Məhz elə  bu səbəbdən də , düşünürəm, hətta az qala buna əminəm ki, Ədalət və İslam partiyalarının koolisiya yaratmaq istəkləri mövcud gerçəklikdə islami dəyərlər daşıyıcılarının, o cümlədən Ədalətçilərin, mübarizə fəlsəfəsinə, yumşaq desək uyğun deyil.
 
Diqqət yetirin, bu gün Azərbaycan Prezidentliyinə namizədlərin əksəriyyəti hicab qadağası haqda öz fikirlərini sərgiləyir və demək olar ki, hamısı, bu və ya digər formada, buna neqativ yanaşırlar: "... hicaba qadağa qoymaq düzgün yanaşma deyil...”, "...hər bir məktəbli uniformayla yanaşı milli-mənəvi və islami dəyərlərə uyğun geyimlərlə təhsil ocaqlarına gələ bilər...”, "... dövlətin vətəndaşın geyimi kimi xırda işlərə qarışması doğru deyil...”, "... başörtüsü konkret şəxslərin istəyidirsə, kimsə buna niyə qarışmalıdəır ki?..”, "... heç kəs geyiminə görə təhsil hüququndan məhrum edilə bilməz...” və s. və i. a. Namizədlərin tam əksəriyyəti hicab qadağasının Azərbaycan Respublikası Konstitusiyasına zidd olduğunu vurğulayır və təbii ki, bunu pisləyirlər.
 
Lakin nə  onlar, nə də ki, "yetimə can-can” deməklə  işini bitmiş sayan digərləri quru sözdən uzağa getmirlər. Bəlkə də istəmirlər! Yəni bu ümumi və konyuktur sözlərdən sonra ortaya heç bir əməli iş, real fəaliyyət qoyulmur; vəziyyətin köklü dəyişməsi üçün kimsə əlini ağdan qaraya vurmur.
 
Amma, ortada bu sözləri qorxmadan bəyan edib bütün varlığı ilə dediyini reallaşdırmağa can atan, bu absurd qadağaya dirəniş göstərən, qətiyyət və ləyaqət nümayiş etdirib, nəyin bahasına olursa-olsun (hətta həyatları bahasına olsa belə), ölüm-dirim mübarizəsinə qalxan və İlahi qanunların dövlət qanunlarının əsirinə çevrilməsilə barışmayan İNSANLAR var - Hacı Mövsün Səmədov, hacı Abgül Süleymanov, hacı Rufulla Axundzadə, hacı Fəramiz Abbasov, hacı Taleh Bağırzadə, bu yolda şəhid olmuş hacı Vaqif Abdullayev və onlarla digərləri.
 
Sual edirəm: Hicab qadağasına "Yox!” deyib, hakimiyyətin represiya maşınına tuş gələn, min əziyyətə qatlaşaraq zindan əzablarına sinə gərən, hər saat, hər dəqiqə saysız-hesabsız tənə, təhqir və təhdidlərə məruz qalaraq qovrula-qovrula yaşayan, ancaq əqidəsindən dönməyən bu ləyaqət və əxlaq simvollarının İŞİNİ nə üçün heçə endirirsiniz?!  Bu ixtiyarı sizlərə kim verdi!? Bugünkü addımlarınız onlara qarşı sayğısızlıq deyilmi? Və onların mücadiləsinə kölgə salmırmı?! Unutmayaq, adını çəkdiyim həmin İNSANLARIN cismləri bu kriminal hakimiyyətin "ət maşınında” çəkilir, doğranır, ancaq onların RUHLARI bütövdür, azaddır. Azadlıqda olub nökər kimi yaşayanlardan qat-qat azaddır. Çünki Allahın və millətin qulu olmağı şərəf sayıb, bunu özlərinin "Alın yazısı” hesab edənlər heç vəclə və heç vaxt kiminsə, ya kimlərinsə nökəri olmağa razılıq verməzlər. Onlar məhz bu əqidəylə və bu inamla mübarizə meydanına atıldılar.
 
İslam Partiyasının qoşulduğu, daha doğrusu, qoltuğuna sığındığı, Ədalət funksionerləri nə vaxtsa, haradasa  o fədakar insanlar və onların müdafiəsi barədə, nə isə bir söz, bir neşə kəlmə deyiblərmi, bir iş görüblərmi? İndi bəziləri, həmçinin çətin vaxtlarda qaçıb, gizlənən, lazım olanda (bəzən lazım olmayanda belə) timsah kimi gildır-gildır göz yaşı axıdan, siyasətdə naşı, əxlaqda axsaq olan və özlərini partiya təmsilçisindən daha çox anbar müdiri kimi aparan müvəqqəti (yaxşı ki, müvəqqəti!) "rəhbərlər” görən nə etdiklərinin, AİP-nı hara apardıqlarının fərqindədirlərmi? Belə çıxmır ki, onlar artıq hicab dustaqlarının "kəlmeyi şəhadət”lərini oxumağa hazırlaşırlar. Hələ bəzi məsələlərə - Ədalət partiyasının rəhbər strukturunu təmsil edən birisinin mənə qarşı ədalətsiz (o cümlədən tərbiyəsiz) mövqe sərgilədiyini, çoxdan rəngi solmuş "Yaşıllar”-ın xaotik və məntiqsiz canfəşanlığını, habeləı: "Eldəniz müəllim AİP-nı nə vaxt müdafiə edib ki?.. Onun kimilər kiminsə yanında yaxşı olmaq üçün bu cür açıqlamalar verir...” deyən və dediyi bu yalanla böyük günah qazanan hörmətli hacının yanaşmasına toxunmuram.
 
İlyas İsmayılov: "Mən İslam Partiyasına heç nə vəd verməmişəm...”, "... hesab edirəm ki, məktəb də dindən ayrıdır və orada olan qayda-qanunlara dindarlar hörmətlə yanaşmalıdırlar”. Vəssalam!
 
Elə  hakimiyyət də bunu deyirdi. Və hakimiyyət məhz bunu dediyi üçün hicab müdafiəçiləri bu gün zindanlardadır, üst-üstə  az qala 100 ilə qədər həbs cəzası alıblar.
 
Dairə  qapandı. Kaş ki, dairənin qapanması İslam Partiyasının bitməsi, tükənməsi kimi qəbul olunmayaydı. Və mən bunu, inanın ki, həmin partiyanın təəssübünü çəkən, onu yanlış addımlardan sidq-ürəklə qorumaq istəyən bir dost kimi arzulayıram.
   
Sonda, müqəddəs Peyğəmbərimizin ali bir kəlamını diqqətinizə çatdırım: "Ən xeyirlimiz, əxlaqca ən gözəl olanımızdır.”
   
Əxlaqlı  olaq!..
 
Eldəniz QULİYEV 

Категория: Azərbaycan | Просмотров: 1659 | Добавил: admin | Рейтинг: 5.0/3
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus