Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2011 » Декабрь » 31 » Bir dənə “bir”...
23:55
Bir dənə “bir”...
Qəzetimizin bir ağsaqqalı var, mənə bir mövzu ərməğan elədi: monopoliya! Olsun, gözəl mövzudur, olduqca aktual və zamana ilə ayaqlaşa bilən bir mövzudur. Bu elə bir dəryadır ki, bütün dünya üzərə ən dərin yeri Azərbaycandadır! Monopoliyanı, yəni inhisarçılığı Sakit okean ilə müqayisə etsək, Azərbaycan lap Marian çökəkliyinə oxşayır. Düzdür, bizdə "antiinhisar” adlı qurum uzun illərdir ki, fəaliyyət göstərir, amma "çi fayda”, böyük inhisarçılar kiçik inhisarçıları yeyib, qurtarırlar. Təbiət çox sərtdir, iri yırtıcılar həmişə balaca yırtıcıları YEYİBLƏR!... Amma mövzumuz bu deyil...

Qəzetin əsas məqsədi...

Qəzet mütamadi çıxır, bu işdə zəhməti olan hər bir şəxsə xüsusi minnətdaram. Bu qəzet növbəti dəfə Talış xalqının necə vətənpərvər olduğunu sübut elədi! Bu nömrənin dərcində bir az "axsadıq”, amma Xalqımız bizə dəstək oldu, qoymadı meydanda tək qalaq, "el gücü, sel gücü” oldu, dayanmadıq, bu ilin də "borcunu” verdik, qəzetin son nömrəsini də çıxarda bildik! Sözüm bunda yox, qəzetin mütamadi dərci böyük əks-səda verir, dostlar sevinir, qəzetin daha da rənga-rəng olması üçün əllərindən gələni edirlər, kimisi şeir göndərir, kimisi xalqımızın folklor nümunələrindən bir çələng hədiyyə edir, kimisi tarixi məqalələr göndərir, kimisi felyeton stilli məqalələrlə köşə yazıları göndərir, bunlar maqnitin müsbət tərəfidir, maqnitin mənfi tərəfində olanlar da az deyillər. Düzdür, onların mənfi yüklü "çabaları” sonda elə özlərinə ziyan gətirəcək, amma yenə də öz "xobbilərindən” qalmırlar, qəzetimizi nəyi var "yıxıb-sürüyürlər”, qabaq deyirdilər ki, "qəzet rəsmi deyil, partizan kimi çıxırsız, qeydiyyatınız yoxdur, nənəm də bunu bacarar”, belələrinə fikir verməmək gərəkirkən, "hər atmacada bir filosof həqiqəti var” fikri ilə qəzetin həm qeydiyyatını rəsmiləşdirdik, həm də qəzeti köşklərə çıxartdıq, fikirləşdik ki, bu "millətsevərlər” daha heç nədən çəkinməzlər, qəzetlə əməkdaşlıq edəcəklər, hətta bəzilərinə dostlarımız "qəzet artıq qeydiyyatdan keçib, köşklərə də çıxır, niyə gedib almırsan?” iradını da tutublar, amma yenə də nə isə onları qane etmir, indi də başlayıblar ki, "boş şeydir, istəsk əlli dənə belə qəzet çıxardarıq, qəzet oxunaqlı deyil”, olsun, olsun ki, qəzet oxunaqlı deyil, (belə yerdə deyəsən ki, ay qardaş, sən qəzet almırsansa, nə bilirsən ki, qəzet oxunaqlı deyil?) biz də "oxunaqlı” qəzetlər kimi kiminsə " bığının altından” keçə bilmərik, kimə isə yaltaqlanıb, "bəy tərifi” edə bilmərik, yalandan "ömrümün qalanı sənə qurban” deyə bilmərik! Bizim bir məqsədimiz var: Millətimizin maariflənməsi, Millətimizin özünü dərki, öz tarixini, öz adət-ənənəsini bilməsi, çəkinmədən "Mən Talışam! Mənim Avesta boyda kitabım var! Biz Allahın sevdiyi Millətik! Biz ZƏRin DÜSTləriyik! Bizim ANA dilimizi heç kəs unutdura bilməz, çünkü bu dilin keşiyində Xıdo özü durur! Mənim Babək kimi Babam olub, biz qırx gün qul kimi yaşamaqdansa, bir gün azad yaşamağı üstün tutmuşuq” deyə bilsin, bütün bunlara nail ola bilsək, öz televiziyamız da olacaq, öz radiomuz da, öz institutumuz da! Zatən bütün bunları bizə Ali Qanun da yasaq etmir, Ali Qanunun yasaq etmədiyi istənilən addım Qanunidir! Bunu bilmək, bunu başa düşmək lazımdır! Bütün bunları ona görə yazıram ki, tez-tez "məqsədiniz nədir?” sualını verənlər bizim məqsədimizdən hali olsunlar, həm də başa düşsünlər ki, biz heç məqsədimizi gizlətmirik də! Bizim məqsədimizdən hamı halidir, bu bizim nə vaxtsa itirdiyimiz haqqımızdır ki, onu geri istəyirik! Bəlkə istəməyək? Bəlkə hər kəs öz qarnının davasını aparsın, bacardıqca çox pul yığsın, "nə millət, nə ANA dili, nə gələcək nəsil” desin? İki yolumuz var, ya biz ümummilli məfkurədə birləşməli, ya da hər kəs öz qınına çəkilməli! Birinci yol şərəfli yoldur, əminəm ki, bu yolda Azərbaycan səlahiyyətliləri də bizə hər cür dəstək olacaqlar, çünkü istənilən şəxs öz millətinə hörmət edən şəxsə sayğı ilə yanaşır! İkinci yolumuz isə biabırçılıqdır, biz öz milli maraqlarımızı qarnımızın toxluğuna qurban verməliyik ki, gələcək nəsillər də bizlərə "Allah sizə rəhmət ELƏMƏSİN! Siz bizim ANA dilimizi, tariximizi, mədəniyyətimizi SATMISIZ! Siz millətinizi SATANLARSIZ!” demək haqqını qazansınlar. Hə, birinci variant bizim məqsədimizdir, Allahdan gizli deyilsə, niyə kimdənsə gizlədək? Bütün bunlara biz sivil formada nail olmaq istəyirik, nail olacağıqda! Buna əminəm , bunu gözləyirəm, bunun üçün çalışıram!...

Lənkəran televiziyası 2

Bu Lənkəran televiziyası elə mövzudur ki, monopoliya mövzusu bunun yanında toya-bayrama getməlidir. Lənkəran televiziyası haqqında yazımızdan sonra bəzi maraqlı məlumatlar almışıq. Birinci məlumat odur ki, CTV rəhbərliyi əlli dəfə dəyişsə də, teleşirkətin təbliğat forması dəyişməz, teleşirkətdə iki Talış biri-biri ilə Talışca danışa bilmir, hamı "Talışca danışanların siyahısını tutmaq” yarışına çıxıb. Bu biabırçılıq olsa da, bunla işim yox, amma Lənkəran əhalisinin evinə zorla soxulan CTV-nin keçmiş rəhbərinin əməlləri haqqında aldığımız məlumatı oxucu ilə bölüşmək istəyirik.. Sən demə CTV-nin əvvəlki sədri çox "şişibmiş”, hətta kazino (?) açmaq qərarına gəlib, deyilənlərə görə açıbmış da! Bu azmış kimi "təndir” biznesinə də əl qoymaq istəyib, "sanepidemstansiya” ilə "anlaşıb” təndirxanaları bağlatmaq istəyirmiş, amma edə bilməyib, "kim isə” ona "mane” olub, bütün biznesi çıxıb əlindən, hərtərəfli qalıb "za bortom”, indi CTV-yə bir xanım rəhbər gəlib, amma bu xanım da öz sələfi kimi Talış sözünə embarqo qoyub, bəzi oxucular deyə bilər ki, embarqo iqtisadi termindir, yəni hər hansı bir məhsulun ixracına və ya igxalına edilən yasaqdır, bunun CTV-yə nə dəxli? Dəxli odur ki, Talış sözünə CTV-də qoyulan qadağa millətimə qarşı sobatajdır, yəni iqtisadi, mədəni embarqodur! Çıxış yolu varmı? Var, özü də bir neçə formada, birincisi odur ki, Lənkəran ziyalıları CTV-yə yazılı müraciət edib, Talışca veriliş tələb etməlidilər! Həmən müraciətə Lənkəranın bütün kənd və məhlələrindən əhali qoşulmalı, o müraciəti imzalamalıdılar! İkinci yol isə birinci variant nəticə verməyəndə seçilməlidir, bir neçə min insan CTV-nin qarşısına yığılıb, Talış dilində veriliş tələb etməlidilər! Bütün bunları etmək olar, sadəcə qabağa düşən lazımdır, kimsə qabağa düşməyə hazırdır? Ya BABƏK olmalıyıq, ya da səhl sumbat...

İ.S. Bir böyük Talış var, onun bir sözü var, minlərlə sıfırı bir-birinin ardınca düzsən də helə sıfır olaraq qalacaq, amma bu sıfırların qarşısına bir dənə "bir” əlavə edəndə on min də olar, on milyon da! Bəlkə....


Rafiq Cəlilov,
Tolışon Sədo, №12, 31.12.2011
celilovrafiq@mail.ru


 

Категория: Талыш xəbərləri | Просмотров: 1786 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 1
1 Gilavo  
0
Cаг быби, Рафиг муаллим! Хыдо бын начиба коада мердон баты hамро быко.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus