Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Февраль » 11 » Bir dəfə qalxan bayraq....
22:32
Bir dəfə qalxan bayraq....
Mənə ən çox bu sualı verirlər: Qəzet niyə dayandı? Qəzetin iki həftə çıxmamasının səbəbləri bir neçədir ki, ən əsas səbəb maliyyənin çatışmamazlığı idi. Düzdür, sosial şəbəkələrdə "qəzetə köməklik edək” adlı kompaniya keçirildi, amma bir faydası da olmadı. Köhnə dostlarımdan biri "tutaq ki, mən qəzetə 10 manat köməklik etdim, qəzetin işi düzələcək?” sorğusunu etdi. Sorğu mənə ünvanlanmadığı üçün cavab da vermədim. Amma özlüyümdə fikirləşdim: "Doğurdan a, yəni kiminsə qəzetin hesabına 10 manat keçirtməsi ilə qəzetin işi düzələcək?...

Statistika idarəsi 2..


Bir gənc Talış var. Şəxsən tanımıram, virtual aləmdə yazışırıq. Mənə ilk sualı bu olmuşdu: Respublikada nə qədər Talış var? Mən də statistika idarəsinin arayışına əsasən "120 minə yaxın” cavabını vermişdim. Gənc mənimlə razılaşmadı. Öz qəti etirazını etməklə, bu rəqəmin saxta olduğunu bildirdi. Adətim üzrə mövzunu dəyişdim. Amma bu sualdan qaça bilmədim. Bu sualı fasebook səhifəsinə digər bir gənc yerləşdirmişdi. Cavablar müxtəlif idi. 500 mindən tutmuş 2milyon yarımacan deyənlər var idi. Olsun, amma..

2 milyon yarım demirəm, bir milyon olsaydıq, əla olardı. Oxucu deyə bilər ki, nəyə əsaslanıb deyirsən ki, bir milyon yoxuq? Şəxsi müşahidələrim məni bu qənaətə gəlməyə vadar edir. Əgər biz həqiqətən də bir milyon olsaydıq və bu bir milyonun çox yox, bir faizi öz ana dilində çıxan bu qəzeti oxusaydı, biz 10 min tiraj ilə çıxmalıydıq! Bu bir milyonun çox yox, bir faizi hər ay qəzetin hesabına bir manat köçürtsəydi, bu ayda 10 min manat edərdi və biz də bu "analoqsuz” hakimiyyətə, dilənçi kimi əlimizi açmazdıq! (onsuz da bir qara qəpik də köməklik etmirlər, hələ qorxuram ki, məni "vergidən yayınmaqda” ittiham etsinlər..) Amma respublikada olan bir milyon Talışın (həm inanmağım gəlir, həm də gəlmir) heç 0.1 faizi də qəzet ilə maraqlanmır. Əgər qəzet 1000 tiraj ilə çıxırsa və onun da təqribən 30-40 faizi üstümüzə qayıdırsa, hanı o bir milyonun 0.1 faizi? Bax bütün bunları analiz edəndə görürəm ki, hökumətimiz həqiqətən də öz "saxtalaşdırma” şakərindən əl çəkməyib, bizim sayımızı saxtalaşdırıb, amma azaldıb, yoxsa artırıb, bunu yazmaq istəmirəm...

28 may..

Bu gün respublikada 28 may tarixi ADR-in qurulduğu gün kimi qeyd edilir. Amma Sovet dönəmində bu gün sərhəd qoşunları günü kimi qeyd edilirdi və Lənkəranda hərbi parad ilə müşayət olunurdu. Bunu yazmaqda məqsədim Sovet tarixinə ekskurs etmək deyil, məqsədim başqadır.

Həmişə Lənkərana gedəndə, adətim üzrə görmək istədiyim şəxslərə zəng edib, münasib bir çayçıda əyləşib, dərdləşirik. Görmək istədiyim şəxslər də hamısı Lənkəran Xalq Cəbhəsinin qurucularıdırlar ki, onlarla hər dəfə söhbət edəndə özüm üçün nə isə maraqlı bir kəşf edirəm. Bu dəfə də belə oldu. Mənə bir maraqlı hadisə danışdılar ki, oxucu ilə bölüşməsəm, ən azı özümü bağışlamaram..

Demək hadisə vaqe olur 26 may 1989-cu ildə. O vaxt ki, Sovet hökumətinin qılıncının hər iki tərəfi kəsirdi. Əlikram Hümmətov ilə Hüseynqulu Məmmədov 28 may tarixində Lənkəranda 3 rəngli bayrağımızı qaldırmağa qərar verirlər. İlk olaraq parça almaq üçün dükanlara üz tuturlar. İzi azdırmaq üçün göy rəngli parçanı bir dükandan, qırmızı rəngli parçanı digər bir dükandan, yaşıl rəngli parçanı isə başqa bir dükandan alırlar. Parçalar alınandan sonra üz tuturlar Əlikram Hümmətov gilə və Əlikram Hümmətovun həyat yoldaşı bu parçalardan 7 ədəd bayraq tikir. Tikilən bayraqlara isə Hüseynqulu Məmmədov diş pastası ilə kleyin qarışığından ay-ulduz həkk edir. Səhərisi, yəni 27 may tarixində iki ədəd velosiped icarəyə götürüb, Hüseynqulu Məmmədov gilə aparırlar. Bu işi köməksiz edə bilməyəcəklərini başa düşən bu iki şəxs özlərinə daha dörd nəfəri, Kavyaçaş ləqəbli Vaqifi, (çox təəsüf ki, soyadını bilmədilər), sonralar Qarabağ döyüşlərində şəhid olmuş Məmmədov Vaqifi, Əliqisməti və Camal Paşanı da öz sıralarına qatırlar. Mayın 27-dən 28-nə keçən gecə bu altı nəfər iki qrupa bölüşərək, Lənkəranda 6 ədəd bayraq asırlar: İlk olaraq bayraq mərkəzi komitənin qarşısındakı bayraq dirəyinə asılır. Daha sonra isə bayraqları Zabitlər Evinin üstünə, Xalq Deputatları Soveti binasının üstünə, Böyük Bazara, Lənkəran mehmanxanasının üstünə və avtovağzal binasının üstünə asırlar. 7-ci bayrağın taleyi məlum deyil, amma mayın 28-də parad edən və mərkəzi tribunanın qarşısından keçən sərhədçilərin dəhşət içində qışqıraraq "tureçkiy flaq” nidaların təsəvvür etmək elə də çətin deyil. Bax qəhramanlıq budur! Respublikada ilk dəfə bizim BAYRAQ Lənkəran şəhərində 1989-cu ilin 28 may günündə dalğalanıb, həmən bayrağı qaldıranların çoxu bu gün o bayrağın "istisinə” qızına bilmədikləri halda, o bayrağı söküb, ayaqqabılarını silənlər həmən bayrağın verdiyi bütün imtiyazlardan geninə-boluna yararlanırlar. Bir dəfə qalxan BAYRAQ....

Talış Ağsaqqallar Şurası...


Sosial şəbəkədə Talış olaraq öz problemlərimizi daima müzakirə edirik və bu müzakirələrin nəticəsi olaraq Talış Ağsaqqallar Şurasının yaranma zərurəti ortaya çıxdı. Şuraya üzvülük könüllülük əsasında olduğu üçün, hələlik 13 nəfərdən ibarət olan bir Şura yaratdıq ki, bu Şuranın ilk işi Şuranın yaranmasını bəyan etməklə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan xalqına, Talış gənclərinə müraciətlər etdik. Müraciətlər çox güman ki, qəzetimizin növbəti saylarında işıq üzü görəcəklər, bununla işim yox, kimlərinsə bizləri "separatçılıqda”, kimlərinsə "iqtidara yarınmaqda” suçlayacaqları da önəmli deyil, önəmli odur ki, Talış xalqı hərəkətdədir, Talış xalqı həm özünü, həm də Azərbaycanı düşünür, Talış xalqı yenədə Azərbaycan üçün ölüb-öldürməyə HAZIRDIR! Qoy bunu hamı eşitsin, bizim adımızdan alver etmək istəyənlər də, dostlar da, düşmənlər də! Azərbaycan bizim evimizdir və biz öz evimizdə öz problemlərimizi sivil yollarla özümüz həll edəcəyik. Anlaşdıqmı???

Rafiq CƏLİLOV,
celilovrafiq@mail.ru

"Tolışon Sədo” qəzeti: nöm: 04 (16) 11 fevral 2012

Категория: Талыш xəbərləri | Просмотров: 1725 | Добавил: admin | Рейтинг: 5.0/4
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus