Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2013 » Июнь » 26 » Bir addım irəlidə
22:01
Bir addım irəlidə
Bu gün qəzetimizin ilk dərc günündən iki il keçir. Niyə bu qəzeti təsis elədim, buna nə səbəb oldu, bunları yazmaq istəmirəm, sadəcə onu deməklə kifayətlənirəm ki, həmən ərəfədə Talışın bu qəzetə ehtiyacı var idi.....

D-R HİLAL MƏMMƏDOVUN MƏHKƏMƏLƏRİ

Əslində qəzetin həftəlik dərcini bərpa etmək lazımdır ki, bu məhkəmə proseslərini vaxtında işıqlandıra bilək. Çox təəsüf ki, bizim "tolerant” hökumətimiz 31 adda qəzetə 2 milyon pul ayırsa da, həmən siyahıda Azərbaycanın "müsəlman” azlıqlarını təmsil edən xalqların qəzetlərinin adları olmadı. Heç ümüd də eləmirəm ki, bundan sonra da bu hökumət hansısa "müsəlman” azlıqın qəzetini maliyyələşdirsin. Necə can verə-verə çıxmışıq, elə can verə-verə də çıxacağıq. Sözüm bunda yox, yəni hər həftə dərc oluna bilmədiyimiz üçün məhkəmələrdən müfəssəl məlumat verib, oxucumuzu təmin edə bilmirik. D-r Hilal Məmmədovun məhkəmələri haqqında qısaca onu yazmaq istəyirəm ki, bu məhkəmələr artıq məni iyrəndirib. Nə qədər olar hakimin ittihamçı roluna baxmaq? Nə qədər olar simasız insanların şahid ifadələrinə qulaq asmaq? Bu şahid-insanlar anlamırlar ki, sifarişli məhkəmənin baş ifaçısı - hakimin "düz danışacağına and iç” kəlməsinə "and içirəm” deyib, hakimin köməkliyi ilə yalan ifadə vermək, elə Xıdoya asi olmaq deməkdir. Necə? Necəsini anladım da, müqəddəs kitabımız Qurani_Kərimdə Xıdo bizə dəfələrlə xatırladır: "And içəndə Mənə and iç”, "Yalan danışma”, "Başqasının haqqını yemə” və s. Demək bu andlılar istəməsələr də Xıdoya and içib, onun adına yalan danışırlar, baxmayaraq ki, hələ məhkəməyəcən Xıdonun tapşırıqlarını pozmuşdular, yəni d-r Hilal Məmmədovun cibunə narkotik atıb, onun azadlıq haqqını mənimsəmişdilər. İndi də bu absurd məhkəmədə hakim d-r Hilal Məmmədova deyir ki, sən sübut elə ki, narkotiklər sənin deyil. Dəhşəti görürsünüzmü? Dünyanın heç yerində belə şey yoxdur, kimsə öz günahsızlığını sübut etməməlidir, əgər o suçludursa, onun günahını dəlillərlə sübut edib, heç bir boşluq saxlamırlar. Şahid-əməliyyatçı deyir ki, biz bir ay idi ki, müttəhimin narkotik alveri ilə məşğul olduğu barədə məlumatlı idik və onu güdürdük. Bəs hanı bir ayın ərzində d-r Hilal Məmmədovun narkotik alan, satan yerdə çəkilmiş şəkilləri? Bəlkə elə siz böyük bir narkokartelin, hansı ki, sizin idarənin alverinə şərik çıxıb, izinə düşmüşdüz, niyə hamını ifşa etmədiz? Hətta d-r Hilal Məmmədovun bu narkotiki İrandan aldığını da qeyd edirlər, bəs niyə bu narkotiki İrandan Azərbaycana gətirənləri ifşa etmədiz? "Bəs niyə”lər çoxdur, çox təəsüf ki, hakimin dövlət ittihamçısı rolunda olduğu məhkəmələrdə ədalət yox, ətalət qalib gəlir və bu suallar elə havadan da asılı qalır. Burda dayanmaq istəyirəm, Xıdo özü hər kəsin əməlini bu dünyada qiymətləndirir, qisası qiyamətə saxlamır, Xıdonun qisası isə çox ağır olur. Məhkəmə isə d-r Hilal Məmmədovun bütün konstitusyon hüquqları pozulmaqla davam edir. Davam edir 37..... 

ZİNDANDA BİR İL...

Bu ayın 21-i d-r Hilal Məmmədovun saxta ittihamlarla həbsindən bir il ötdü. Bu bir ildə biz onun AZADLIQa qovuşması üçün heç nə edə bilmədik, haqq səsimizi də "ikra yeyən diplomatlar” eşitmək istəmirlər, görmədikləri ikradan nahara yeyib, neft dollarları ilə ciblərini doldurub "Bakıda siyasi məhbus yoxdur” bəyanatlarını verirlər. Biz bu zavallılara başa sala bilmirik ki, bu "tolerant” ölkədə talış ziyalılarına qarşı xüsusi və amansız bir kompaniya aparılır, biz bu zavallılara başa sala bilmirik ki, bu gün bu kompaniyaya "dur” deyən tapılmasa, bunun çox acı nəticələri ola bilər. Biz bu zavallılara həqiqətləri anlada bilmədikcə, d-r Hilal Məmmədov zindanda qalmaqdadır. Alimi isə zindana salanların aqibətləri heç vaxt yaxşı olmur....

MƏDƏNİYYƏT MƏRKƏZİ

Mən, Respublika Talış Mədəniyyət Mərkəzinə sədr seçilən kimi bütün tanışlara bildirdim ki, artıq siyasi motivli yazılarımı durduracam, siyasi təşkilatların tədbirlərinə qatılmayacam, çünki artıq statusum ancaq mədəniyyətimizin inkişafı üçün çalışmamı zəruri edirdi. Fikirləşdim ki, dövlət də bu işdə maraqlı olar, mənə maddi və mənəvi dəstək verər, çətinliklərimizin aradan qaldırılmasında yardımçı olar və sairə və ilaxır. Ancaq sən demə mənim saydığım ilə "tolerant” yapçıların saydığı əks-mütənasib imiş. Keçid alım "mustafa”ya. 
Demək, Respublika Talış Mədəniyyət Mərkəzinin əlimizdə heç bir sənədi yoxdur, nə Nizamnamə, nə Məramnamə, nə üzvlərin siyahısı, nə o, nə bu.... Sənədsiz isə fəaliyyət göstərmək, həmən fəaliyyəti əsaslandırmaq çox çətin görünür, yəni istədikləri vaxt adama "qeyri-qanuni fəaliyyət” damğasını vurub, cinayət işi aça bilərlər. Bütün bunları nəzərə alıb, Respublika Talış Mədəniyyət Mərkəzi olaraq Ədliyyə Nazirliyinə müraciət etdik ki, bizi lazım olan sənədlərlə təmin etsinlər. Biz də həmən sənədlər əsasında öz fəaliyyətimizi yenidən bərpa edə bilək. Məni Ədliyyə Nazirliyinin müvafiq qurumuna dəvət edib "tanışlıq söhbəti” apardılar. Həmən söhbətdə konkret olaraq işləmək əzmində olduğumu, dövlətə qrand layihələri vermək istədiyimi, Mərkəz üçün ofis tələb edəcəyimi və bütün bunları edəndən sonra Mərkəzi gənclərin ixtiyarına buraxacağımı bildirdim. Görünür "tolerant” məmləkətimizdə Talış Mədəniyyət Mərkəzinin yenidən, yeni güclə fıaliyyətə başlamasını, həmən Mərkəzdə gənclərin bir araya toplaşmasını istəmirlər. İstəsəydilər fəaliyyətləri seçkidən-seçkiyə "sezilən” öz cib partiyalarına, fəaliyyəti ancaq qrand alıb yemək olan "şəxsi” QHT-lərinə "hədiyyə” etdikləri bir neçə otaqdan ibarət "ofislərdən” bizə də verərdilər. Həmən qranddan bizə də cibxərcliyi ayırardılar. Ancaq etmirlər, belə görürəm heç etmək fikirləri də yoxdur. Bir şeyi isə unudurlar: mən, RTMM-nin sədri olaraq artıq fəaliyyətdəyəm, artıq üzvlük biletləri, üzvlərin şəxsi kartoçkaları hazırdır, tezliklə RTMM öz fəaliyyətini tam bərpa edəcək, pislik isə yenə də sənə qalacaq, mənim "tolerant” hökumətim...

P.S. Məni isə "qeyri-qanuni fəaliyyətdə” suçlaya bilməzsiniz, yeni sədr olaraq boynuma düşən ilk vəzifəmi yerinə yetirmişəm: Respublika Talış Mədəniyyət Mərkəzinin son konfransının protokolunu sizə təqdim etmişəm, məni qəbul edib-etməməyinizdən asılı olmayaraq mən özümü QANUNİ sədr sayıram və mənə etimad göstərənlərin, elə göstərməyənlərin də ümüdüni doğruldub, yaxın müddətdə Mərkəzin fəaliyyətini tam bərpa edib, gənclərin ixtiyarına verəcəm. 

P.S.S. Bəzi "dostların” nəzərinə: Mənim əleyhimə kimləri isə hürdürtməyin, mən bir amalla yaşayıram: dalımca danışan varsa, demək mən ondan ən azı bir addım irəlidəyəm!

Rafiq CƏLİLOV 
"Tolışon Sədo” qəzeti N:53
26 iyun 2013-cü il 


Категория: Талыш xəbərləri | Просмотров: 1843 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus