Главная » 2012»Июль»6 » Beynəlxalq təşkilatdan Hilal Məmmədova azadlıq tələbi
13:21
Beynəlxalq təşkilatdan Hilal Məmmədova azadlıq tələbi
"Azərbaycan hakimiyyəti talışların qəzeti olan "Tolişi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədova qarşı siyasi xarakterli işə xitam verməli və onu dərhal azadlığa buraxmalıdır”. Mərkəzi qərargahı ABŞ-da yerləşən Jurnalistləri Müdafiə Komitəsinin bəyanatında belə deyilir.
"Azadlıq” radiosunun məlumatına görə, Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Mərkəzi Asiya proqramının koordinatoru Nina Oqnyanova deyib ki, jurnalisti etnik azlıqlarla bağlı müsahibələr verdiyinə və məqalələr dərc etdiyi üçün dövlətin təhlükəsizliyinə təhdid törətməkdə ittiham etmək dözülməzdir: "Azərbaycan hakimiyyəti dərhal Hilal Məmmədovu azad etməli və qəzetin jurnalistlərinə qarşı təzyiqləri dayandırmalıdır. Hilal Məmmədovun susdurulmasına xərclənən dövlət vəsaiti əslində həbsxanada müəmmalı şəraitdə ölən Novruzəli Məmmədovun işinin ədalətli araşdırılmasına yönəldilməlidir”.
"Tolışi sədo” qəzetinin əvvəlki baş redaktoru Novruzəli Məmmədov 2007-ci ildə dövlətə xəyanətdə ittiham olunaraq 10 il həbs cəzası alıb. O, 2009-cu il avqustun 17-də Penitensiar Xidmətin Mərkəzi Xəstəxanasında vəfat edib. Penitensiar Xidmətin Tibb Baş İdarəsi Novruzəli Məmmədovun baş-beyin işemik infarktından öldüyünü açıqlayıb.