Talish.Orq Tolışon Sədo qəzetində çap olunan materiallarla bağlı heç bir məsuliyyət daşımır
Məlumdur ki, Talish.Orq hazırda həbsdə olan riyaziyyatçı alim Hilal Məmmədovun baş redaktoru olduğu Tolışi Sədo qəzetinin rəsmi internet versiyasıdır.
Eyni zamanda Talish.Orq saytı Tolışon Sədo qəzeti ilə aralarında olan şifahi razılaşmaya əsasən qəzetin çapı barədə xəbəri və onun PDF formatında variantını sayt üzərində yayılmasını bir öhdəlik olaraq öz üzərinə götürüb.
Bu zaman Tolışon Sədo qəzetinin məzmunu və onun Talish.Orq-un məramı ilə üst-üsə düşüb-düşməməsi müzakirə predmeti olmayıb. Razılaşdırılan mühüm məqamlardn biri kimi "tərəflərin bir-birinin daxili işlərinə qarışmaması" öhdəliyi olmuşdur. Bu mənada Talish.Orq Tolışon Sədo qəzetində çap olunan materiallarla bağlı heç bir məsuliyyət daşımır.
Etiraf edilməlidir ki, son dövrdə Tolışon Sədo qəzetində müəyyən intriqalara yol verilməsi yer almış və buna müxtəlif reaksiyalar sosial şəbəkələrdə yayılmışdır. Bu gün "Azəri-Talış" İctimai Birliyinin sədri Mehdibəy Səfərov özünün Face səhifəsində buna etiraz bildirməklə prosesdə bizim də iştirakımızı qınamışdır. Biz hörmətli sədrin açıqlamasını yaymaqla bərabər, özümüzün xüsusi açıqlama ilə çıxış etməyimizi də gələcəkdə mətləbləri bir-birinə bir daha qarışdırmamaq ümidilə zəruri bildik.
Tarixin hər şeyə işıq gətirəcəyinə inanırıq. Eyni zamanda biz Talish.Orq-u hansısa intriqalara çəkməməyi israr edirik.
Sonda Tərəflərin açıqlamamıza obyektiv yanaşmasında əminliyimizi ifadə edirik.