Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2011 » Февраль » 22 » Baş komandan mebel sexində...
13:04
Baş komandan mebel sexində...
Azərbaycan növbəti əsgər qırğınının şokunu yaşayarkən

Dünən Azərbaycan növbəti əsgər qırğınının şokunu yaşayarkən ali baş komandan Ilham Əliyev hansısa mebel sexinin açılışında qırmızı lent kəsirdi. Vecinə deyilmi bu adamın?! Qırmızı lentləri kəsə-kəsə ölkənin sonu gəldi. O sexin lentini iqtisadiyyat naziri, ya ağsaqqal bir mədəniyyət adamı kəssə, dünyamı dağılacaqdı? Bəs bu əsgər analarının suallarına kim cavab versin? Ölkəyə kim izah edəcək baş verənləri?

Qatil bir rejim ölkəni talesiz bir günə gətirib. Ordudakı mühiti illərdir yazırıq. Ayrıca orduya yönəlməyə də lüzüm yoxdur, ölkənin hər yeri eynidir. Ilham Əliyev ona yaltaqlananların tərifləri fövqündə özünü və ölkəni problemsiz görür, ölkə isə idbarlıqlara sürünüb...

Əsgəri bu ölkədəki saxta seçkilər, korrupsiya, rüşvətxorluq, tərəfkeşlik, özbaşınalıq, yaltaqlıq, səriştəsizlik öldürür. Elə mühit yaranır ki, haqsızlıq haradasa çat verməli olur, haradasa əngəli aşa bilmir, haradasa insan insana qənim kəsilir. Ədalət itib, pul gözləri örtüb, qazanc dalınca düşən hər vəzifəli, hər rütbəli zəliyə dönüb. Hər yanda yırtıcı, ədalətsiz, boğucu, öldürücü mühit yaranıb. Absurd talelərə hakim kəsilib.

Pul bu ölkədə nəyə qadir deyil?...

Başdan-ayağa korrupsiyalaşmış sistemi düşünün. Yuxarılar təkcə aşağıların yığdıqlarından pay almır. Onlar daha ciddi işlərlə məşğuldur. Neft alveri, tank alveri, bank alveri, böyük tenderlər və s. Dövlət başdan-ayağa oğurluğun əlindədir. Nəzarət isə yoxdur, nəzarət oğurlanan pulların miqdarına və bölüşdürülməsinədir. Hər kəsin oğurlamaq haqqı yaranıb. Ölkədə bir qrup oğurlayırsa, başqaları niyə oğurlamasın? Mühitimiz budur - oğurluq və pul mühiti.
Pul hər yeri ağuşuna alıb, istənilən nəzarəti sındırır, istənilən qapını açır, istənilən möhürü vurdurur, istənilən tenderi alır, istənilən sertifikatı təsdiq edir. Pul heç bir sərhəd tanımır, sərhəddən tapança keçirir. Pul heç bir ölçü tanımır, sementsiz körpü, bina tikdirir, asfaltsız yol saldırır. Pul ordu, qayda, qanun, pusqu, qoruq da tanımır. O, vəzifədən, borcdan, anddan üstün olub. Pul ədalətsiz, özbaşına mühit yaradaraq, ordunu başsız qoyur, onu insanı boğan bir sistemə çevirir, əsgəri əsgər yoldaşını öldürməyə, intihara vadar edir...

Əsgərlər bu cür aydın səbəbdən bir-birini qırır. Bunu görəsən nə qədər yazmaq olar? Amma iş ondadır ki, həqiqi hərbçi Canmirzə Mirzəyevin ordudakı problemlər haqda yazdıqlarını dərc etdirə də bilmirik artıq. Məgər bunun da qabağını alıb pul?! Səfərbəylik yazılarını dərc edən Eynulla isə həbsdədir...

Ey yaltaqlar! Yal naminə Ilham Əliyevi müqəddəs elan edib, istədiyinizi edərkən siz həmin əsgərlərin ölümündə iştirak etmisiniz.

Ey mandatlılar! Mandat alıb bir ölkəni bir ailənin ixtiyarına verəndə, siz qətlə bulaşmısınız.

Ey vətəndaşlar! Siz haqsızlığa nə vaxtsa kömək etmisinizsə, daha 7 ananın oğlunun ölümünə yaşıl işıq yandırmısınız.

Növbə kimin oğlunadır görəsən?

Mübariz Ibrahimov üçün guya ağlayan iqtidar nökərləri, bu əsgərlər üçün niyə ağlamırsınız? Səsiniz niyə çıxmır? Onları doğan analara sözünüz varmı? Bəli, yuxarıdan tapşırıq gözləyirsiniz ağlamaq üçün. Sizin qəlbiniz tapşırıqla gələn vətənpərvərliklə doludur. Sizin alnınıza tapşırıqla ağlamaq yazılıb…

 Şahvələd ÇOBANOĞLU,
Azadlıq qəzeti


Категория: Azərbaycan | Просмотров: 1430 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus