Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Июль » 30 » Baltalarınızı iti saxlayın...
01:14
Baltalarınızı iti saxlayın...
Cəsusluq çətin peşədir, hər yerindən duran cəsus ola bilməz. Yox, söhbət Hilal Məmmədovdan getmir, onun cəsusluğu da ola bilər, narkobaronluğu da, hələm istəsə Amerika kimi nəhəng dövləti məhvi-mühvi eliyər, faşist Almaniyasını, Yuqoslaviyanı, SSRİ-ni bəyəm Hilal Məmmədov tək yerlə-yeksan eləmədi? Yəni ki, Hilal Məmmədov "dağıdıcılıq” qabiliyyətinə görə həbs edilib, yoxsa ay nə bilim "davay dosvidaniya”, "Dubay dosvidaniya”...

Bəşər elə bəşərdir, Allah ola bilməz


Dubay deyən kimi yadıma Suriya düşdü, daha doğrusu onun Allahlıq iddiasında olan prezidenti Bəşər Əsəd! Bu həmən Bəşər Əsəddir ki, öz xalqını qırmaqdan belə çəkinmədi, bu həmən Bəşər Əsəddir ki, Qəddafinin konalizasiya turbasından çıxan meydi onu ağıllandırmadı. Vallah deyim ki, Bəşər pis oğlan idi, yalan olar, Bəşər yaxşı oğlan idi, ətrafında olanlar yağ-bal içində üzürdülər. Düzdür, Suriya xalqı bu yağ-balı görmürdü, ancaq nə dəxli var ki? Əsas odur ətrafın yağ-bal içində üzsün, öz harın simalarını, harın toylarını YouTube-dən gözümüzə soxsunlar, ayda 50 manat təqaüd alan I qrup əlil də həmən toylarda ciblərdən paçka-paçka çıxıb, göyə sovrulub, yerə xalı kimi sərilən, harınların ayaqlarının altında qalan, üstündə Amerika Prezidenti Benjaminin "tapdalanan” şəkili olan, minlərlə 100 dollarlıq əskinaslara həsədlə baxsın. Bax, Bəşər Əsəd də Benjaminin zibilinə düşdü, Hilal Məmmədov ona çox dedi "ay Bəşər, gəl Benjamini ayaqlar altına sərmə, Qarabalanın xətrinə dəyərsən, səni ordan Əsdirər”, qulaq asmadı, dedi "burda mənəm, Bağdadda Səddam Hüseyn”, nə isə, deyəsən mövzudan yayındım, axır Hilal deyən oldu, Bəşəri bəşər övladları Əsdirdilər!

Pulsuz Narkobaron

Narkotiklə heç vaxt maraqlanmamışam, ancaq arada telequtuda narkotacirləri görürəm, maşallah-maşallah, bizim nazirlər kimi yaşayırlar. Heç bilmirəm hardan başlayım? Hilal məni elə məngənəyə salıb ki, ona torba tikənlərin idarələrinin adlarını yazmağa qorxuram, sabah mənə xaral tikərlər, zatən hamısı "torba tikən universiteti” qurtarıblar, ancaq deyəsən onu da pulnan. Niyə bu qənaətə gəlmişəm? İndi deyərəm. Demək Hilal Məmmədovun cibindən 5 qrqm heroin çıxır, olsun, niyə də çıxmasın ki? Sonra evindən 30 qram heroin çıxır, bu da olsun, əla, burda qeyri-adi heç nə yoxdur. Bu onu sübut edir ki, Hilal Məmmədov narkobaron imiş. Ancaq mənimçün bir şey maraqlıdır ki, necə ola bilər ki, evindən bir neçə min manatlıq heroin çıxan "narkobaronun” cibindən bir manat da olsa pul çıxmayıb? Vallah bizim bu operativ işçilər burda özlərini yandırıblar. Ola bilməz axı narkobaron olasan, evində də bir manat da olsa pul olmasın. Bax bu çox böyük "əməliyyat” səhfidir. İndi bütün Azərbaycan deyir ki, evində 35 qram heroin olan şəxsin heç olmasa "dar gün üçün” (yəni ilişəndə canını satın almaq üçün) bir 50-60 min nəğd pulu olmalı idi. İndi bu əməliyyatçılar o qədər tələm-tələsiyə düşüblər ki, mərkəzi bankdan bu xüsusat üçün ayrılmış pulu götürməyi unudublar. İndi ay başınıza dönüm, evində 50-60 min demirəm, maqazindəki "nisyəni” bağlamaq üçün 3 manat tapılmayan, ancaq əvəzində bir neçə min manatlıq heroin saxlayan narkobaron görən olubmu? İndi mən bizim hörmətli Baş Prokurorluqla DİN-in bu sabatsız məlumatı ilə camaatı necə inandırım ki, Hilal narkobaron idi?

Qəzetin dərdi var...


Yox, maliyyə çatışmamazlığından yazmayacam, görünən kəndə nə bələdçi? Mən dövlətimizin qoçubalalarından yazacam. Bu həmən qoçubalalardılar ki, Azərbaycan Qanunlarını saya salmırlar, öz məntiqsiz qanunlarına söykənirlər. Məsələn: Hilal Məmmədovun həbsindən sonra mətbuatyayımı şirkətlərinə, daha doğrusu köşklərə qəzeti satmamaq əmr olunub. Fakt? Bu da fakt: Demək iyun ayında siqnal aldım ki, Masallıdakı köşkdə qəzet yoxdur. "Ola bilməz” dedim, ancaq hər ehtimala qarşı həmən köşkün Bakıdakı baş ofisinə getdim və bildirdim ki, Masallıda iki həftədir ki, qəzet satılmır. Baş ofisdə də mənə "ola bilməz” deyib, hər ehtimala qarşı kompyuteri açdılar və ... məlum oldu ki, Masallıda qəzet satan konkret olaraq bu qəzetin satışından imtina edib. Səbəbini soruşdum. Mənim yanımdaca ona zəng edib bunun səbəbini soruşdular. Məlum oldu ki, sahə müvəkkili gəlib köşkdəki qəzetləri müsadirə edib və satıcıdan "bir daha bu qəzeti satmaram” iltizamı alıb. Səbəb kimi isə onu göstəriblər ki, biz qəzeti həm də əl ilə yayırıq və bu "dövlətçiliyin laxlamasına gətirib çıxarda bilər”. Əhsən belə təfəkkürə. Təbii ki, mən öz iradlarımı bildirdim, həmən iradlar Masallıdakı köşk satıcısına da bildirildi və sahə müvəkkilinin bu işdə heç bir səlahiyyəti olmadığı vurğulandı. Sağollaşıb çıxdım, yox, bu sahə müvəkkilinin işi deyil, suyu üfürə-üfürə içən sahə müvəkkillərində bu cəsarət ola bilməz. Demək göstəriş daha yuxarıdan verilib. Buna mən "Metro Servis” mətbuat yayımı şirkətində olarkən əmin oldum. Oxucularımızın, "müəllim metrolarda qəzet yoxdur” siqnalı məni vadar etdi ki, metro stansiyalarına baş çəkim. Əksər satıcılar "bidənə gəlmişdi, satılıb” desələr də, bəziləri ümumiyyətlə belə qəzet almadıqlarını vurğuladılar. Üz tutdum şirkətin baş ofisinə, Hilal Məmmədovun həbsinədək şirkətə verdiyim qəzetlərin 30 faizi "qayıtmışdısa”, həbsdən sonra verdiyim qəzetlərin 90 faizi "qayıtmışdı”, demək qəzet gizlədilir! Şirkət əməkdaşına "qəzetləri niyə gizlədirlər?” sualını versəm də, yerə dikilmiş baxışlardan başqa bir şey görmədim. Demək qəzetə rəsmən yasaq qoyublar. İndi mən əmin oldum ki, bu dövləti bizim qəzetimiz yox, onun harın və özünütanımaz sahə müvəkkilləri, həmən sahə müvəkkillərinə bu tapşırığı verən və onlardan da dəfələrlə harın olan səlahiyyət sahibləri, mətbuata təzyiq edən, alimin cibinə narkotik at(dır)an kəsimlər "laxladacaq”, bu dövləti onun səhf milli siyasəti "laxladacaq”, nə qədər gec deyil bu siyasət dəyişilməlidir, yoxsa zindanları alimlərlə doldurmaq çıxış yolu deyil.

Alim hər yerdə alimdir


Hilall Məmmədovun "Azadlıq” qəzetinə göndərdiyi yazıları oxudum, çox səmimi yazıb, məni bir şey düşündürdü: Hilal müəllim yazır ki, məni bütün kolon alim kimi qarşıladı. Digər yazdıqlarına şərh vermək fikrim yoxdur, ancaq bu cümlə məni çox düşündürdü: Demək həqiqət hələm ölməyib, demək həqiqət öz yerini tutmaq üçün çarpışır, demək yaxşılıqlara doğru inkişaf var, demək bədbin olmağa dəyməz – xalq əsl alim övladlarını tanıyır! Bu isə balaca iş deyil ha....

Müdafiə komitəsi


Biz müdafiə komitəsi olaraq Prezidentə Hilal müəllimin həbsi ilə bağlı müraciət etdik, indi Ramazan ayıdır, bu ayda Allahın hökmü ilə şeytan zəncirlənir və bu ayda edilən savab işlər Yaradan tərəfindən bir neçə qatı ilə mükafatlandırılır. Ümüdvarıq Prezident bizim səsimizi eşidəcək və tezliklə Hilal Məmmədov evində olacaq!

Etiraz aksiyaları


Bu aksiyalar gündən-günə böyüməkdədir. İlk olaraq bizim Azərbaycanda YAP-dan və onun "peyk”lərindən başqa bütün siyasi və ictimai qurumlar Hilal müəllimin həbsinə etiraz etdilər, sonra bütün beynalxalq qurumlar öz etirazlarını bildirdilər, daha sonra iki piket Moskvadakı Azərbaycan səfirliyi qarşısında, bir piket isə Kişinyovdakı Azərbaycan səfirliyi qarşısında keçirildi. Avropa Birliyinin sədri Azərbaycanın Strasburdakı səfirinə Hilal Məmmədovun həbsindən narahat olduğunu çatdırıb. Bütün tələblər eynidir: Hilal Məmmədova Azadlıq! Ola bilməz ki, bir nəfər adı belə məlum olmayan "donos” yazanı eşidib Hilalı tutan bu hökumət yüzlərlə tanınmış insanın "Hilala Azadlıq” çağırışını eşitməsin, eşitməzsə demək eşidilənəcən bu çağırışlar ediləcək, demək Azərbaycanın "bəh-bəhli” imicinə özləri balta çalacaqlar, baltalarınızı iti saxlayın həzarat.....
İ.S. "Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovda "danışdı”, kişi Hilal Məmmədovu "dövlətə xəyanətdə” suçladı, bu bir daha sübut edir ki, bu iş sifarişlidir. Bu barədə daha ətraflı gələn nömrəmizdə

Rafiq CƏLİLOV,
celilovrafiq@mail.ru,
"Tolışon Sədo” qəzeti, nöm: 25 (37), 27 iyun 2012-ci il


Категория: Azərbaycan | Просмотров: 1671 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus