Xəbər verildiyi kimi Bakının Beynəlxalq Hava Limanının rəsmiləri İranın Radio və Televiziya Təşkilatının Bakı Oifisinin müdiri Əhməd Kaziminin ölkəyə girişinə mane olublar. PressTV xəbər kanalının bunula əlaqədar yaydığı məlumatda bildirilir ki, Azərbaycan Respublikası hökuməti bu qeyri-qanuni hərəkətlə bağlı İran tərəfinə heç bir açıqlama verməyib.
PressTV daha sonra bildirib ki, Azərbaycan Respublikası rəsmilərinin İranın Radio və Televiziya Təşkilatının Bakı Ofisinin müdirinə Bakıya daxil olmaq icazəsi verməmələri Azərbaycan Respublikası Prezident Administrasiyasının siyasi-ictimayi şöbə müdiri Əli Həsənovun Tehrana olan son səfəri zamanı əldə olunan media əməkdaşlığı anlaşmasının kobud şəkildə pozulması deməkdir.
Bu anlaşmaya əsasən iki ölkə arasında müştərək media komitəsinin yaradılması haqda razılıq əldə olunmuşdu və Əhməd Kazimi İranın bu komitədəki nümayəndəsi təyin edilmişdi.
AranNews Xəbər Agentliyi də Qafqaz məsələləri üzrə ekspert Həsən Güli-yə istinadla yazıb ki, Əli Həsənov və İran rəsmilərinin media sahəsində ikitərəfli əməkdaşlıqların genişləndirilməsinə təkid etmələrinə baxmayaraq, İranın Radio və Televiziya Təşkilatının Bakı Ofisi müdirinin Azərbaycan Respublikasından deportasiya edilməsi, bu ölkədən digər ölkələrə səfər edən rəsmi nümayəndələr tərəfindən səsləndirilən fikirlərin bir sıra digər Bakı rəsmiləri üçün heç bir dəyərə malik olmadığını göstərir.
Həsən Güli İranın Radio və Televiziya Təşkilatının Bakı Ofisi müdirinin Azərbaycan Respublikasından çıxarılmasını Azərbaycan Respublikasında keçirilən Hüseyn(ə) Aşurası mərasimlərinin bu ofis tərəfindən əks etdirilməsi ilə əlaqəli hesab edərək bildirib: Bu hərəkət rəsmi Bakının beynəlxalq konvensialar və qanunalara da laqeyd yanaşmasının nişanəsidir və buradan da aydın olur ki, Bakının demokratiya ilə bağlı iddiaları onların istəkləri çərçivəsində tərif olunur.
H.Güli əlavə edib: Rəsmi Bakının bu hərəkəti Azərbaycan Respublikası hökumətinin İran ilə əlaqələrin genişləndirilməsində maraqlı olması ilə bağlı iddialarının səmimi olmadığını göstərir və Bakının bu məsələyə yenidən baxmayacağı təqdirdə iki ölkə əlaqələri böhrana sürüklənə bilər.
Bir sıra İran saytları da bu hadisə ilə bağlı xəbərləri işıqlandırıblar. Bu xəbər saytlarının ekspertləri Bakının İranın media nümayəndəsinə qarşı rəftarına reaksiya olaraq, Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin İranın Xarici İşlər Nazirliyinə çağırtdırılmasını və bu ölkənin İrandakı media nümayəndəsinin ölkədən çıxarılmasını istəyiblər.