Главная » 2013»Январь»12 » Bakıda "Əsgər ölümlərinə son" çağırışı ilə aksiya təyin edilib
01:10
Bakıda "Əsgər ölümlərinə son" çağırışı ilə aksiya təyin edilib
Facebook sosial şəbəkəsi üzərindən 12 yanvar 2013-cü il tarixinə Bakı şəhərinin mərkəzində - Fəvvarələr meydanında saat 16.00-da əsgər ölümlərinə etiraz əlaməti olaraq aksiya təyin edilib.
Təşkilatçılar bildirirlər ki, "atəşkəs şəraitində yaşamağımıza baxmayaraq hər həftə əsgər ölümləri barəsində xəbərlər eşidirik! Ölümlərə səbəb olanlar cəzalandırılmır. Əgər biz bu haqsızlığa "DUR!" deməsək, heç kim deməyəcək! Etirazımızı bildirək! Fəvvarələr meydanındakı etiraz aksiyasına vicdanı, mənliyi olan hər bir azərbaycanlını dəvət edirik!"
Təşkilatşılar etirazın sivil şəkildə edəcəklərini bildirir və bunun siyasi aksiya olmadığı elan ediblər.
Aksiya heç bir təşkilat və ya partiya tərəfindən keçirilmir. Mütəxəsislər aksiyanın möhtəşəm keçiriləcəyi ilə bağlı proqnozlar verirlər.