Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2012 » Февраль » 27 » Bakı-Teləviv arasındakı hərbi müqavilənin təfərruatı
19:55
Bakı-Teləviv arasındakı hərbi müqavilənin təfərruatı
Sionist İsrail rejimi ilə Azərbaycan Respublikası hökuməti arasında gözlənilməz hərbi müqavilə imzalanıb. ABŞ-da çıxan Vaşinqton Tayms qəzetinin yazdığına görə 1.6 milyard dollar dəyərində olan bu müqavilənin şərtlərinə əsasən Azərbaycan Respublikasına pilotsuz təyyalər, havadan medafiə sistemi və raket əleyhinə qurğuların təhvil verilməsi nəzərdə tutulub. Qəzet İsrail rejiminin öz hərbi texnologiyasını İranla həmsərhəd bir ölkəyə gətirməklə İran İslam Respublikasına qarşı müəyyən təhdidlər yaratmasından məmnun qaldığını qeyd edir. Vaşinqton postun yazdığına görə, İsrail Türkiyə ilə strateji hərbi əməkdaşlığı pozulandan bəri özünə regionda, həm də İrana yaxın yerdə etibarlı müttəfiq axtarırdı  və hazırda Azərbaycan Respublikası onun üçün ən məqbul varyantdır. Digər tərəfdən bu müqavilənin Mossad agentlərinin Azərbaycan Respublikası vasitəsilə İrana get-gəl etməsinin faş olunduğu bir vaxtda açıqlanmasının özü Tehran-Bakı münasibətlərində əlavə anlaşılmazlığa səbəb ola bilər. Maraqlı məqam isə bundan ibarətdir ki, rəsmi Bakı özünün  sionist rejim ilə  əmakdaşlığını  gizli saxlamağa  cəhd edən bir  zamanda  rəsmi  Bakının sionist müttəfiqi  bu  gizlinləri  açmaqla  Azərbaycanlı  dostlarını bilərəkdən  çətin  vəziyyətə  salır!

Eyni zamanda faş edilib ki,  Azərbaycanla İsrail arasında raket daşıya bilən pilotsuz kəşfiyyat təyyarələrinin alınmasına dair danışıqlar da gedir. ABŞ-ın Vaşıngton Taymes qəzetinin saytının istinad etdiyi anonim mənbələr bildirir ki, söhbət İsrailin "Elbit” şirkəti tərəfindən istehsal edilən "Hermes 450" pilotsuz kəşfiyyat təyyarələrindən gedir. ” Kəşfiyyat xidmətlərinin məlumatlarına görə, Təl-Əvivlə Bakı arasında İsrail istehsalı olan kəşfiyyat peyklərinin alınmasına dair danışıqlar da aparılmaqdadır.

Beləliklə də İsrail rejimi və Azərbaycan R. hökuməti  arasında yeni strateji hərbi əməkdaşlıq niyyətinin gerçəkləşməsindıən söhbət gedir. Və rəsmi Bakı İsrail rejimilə hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində ciddi addımlar atmağa nəinki razı olub, hətta  ərəb krallıqlarının  ABŞ , Fransa və İngiltərə ilə  iri həcmli silah-sursat  müqavilələrindən daha  bahalısını  sionist rejim ilə bağlayıb. Bir sözlə rəsmi Bakı silah  satın almaq adı ilə sionist rejimə  külli miqdarda  vəsait  ayırır.  Başqa məlumata görə isə, İsrail rejiminin hərbi təlimatçıları Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təlimində iştirak edə bilərlər. Onlar ayrı-ayrı komandirlərin hərbi müşavirləri də ola bilərlər. Xülasə, burada söhbət hərbi və hərbi-texniki əməkdaşlıqda yeni sıçrayışdan gedir.

Qeyd edək ki, son aylar İsrail rejimilə Türkiyə arasında bütün sahələrdə əməkdaşlıq münasibətləri demək olar ki, dayanıb, iki ölkə arasındakı hərbi və hərbi texniki əlaqələr sionist rejimin  Türkiyəyə etdiyi  xəyanətlərə və nüqsanlı texnikanı  baha qiymətlə  rəsmi  Ankaraya satmağa görə tam dondurulub. Nəzərə alınmalıdır ki, bir müddət əvvəl Türkiyənin Azərbaycan R-dakı fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıc rəsmi Bakıya İsrail rejimilə əlaqələrə yenidən baxmaq tövsiyyəsini ünvanlamışdı. Belə olan təqdirdə, Azərbaycan və İsrail rejimi hərbi əlaqələrində yeni detalların üzə çıxması Bakı və Ankara arasındakı münasibətlərdə gərginlik yarada bilər.

Görünən budur ki, artıq  sionistlər Azərbaycan Respublikası ilə hərbi əməkdaşlıqlarının mahiyyətini gizlətmək də istəmirlər. Heç şübhəsiz alınan silah və hərbi təchizatdan Qarabağın azadlığı uğrunda gedə biləcək hər hansı müharibədə istifadə olunmayacaq. Və adının gizli qalmasının istəyən israilli mənbələrin bildirdiyinə görə bu haqda həm Ermənistana , həm də ABŞ-dakı yəhudi lobbisinə zəmanət verilib. Ona görə də  İsrailin Azərbaycanla hərbi müqaviləsinə İrəvandan etiraz olunmadı.

Müşahidələr göstərir ki, sionistlər ermənilərlə sıx kontaktdadırlar. İsrailin hökumət çevrələrində gizli mənbələrə malik olan "İzRus” portalının yaydığı xəbərdə deyilir ki, noyabrın əvvəllərində İrəvandan Təl-Əvivə siyasi və strateji sahədə məsələləri müzakirə etmək səlahiyyətinə malik yüksək rütbəli rəsmi şəxs səfər etmişdi. Səfər zamanı erməni-sionist əməkdaşlığının detalları müzakirə olunub. Ona görə də heç şübhə yeri qalmır ki, İsrail rejiminin Azərbaycan Respublikası ilə hərbi əməkdaşlığı Ermənistanın və ya Rusiyanın əleyhinə deyildir.

Yeri gəlməşkən qeyd edək ki, ötən ilin oktyabr ayı İsrailin "Debka” saytı məlumat vermişdi ki, rəsmi Tel-Əviv Azərbaycan Respublikasında İran İslam Respublikasının nüvə obyektlərini izləmək üçün baza açmaq istəyir. Bu istiqamətdə ən azı pilotsuz təyyarələrin hansı məqsədlə Azərbaycana gətirilməsinin sirri açılmaqdadır. Başqa sözlə sionistlər bu hərbi texnikadan Azərbaycanın öz ərazi bütövlüyünün bərpası və torpaqların erməni işğalından azad edilməsi üçün istifadə olunmasına heç bir vəchlə icazə verməzlər. Sadəcə Azərbaycan xalqının sərvətləri hesabına sionistlər cənubi Qafqazda öz mövqelərini möhkəmləndirməyə nail olurlar. Bu üzdəniraq hərbi əməkdaşlığın daha bir fəsadı isə israilli hərbi mütəxəssislərin Azərbaycanın hərbi sirrlərini müntəzəm şəkildə ermənilərə ötürmələridir. Bu isə o deməkdir ki, Ermənistan dövləti heç bir xərcə düşmədən Azərbaycan ordusuna nəzarəti öz əlində saxlayacaq.

Beləliklə də işğalçı israil rejiminin Azərbaycan ordusuna daxil olmasının səbəblərini beləcə xarakterizə etmək olar:

1. Azərbaycanın strateji mövqelərini oyrənib işğalçı Ermənistana göndərmək.
2.  Azərbaycanda islamçıları ələlxüsus şiələri təqib edərək nəzarətdə saxlamaq və onlara zindanlarda və xüsusi saxlanma kaloniyalarında işkəncələr vermək. Eyni ilə Fələstin və livanda gördükləri vandanlığı burada da təkrarlamaq.
3.  Pozğunçuluq yaymaq  və milli-mənəvi dəyərləri aradan aparmaq.
4.    İİR-na qarşı təxribatları gücləndirmək və ölkəyə qarşı casus şəbəkələrini artırmaq.
5.    Türkçülüyü Azərbaycanda şişirdərək krizis vəziyyətinə gətirmək və bununla da Türk-Fars söhbətlərini daha da aktuallaşdırmaqdır.

Və nəhayət Sionistlər hər yerdə qol-qanad açırlar oranı öz poliqonlarına çeviriblər. Belə ki, heç kəsə sirr deyil ki, ABŞ kimi dövlət və onun aparıcı ictimai - siyasi rəhbərliyi Sionist lobbisinin təsiri altındadır. Təbiidir ki, belə bir ekspansionist rejimlə əlaqədə olmaq və xüsusən onunla hərbi təhlükəsizlik əlaqəsi qurmaq onun xərçənqvari toruna düşməkdir və bu hər nədən öncə Az. R. kimi ölkənin milli təhlükəsizliyinə ziddir (Səhər TV).


TALISH.ORG

Категория: Dünyada | Просмотров: 1510 | Добавил: admin | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus