ƏSSALAMUN - ƏLEYKUM, EY ADƏM ÖVLADLARI!
And olsun məni, sizi və külli kainatı yaradan o qadir ALLAHA ki, Masallı rayonunun Sığdaş Ərazi Vahidində heç kimin evində təbii QAZ yoxdur.
Bildiyiniz kimi 14.01.2017-ci il tarixdə anons vermişdim ki, sözügedən ərazi vahidində "təbii QAZ çəkilişinin" balon qazı ilə təntənəli "LENTKƏSMƏ - MƏŞƏLYANDIRMA" MİTİNQİ keçiriləcək.
25.01.2017-ci il tarixdə seçki saxtakarları, yəni YAP-çı müəllimlər, tibb işçiləri, Məşhədi, Kərbəlayı, Hacı kontingentlərin iştirakı ilə bu saxta tədbir gerçəkləşdi.
Bu şoğərib "QAZ"ın adı ilə nə qədər pullar, müxtəlif diametrli dəmir borular, boya, .... yemək olarmış?...
Professor Cəmil Həsənlinin tarixi sözü: "Bu məmurların mədəsi ilə beyni arasında olan rabitə pozulduğundan, bunlar doymaq bilmir" - yada düşdu...
Ay zavallılar, açıq-aşkar deyim ki, şəxsən mənə sübut olur ki, əhli-müslüman adlanan ADƏM övladları ki, var ha, bunlar gözəl İslam dinimizi də bu bazarbostan halına salıblar...
Diqqət edin, bütün müsəlman ölkələri od-alov içində yanır. Səbəbi isə çox sadədir. Yəni dünya dövlətləri (Müsəlmanlardan savayı) rəhbərləri vəzifə səlahiyyət müddəti başa çatır, xoşluqla çıxıb durur kənarda...
Suriyada HAFİZ ƏSƏD 60 min vətəndaşını kreslosuna qurban verib güllələdi....
Oğlu BƏŞƏRə (?) hakimiyyəti ötürdü, bu da Xalqının axırına çıxdı, hakimiyyətdən getmir ki, getmir...
Deyin bilək, orda insan başı kəsən, körpələrin ciyərini çıxarıb çiy-çiy yeyən Müsəlman deyilmi?...
Ədəbiyyatda söz qıtlığı ucbatından Müsəlman aləminin bu hala düşməsinin adını deməyə çətinlik çəkdim...
Çox şükürlər olsun ki, insanlıq yolunu azıb harınlamış adamlara, o cümlədən BƏŞƏRə də ALLAHDAN bəla gəldi...
DİTDİLİ - PERO