Bölümlər

Талыш xəbərləri
Azərbaycan
İran
Dünyada
Голос Талыша
Müsahibə
İnsan hüquqları
Beynəlxalq hüquq
Talış dili və ədəbiyyatı
Talış incəsənəti
Talış tarixi
Şəxsiyyətlər
Bizim kitabxana
Təbabət
İdman
Onlayn TV
Karikaturalar

Голос Талыша


Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

Axtarış

Tolışi xəbon

Xıdo rəhmətkə Əli Rzayevi... 
Fərzəndon 
Bastari musibət (aktual hukayət) 
Bə çəmə alimə zoon afərin bıbu 
Aydın müəllimi de şair Xilqəti musahibə 
Çı mardə odəmi nomi bə jurnali redaksiyə heyət çokonə dənəmon? 
Tolışi mətbuat tarixədə tojə cən - "Aləm" jurnal çapo beşə 
Xatirə ruşnədə dili söhbət (6) 
Xatirə ruşnədə dili söhbət (5) 
Xatirə ruşnədə dili söhbət (4) 
Xatirə ruşnədə dili söhbət (3) 
"KUL" sıxani mənon 
Xatirə ruşnədə dıli sohbət (2) 
Xatirə ruşnədə dıli sohbət 
“Honi çəşmə"ro vəsə 
ÇE? ÇI? 
Əv kiye? 
Şahmirzə Tolışəxun - 60 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Tolışi talantə şair Şamirzə TOLIŞƏXUN (10.07.1955 - 18.11.2014) 
Baləddin VEŞO şeronədə pencli janr 
De şair Baləddin VEŞO müsahibə 

Top

Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır
Новрузали Мамедов
Марьям МАММАДОВА. Трагедия одной семьи. 2013
ГИЛАЛ МАМЕДОВ на свабоде!
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ

Statistika

Главная » 2014 » Март » 26 » Əbədi sevgi uğrunda...
17:15
Əbədi sevgi uğrunda...

  Mehdibəy SƏFƏROV 

         J. J. Russo: “Yoldan çıxmağın min yolu, HƏQİQƏTİN isə cəmi bir yolu var”

Hörmətli oxucu, çox istərdim ki, bu yazını ürək ağrılarım və bəzi riyakar insanlara qarşı dərin narahatçılıq hisslərimin ifadəsi kimi qəbul edəsiniz. Əslində, bir neçə kəlmə: “Bəsdirin yalana ayaq düzəltdiniz! Qurtarın bu simasızlığı!” – deyibən, susmaq da olardı. Amma səbrin, hövsələnin də bir əndazəsi var, axı... 

Diqqət yetirin, Eynulla Fətullayev 21 mart 2014-cü il tarixdə təsisçisi və redaktoru olduğu “Haqqın.az” portalında bizləri, yəni Azərbaycan Respublikasının Talış kökənli vətəndaşlarını Novruz bayramı münasibəti ilə necə “təbrik etdi”?.. O, ölkəmizdə milli zəmində münaqişə yaratmağa hesablanmış “Talış tətikçilərini Azərbaycanın üstünə kim qaldırır?..”adlı “araşdırması” ilə Talış xalqını özünəməxsus tərzdə “sevindirdi”. Daha sonra, öz yazdıqlarına əlavə olaraq Facebook səhifəsində bəyan etdi ki, gərək Azərbaycan bu cür məsələlərdə İsrail dövlətinin konsepsiyasından yararlansın. Belə çağırış edən insanlar məhv etməlidir (?!) və s. və i.a. Həqiqətən, insan sinizminin həddi-hüdudu olmazmış!..

Yəqin ki, bütün bunlar E.Fətullayevin “məşəqqətli məhbəs günlərində” Hilal Məmmədovun, Ataxan Əbilovun, Elxan Əlibəylinin və digər cəsarətli insanların timsalında, Talış xalqının ona etdiyi yaxşılıqların əvəzinə qaytardığı “borcudur”!

Əslində, bu günkü reallıqlara proqmatik yanaşsaq, elə də ciddi bir hadisə olmayıb: adam, şəxs, insan ona edilən yaxşılıqların müqabilində, qarşı tərəfə yalan və pislikə cavab verib, - vəssəlam!.. Bəli, pislik etmək - narkotik qəbulu kimi, fəna bir vərdişdir, mübtəla olan, bu bəladan qurtula bilmir! İllah da ki, “ixtiyar” özgəsinin əlində ola!..

Eynulla da belə ağır bir mərəzə düçar olub. Sədd heyf... Onun üçün artıq, yaxşılıq və pislik anlamı arasında fərq mövcud deyil. Yəni, beləsinə istər yaxşılıq et, ya pislik, - fərq etməz! Mənəvi orientirini itirmiş adam, əlbəttə ki, yaxşılıq əvəzinə bədxahlıq edəcək! Çünki belələri sifarişlə işləyən killerlər kimi, hədəfin mahiyyətinə varmaz! Sifariş verildimi, təfavütü yoxdur, - yerinə yetirilməlidir! Bir xanə xərabə ola, ya bir ölkə viranə qala – nə dəxli?!
 

Eynulla da yeni bir sifariş alıb və əsas tələb də budur: “Nəyin bahasına olursa-olsun, Azərbaycanda milli-etnik zəmində münaqişə ocağı yaratmaq! Bununçünsə, ictimai-siyasi əqidələrinə baxmadan, siyasi-ictimai aktivlik göstərən bütün Talış fəallarını bir “qazana” doldurmaq, qapağını möhkəm-möhkəm örtüb altdan da od qalamaq! Yandırmaq, yaxmaq, - cızdağını çıxartmaq! Elə eləmək ki, nəticədə, qazan partlasın, qapaq parça-parça olsun! Qoy, Azərbaycan çalxalansın! Aləm dəysin bir-birinə. Belə lazımdır, belə yaxşıdır və s.!” - Budur, eynullakimi qığılcımları barıt çəlləyinə tərəf qolazlayan naqislərin məramı! Bunları bilməkçün alimmi olmaq lazımdır?.. Bu “kəndi” görməkçün bələdçimi gərəkdir? Kor kor, gör gör deyilmi?!

Mən bu sözləri bütün məsuliyyətimlə, özü də təkcə öz adımdan yox, talışların tam əksəriyyətinin, habelə rəhbərlik etdiyim Azəri – Talış Birliyi adından deyirəm: Bizlər ana vətənimiz Azərbaycanı ürəkdən sevirik və bu cənnətməkanda yaşayan bütün xalqları özümüzə doğma, əziz bilirik!  Qardaş, bacı bilirik! Və qədim, çox qədim tarixi kökləri olan bu səmimi ünsiyyətin, qardaşlığın möhkəmliyinə, əbədiliyinə zərbə vurmaq istəyən siyasi (yaxud qeyri-siyasi) dəllaların məkrli pravokasiyalarını qətiyyətlə rədd edirik! Bizlər ta əzəldən yaxşılıq, dostluq, xeyirxahlıq, “duz-çörək” anlayışlarını sözün əsl mənasında müqəddəs dəyərlər kimi qəbul etmişik. Odur ki, bədxahlar, riyakarlar öz pis əməllərindən əl çəkmək istəmirlərsə, bizlər də öz yaxşı əməllərimizdən əl çəkən deyilik! Bunu gərək birdəfəlik anlasınlar, sırğa edib qulaqlarından assınlar!..

Yeri gəlmişkən, Azəri – Talış İctimai Birliyi həmişə ana vətən saydığımız Azərbaycanda xoşbəxt, azad, demokratik və bərabərhüquqlu vətəndaş cəmiyyəti quruculuğu naminə, ölkəmizin dilindən, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarını ayıq-sayıq olmağa, qarşılıqlı hörmətə və bu amallar uğrunda sarsılmaz  birliyinə çağırıb! Əminik ki, eynullakimi, hacıbabakimi, hafizmirzəkimi soy-kökünü bilməyən mənəviyyat əlilləri bu gün əsrlərin sınağından keçib doğmalaşmış birliyimizə xələl gətirə bilməyəcəklər. Mən, bütün məsuliyyət və səmimiyyətimlə hər bir Talış kökənli vətənsevər insanımızı Azərbaycanımızın monolitliyinə, xalqlarımızın həmrəyliyinə yönəlmiş hər hansı məkrli pravokasiyalara uymamağa çağırıram!

Doğma vətənimizdə hamılıqla dostluq-qardaşlıq ünsiyyəti qurmaq əvəzinə, ölkənin köklü xalqlarından olan talışların ictimai birliklərini, fəallarını, ziyalılarını, bir sözlə, milli-mental dəyərlər daşıyıcılarını qərəzli və təhqiredici ifadələrlə aşağılamaq heç kəsə baş ucalığı gətirməz. Məmləkətimizdə milli-irqi zəmində bölücülük aparmaq istəyən xıltlı və bədməramlı qüvvələrin fəallaşmasına rəğmən, bizlər ənənəvi doğmalıq ünsiyyətimizi göz bəbəyimiz kimi qoruyacağıq!

Bu gün mütərəqqi düşüncəli hər bir Azərbaycan vətəndaşı açıq-aşkar görür ki, bəzi nadanlar özləri əsl separatçılıqla məşğul olduqları halda, ciddi-cəhdlə xalqının dilinə, mədəniyyətinə, folkloruna və başqa milli-mənəvi dəyərlərinin inkişafına xidmət edən ləyaqətli insanları ləkələməyə cəhd göstərir, böhtan atır, onlara öz adlarını qoymaqdan  çəkinmirlər!

Bu sayaq yaramazlıqlar, ana vətənimiz Azərbaycana, onun dövlətçiliyinə, ərazi bütövlüyünə, milli-mənəvi dəyərlər sisteminə bəslədiyimiz sonsuz məhəbbətimizə zərrə qədər də xələl gətirməməlidir. Əksinə,  bu dəyərləri müqəddəs bilərək, qorunması və hifz olunması naminə, bütün varlığımızla dirəniş göstərməli, lazım olduğu təqdirdə hətta canımızdan belə keçməyə hazır olmalıyıq! Bax, Talışın vətənə, xalqa, nəhayət,  Azərbaycan dövlətçiliyinə əsl münasibəti budur!

Vətənimizə nifrət edən, xalqlar arasında nifaq salmaq istəyən bədniyyətli qüvvələrin acığına, bizlər ONU həmişə sidq-ürəklə sevmişik, sevirik  və sevəcəyik də!

Çünki nifrət - müvəqqəti, SEVGİ isə, əlbəttə ki, əbədidir.
 
Mehdibəy Səfərov
Azəri – Talış İctimai Birliyinin sədri

http://moderator.az/

 
Категория: Azərbaycan | Просмотров: 2350 | Добавил: admin | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Sayta giriş

Xəbər xətti

ATİŞ-in Milli azlıqların müdafiəsi haqqında çərçivə Sazişi ilə bağlı hesabatı 
Talış xalqı Azərbaycanda yarımkölə şəraitində yaşayır 
Milli azlıqlarla bağlı Avropa Şurasından Azərbaycana tövsiyələr verilib 
Azərbaycan Talışların İctimai Şurasının Azərbaycan ictimaiyyətinə MÜRACİƏTİ 
Prominent Talysh activist dies in prison in Azerbaijan 
Talış dilinin hazırkı durumu ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının MÖVQE SƏNƏDİ 
ŞİMON! 
Ази Асланов - Генерал Шимон (Генерал Вперед) 
СКАЖИ СВОЕ ИМЯ, ТАЛЫШ 
Zülfüqar Əhmədzadə: Azərbaycan milli ədəbiyyatının  tərəqqipərvər siması 
No free speech for ethnic minority 
Avropa Şurası: Azərbaycanda etnik azlıqların hüquqları ilə bağlı qanunvericilik yoxdur 
''Hökumət milli azlıqların mətbuatına dəstək vermir'' 
Azərbaycan Respublikasının Prezidentinə açıq məktub 
Masallı rayonun Kubın kəndi və onun ətraf toponimləri 
Atam Vəkil DADAŞOV əsil dövlət adamı idi 
Mətləb Pero Dadaşov həbsindən yazır (III yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır (II yazı) 
Mətləb Pero Dadaşov necə həbs edilməsindən yazır 
ƏHƏD MUXTAR-80 
Ahoşta (Əhoşte) 
Müəllim zindanda da müəllimdir... 
Б.В.Миллер. Талышские тексты 
Talış dilində ü/u səsi 
Allahverdi BAYRAMİ. ĞƏLİZƏXUN (2 pərdəynə 7 şiklinə pyes) 
Allahverdi BAYRAMİ. ƏMONƏT ( İ pərdəninə 3 şəkilinə pyes) 
Rusiya talış ictimai təşkilatları 1993-cü ildə Talışda baş verən hadisələrin 24 illiyini qeyd etməyə hazırlaşır 
ŞİRİN YALAN, YOXSA ACI HƏQİQƏT? 
DIZDİPOK 
Свадьба – Способ Сохранения Талышского Языка 
Talış dilindəki sözlərin təbii xüsusiyyətləri 
Hilal Məmmədov Eldəniz Quliyevi təbrik edib 
Талыши хотят читать, писать и смотреть на родном языке 
Hilal Məmmədov: "Hakimiyyət istəyir ki, bütün sosial və etnik qruplar arasında qarşılıqlı etimadsızlıq mühiti olsun" 
Əli Nasir - Talışın Firdovsisi 
Талышское слово «cо» (двор) в виде морфемы в современных индоевропейских языках 
Talışın əbədiyanar məşəli 
Новрузали Мамедов – 75 (Novruzəli Məmmədov – 75) 
Это не трагедия одной семьи, а трагедия нашей страны, нашей Родины! 
К юбилею Светланы Алексеевны Ганнушкиной! 
Hilal Məmmədov İsa Qəmbəri 60 illik yubleyi münasibətilə təbrik edib 
Xərçəngin dərmanı tapılıb 
Azərbaycan höküməti TALISH.ORG saytına girişi dayandırıb 
“Elçibəyə acıqlandım, məndən üzr istədi” – Zərdüşt Əlizadə ilə QALMAQALLI MÜSAHİBƏ 
“Tolışon Sədo” qəzetinin əməkdaşı Azər Kazımzadə saxlanılıb 
ƏLİ NASİR əbədi haqq dünyasına qovuşdu 
Bəşərə də Allahdan bəla gəldi 
İrana ərzaq almağa gedən Astara gömrükdəki basabasda öldü 
Müqəddəs Kəbə ziyarəti, dələdüzlar, etnik mənsubiyyətə görə təhqir və 27 dövlət xadimli redaksiya heyəti 
Talışlar 
Ко дню рождения Л.А.Пирейко 
Ümid yenə də talışlaradı! 
Çılə Şəv-iniz mübarək! 
General-mayor Vahid Musayev haqqında polkovnik Isa Sadikov yazır 
"Talışsansa, məhv edib qanını da batırarlar 
Avropanın axırıncı pələngi Talış dağlarında 
Talış Mədəniyyət Mərkəzi İdarə Heyyətinin üzvü müraciət yayıb 
Xalqımız dözümlü xalqdır, DÖZƏRİK! 
“Talışam, lakin, qanım Elçibəyin qanı ilə eynidir” – TARİXİ VİDEO 
Türkün misalı! 
“Səadət taleyin biçdiyi dondur” 
Mirəziz Seyidzadənin (ƏZİZ PÜNHAN) “Divan”ında (Bakı-2008, 473 səh.) dini-uxrəvi məsələlərin yeri 
Qaraciyərin yenilənməsi və serrozun müalicəsi resepti 
Faiq Ağayev Rəşid Behbudovdan sonra bunu ilk dəfə etdi - VİDEO 
Ata və oğul: Ruhullah və Məhəmmədəli - hər ikisi siyasi məhbus